Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıb.
DGK-nın Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Məhəmməd Yasin oğlu Məmmədovun idarə etdiyi “HYUNDAI AF-47432A” markalı, 01AD046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanıb. Tovuz Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində aksiz markası ilə markalanmayan cəmi 46.200 ədəd - “Marlboro Gold edge”, “Parliament Silver blue”, “Parliament Aqua blue”, “Parliament Carat” və “Sobranie Super Slims” adlı siqaretlər aşkar edilib. Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə 9 ədəd “Samsung Galaxy J5(6)” və 6 ədəd “Samsung Galaxy J5 prime” markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.