Bazar ertəsi günü, 19 oktyabr 2026
     

London Ali Məhkəməsi iki xarici kreditorun Azərbaycan Beynəlxalq Bankına qarşı iddiasını təmin etdi

Image


London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.

“APA-Economics” “Reuters” agentliyinə istinadən xəbər verir ki, borcun kateqoriyasından asılı olaraq diskont 3%, 20% və 50% təşkil edib. “Sberbank” öhdəliklərin qaytarılması ilə bağlı müəyyən olunan ikinci kateqoriyaya düşməsi ilə razılaşmayıb.

Ötən ilin may ayında ABB-nin kreditorlarının tələblərinin təmin olunmasına dair moratorium haqqında London Ali Məhkəməsi qərar qəbul edib. Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi.

Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir.

Məlumatda qeyd olunub ki, ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb.

Qeyd edək ki, “Sberbank” 2016-cı ildə ABB-yə ticarət maliyyələşdirilməsi ilə bağlı 20 mln. dollar həcmində kredit ayırıb. FTİML isə ABB-nin 2019-cu ilədək tədavüldə olacaq 500 mln. dollar məbləğində istiqrazlarını alıb.

“Reuters” agentliyinin məlumatına görə, hər iki kreditor restrukturizasiya planı ilə razılaşmayıb.

"Sberbank” və FTİML qeyd edib ki, ABB ilə onların borc münasibətləri İngiltərə qanunvericiliyinə əsasən 1890-cı ildə baş verən “Qibss işi” adlı presedentə istinad edilərək tənzimlənib. İngiltərə qanunvericiliyinə əsasən, öhdəlik borclunun iflası səbəbindən silinə bilməz. Bununla da London Ali Məhkəməsi “Qibss işi”nə əsaslanaraq hər iki maliyyə qurumunun ABB-yə qarşı tələbini təmin edib", - deyə məlumatda vurğulanıb.

“Bu qərar İngiltərə qanunvericiliyi çərçivəsində tələblərin sabitliyini gücləndirəcək və bazar iştirakçılarının öz öhdəliklərini vicdanla yerinə yetirməsini stimullaşdıracaq”, - deyə “Sberbank”ın mətbuat xidmətinin cavabında  qeyd olunub.

FTİML isə bu qərara şərh verməkdən imtina edib.

Azərbaycan Beynəlxalq Bankı hesab edir ki, London Ali Məhkəməsinin qərarı “Sberbank” və FTİML-yə ödəniş tələb etmək hüququ vermir. “Məhkəmə öz qərarında Azərbaycan Beynəlxalq Bankına bu problemin həlli üçün apelyasiya məhkəməsinə müraciət etməyi tövsiyə edib. İngiltərənin məhkəmə prosesi Azərbaycanda restrukturizasiya prosesinin uğurla başa çatmasına təsir göstərməyək”, - deyə ABB-nin məlumatında vurğulanıb.

Qeyd edək ki, britaniyalı vəkil bildirib ki, apelyasiya məhkəməsinin qərarı olmadan restrukturizasiya prosesi başa çatdırıla bilməz. Apelyasiya məhkəməsinin qərarı isə bir neçə ayadək uzana bilər.

Xatırladaq ki, ABB 3,3 mlrd. dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesi bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu.

ABB 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir.

“Xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası prosesi uğurla tamamlandıqdan sonra Azərbaycan Beynəlxalq Bankı prosesin bu yuridiksiyalarda müddətsiz tanınması məqsədilə ABŞ və Böyük Britaniya məhkəmələrinə müraciət edib. Belə bir müraciət BMT-nin Beynəlxalq Ticarət üzrə Komissiyasının (UNCITRAL) çərçivə qanunu əsasında yerinə yetirilən hüquqi prosedurdur. Bu prosedur sırf texniki xarakter daşıyır, transsərhəd effektinə malik deyil və restrukturizasiya prosesinin nəticələrinə də heç bir təsir göstərmir. Restrukturizasiya olunmuş öhdəliklər müqabilində onlara təklif edilən maliyyə alətlərini artıq təhvil almış kreditorlar üçün bu cür texniki proseslər yenilik sayılmır”. London məhkəməsinin qərarı ilə bağlı Azərbaycan Beynəlxalq Bankından belə bildirilib. Qeyd edilib ki, 18 yanvar 2018-ci il tarixində Nyu-York Məhkəməsi bankın müraciətini təmin edərək artıq ABŞ ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə qarşı iddia tələblərinə müddətsiz moratorium barədə qərar çıxarıb.

“London məhkəməsinin isə belə bir qərarı gözlənilən idi. Çünki ABŞ məhkəmələrindən fərqli olaraq Böyük Britaniyada birinci instansiya məhkəmələri bu qəbildən olan məsələlərlə bağlı yekun qərarvermə səlahiyyətinə malik deyil və bu proses əlavə vaxt aparır. London məhkəməsi bankın restrukturizasiya prosesinin müddətsiz qaydada tanınması barədə apelyasiya, yaxud Ali Məhkəməyə müraciət hüququnu tanıyıb. Halbuki, məhkəmə bankı belə bir hüquqdan məhrum etmək səlahiyyətinə də malik idi. Bu hüququn tanınması isə məsələnin apelyasiya qaydasında, yaxud Ali Məhkəmədə həllini tapacağı perspektivinin çox böyük olduğunu göstərir”, - deyə bankın açıqlamasında qeyd edilib.

Bildirilib ki, moratorium müraciətinin rədd olunması üçün London məhkəməsinə müraciət etmiş "Sberbank" və "Franklin Tempelton" könüllü restrukturizasiya olunmuş öhdəliklərin cüzi hissəsinə malikdir: "Böyük Britaniya ərazisində bankın aktivlərinə iddia tələblərinə qarşı məhkəmə moratoriumu 06 iyun 2017-ci il tarixindən qüvvəyə minib və bu günə qədər hüquqi qüvvəsini qoruyur. Bu kreditorların tələbləri restrukturizasiya prosesinin nəticələrinə hər hansı şəkildə xələl gətirmir. Çünki, bu tələb sırf kommersiya mübahisəsi mahiyyəti daşıyır və restrukturizasiya prosesindən kənardır".

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesi 1 sentyabr 2017-ci ildə uğurla başa çatıb. Restrukturizasiya nəticəsində 2 mlrd. 265 milyon dollar ətrafında dövlət qiymətli kağızları və bankın 1 milyard dəyərində öz qiymətli kağızları buraxılıb. Qiymətli kağızların paylanması bir neçə mərhələdən keçib və kreditorlar müəyyən edilmiş sənədləşmə prosedurlarını yerinə yetirərək onlara təklif edilən müvafiq maliyyə alətlərini alıblar. Maliyyə alətlərini almayan kreditorlar isə ümumi kreditorlarların təxminən 5%-i ətrafındadır. Onlara  təklif edilən qiymətli kağızlar hazırda xüsusi hesabda saxlanır.

Bankın açıqlamasında qeyd edilib ki, bu kreditorlar da lazımi sənədləri təqdim etməklə istədikləri zaman bu qiymətli kağızları təhvil ala, yaxud onları sataraq nağd pul əldə edə bilərlər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ