Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Neft yenidən 100 dollarlıq qiymət həddinə doğru sürət götürüb

Image


Dünya bazarlarında neftin qiyməti gözlənildyindən də böyük sürətlə bahalaşmaqdadır. Əvvəllər neftin qiymətinin cari ilin ikinci yarısında 80 dollarıq həddə çata biləcəyi proqnozlaşdırılırdısa, artıq ilin birinci rübündə qiymətlərin 80 dolları keçməsi gözlənir. Son məlumatlara görə, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü ildən indiyədək ilk dəfə 71 dolları keçib.

Hazırda “Brent” neftinin bir barreli Londonun “ICE” birjasında 71,04 dollardan alıcı axtarır. “Light” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü ildən indiyədək ilk dəfə 66 dolları ötüb. Azərbaycan neftinin bir barrelinin qiyməti isə artıq 72 dollara çatır. Amma qiymətlərin qarşıdakı dövr ərzində daha da yüksəlməsi gözlənir.

İndiyə qədər qiymət yüksəlişinə mane ola biləcək əsas amil qismində ABŞ-ın şist neft hasilatı göstərilirdi. Amma ABŞ-ın energetika naziri Rik Perri qeyd edir ki, dünya iqtisadiyyatı Amerika şist neftini "həzm etmək" iqtidarındadır. O həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı və Meksika kimi ölkələrdə keçirilən islahatlar potensial olaraq neftə tələbi artıra, innovasiyaları stimullaşdıra bilər. Buna görə də "yaxşı günlər" hələ qabaqdadır. Bundan başqa, R.Perri ABŞ-ın Energetika İnformasiyaları Administrasiyasının (EIA) proqnozlarına şübhə ilə yanaşdığını qeyd edib. Xatırladaq ki, EIA bu il ölkədə gündəlik neft hasilatının 10,3 milyon barrelə çatacağını ehtimal edir. Amma Rik Perri bu göstəricəyə cari ildə çata bilməyəcəklərini vurğulayıb. Elə nazirin açıqlamalarından sonra dünya bazarında neftin qiyməti sürətlə artmaqdadır.

Beynəlxalq Enerji Agentliyinin (IEA) icra direktoru Fatih Birol da qeyd edir ki, 2018-ci il neftin qiyməti baxımından balanslı bir il olacaq: “OPEK və başda Rusiya olmaqla digər qeyri-OPEK ölkələri ilə əldə olunan neft hasilatının azaldılmasına dair razılaşma neftin qiymətinin 70 dollara qalxmasına səbəb olub. “Qara qızıl”ın qiymətinin 70 dollara  çatması ABŞ-da şist nefti istehsalının da artmasına səbəb olacaq.  Amma əhəmiyyətli geosiyasi proseslər olmayacağı təqdirdə 2018-ci il neftin qiyməti üçün balanslı bir il olacaq”. Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov isə qeyd edir ki, neft hasilatının həcminin azaldılması ilə bağlı OPEK+ razılaşması nəticəsində neftin qiyməti stabilləşir: “Amma indi elə təsəvvür var ki, neft hasil edən ölkələrin hökumətlərini artıq 70 dollar da qane etmir. Biz qiyməti 2011-2012-ci illərdəki normaya salmalıyıq, lakin neftin qiymətinin 140-150 dollara qalxdığı kimi yenidən sıçrayışla artmasına imkan verməməliyik”. V.Ələkbərov həmçinin əlavə edib ki, “LUKoil” yaxın üç il üçün büdcəsini 50 dollara uyğun müəyyənləşdirib. Bununla belə o, qiymətlərin daha yüksək olacağını da etiraf edir. Onun sözlərinə görə, ötən il dünyada 7 milyard barrel həcmində neft ehtiyatı aşkar olunub: "Bu rəqəm adətən 20-70 milyard barrel təşkil edirdi. Geoloji araşdırmalara investisiyalar xeyli azalıb. Bu da yaxın 3-5 ildə neft məhsullarının qiymətinin kəskin artacağını göstərir. OPEK+ anlaşmasının müddəti daha 1 il uzadılsa, biz investisiya layihələrimizi gözdən keçirməyə məcbur olacağıq".  Onun sözlərinə görə, OPEK+ anlaşması neftin qiymətini sürətlə artırır. Bu gedişlə qiymətlərin hətta 100 dollara çatması belə istisna olunmur. Əksər hasilatçılar isə OPEK+ anlaşmasının uzadılmasını istəyir. Məsələn, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Faleh bildirir ki, ölkəsi OPEK+ anlaşmasının uzadılmasında maraqlıdır. Digər hasilatçılar, o cümlədən Azərbaycan da eyni mövqedədir. Bakı hesab edir ki, hasilatın azaldılmasına dair OPEK+ sazişi 2018-ci ildən sonra uzadılacaq. Bununla bağlı Prezident İlham Əliyev RİA “Novosti”yə açıqlamasında qeyd edir: “Hesab edirik ki, OPEK və qeyri-OPEK formatı davam etdiriləcək. O davam etməlidir. İndi yaxşı ki, onu ilin sonuna qədər uzatdılar. Lakin mən düşünürəm ki, ondan sonra da uzatmaq lazım gələcək. Bakı neftin qiymətlərinin sabitləşdirilməsi üzrə OPEK+ sazişini dəstəkləyir və hətta hasilatın azaldılmasına dair öhdəliklərini artıqlaması ilə yerinə yetirir. Biz həmişə hasilatın azaldılmasını dəstəkləmişik və dəstəkləyirik və öz öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk”. Xatırladaq ki, Davosda İlham Əliyevlə görüşündə OPEK-in baş katibi Məhəmməd Barkindo da Azərbaycanın öz öhdəliklərini yerinə yetirən ölkə kimi rolunu yüksək qiymətləndirib.  Bununla bağlı Məhəmməd Barkindo qeyd edib: “Biz Azərbaycanın OPEK və qeyri-OPEK ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndiririk”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ