Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Dünya neft bazarında Azərbaycanın istədiyi vəziyyət formalaşır…

Image


Neft qiymətlərinin sabit saxlanması üçün hasilatçı ölkələr tərəfindən müəyyən adddımlar atılsa da, hələlik istənilən nəticəyə tam nail olunmayıb. Düzdür, hasilatçı ölkələr, o cümlədən Azərbaycan tərəfindən atılan addımlar  neftin qiymətinin nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxarıb. Amma indi diqqət mərkəzində yer alan əsas məsələ ilk növbədə qiymətlərin sabit həddə saxlanmasına nail olmaqdır.

Hazırda bu xüsusda hasilatçı ölkələr arasında intensiv danışıqlar gedir. Xatırladaq ki, OPEK və təşkilata daxil olmayan bir sıra ölkələr (OPEK+) 2016-cı ilin sonunda Vyanada ümumi neft hasilatlarını həmin ilin oktyabr ayının səviyyəsindən sutkada 1,8 milyon barrel azaltmaq barədə razılıq əldə edib. 2017-ci ilin noyabrında saziş iştirakçıları onun müddətini 2018-ci il boyu uzadıb. Müqavilənin həyata keçirilməsini izləmək və onun tənzimlənməsi üçün tövsiyələr hazırlamaq məqsədilə nazirlərin monitorinq komitəsi yaradılıb. Bura Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələri daxildir.

İndi maraq doğuran məsələ sazişin gələcək taleyi və neft qiymətlərinin indiki həddən aşağı düşməməsi üçün hansı addımların atıla biləcəyidir. Məsələnin bu tərəfinə nəzər salan Omanın neft-qaz naziri Məhəmməd Həməd əl-Rumhi bildirir ki, 2018-ci ildən sonra cari OPEK+ anlaşmasının uzadılması yerinə yeni tip anlaşma tətbiq oluna bilər. Nazir onu da qeyd edib ki, ilin sonuna qlobal neft ehtiyatları bugünkündən az olacaq: "Bu vaxta qədər bilməliyik ki, anlaşma uzadılacaq, yoxsa yeni anlaşma imzalanacaq. Mən yeni tip anlaşmanın tərəfdarıyam. Vyanada keçiriləcək sammitdə bu fikir müzakirə oluna bilər. Bunun üçün iştirakçıların razılığı olmalıdır". Qeyd edək ki, Omanda keçirilən OPEK+ nazirlərinin monitorinq komitəsinin iclasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, hasilat məsələsində OPEK ölkələri məsuliyyətli olmağa davam etməlidir: “Bütün OPEK+ ölkələri neft hasilatının azaldılmasına dair sazişə sadiq olduğunu təsdiq edib". Onun sözlərinə görə, Rusiyanın Energetika Nazirliyi ümid edir ki, beynəlxalq neft bazarı artıq cari ildə tarazlaşa bilər: "Ümumilikdə neftin qiyməti bu il balanslaşmalıdır, amma nə vaxt, onu zaman göstərəcək. Hələlik neft ehtiyatlarının azalması yaxşıdır, bütün dünyada qalıqların azalması davam edir".

Hesab edilir ki, neft ehtiyatlarının azalması, hasilatla bağlı atılan yeni addımlar, OPEK+ anlaşmasının uzadılması məqsədilə yeni tip anlaşmanın mümkün tətbiqi “qara qızıl”ın qiymətinin ən azından indiki həddə qalmasını təmin edəcək. Bu bütün hasilatçıların, o cümlədən də Azərbaycanın maraqlarına uyğundur. Hazırda Azərbaycan neftinin orta satış qiyməti 70 dollar təşkil edir. Qiymətlərin il ərzində bu həddə qalması ölkəmizin neft satışından böyük gəlir əldə etməsi deməkdir. Çünki neftin büdcə qiyməti cari il üçün 45 dollardan hesablanıb. Amma hasialtçı ölkələrin yeni addımları qiymətlərin daha da yüksəlməsinə rəvac verə bilər. Bunu "Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi də təsdiq edir. Qurum 2018-ci ildə "Brent" markalı neftin qiymətinə dair proqnozunu 5 dollar artıraraq 60 dollara  çatdırıb. Belə vəziyyətdə Azərbaycan neftinin qiyməti ən azından 70 dollarlıq həddə qala bilər. "S&P" bəyan edib ki, bu ilin ilk yarısında qlobal neft bazarında təklif əsasən tələbə uyğun olacaq. Bununla yanaşı, agentliyin analitikləri bildirib ki, neftin çatdırılmasında yarana biləcək mümkün problemlər qısamüddətli perspektivdə qiymətləri artıracaq. ABŞ-ın “Citigroup” bankı isə bildirir ki, neftin bir barrelinin qiyməti 80 dollaradək bahalaşa bilər. “Citigroup”a görə, neft bazarında 2018-ci il elə də sakit keçən bir il olmayacaq, Yaxın Şərqdəki gərginlik, eləcə də ABŞ-ın bəzi ölkələrə qarşı sanksiyalar siyasəti neftin barrelinin qiymətinin 80 dollar səviyyəsinə qalxmasına zəmin yaradır. Bütün bu proseslər fonunda isə Neft İxrac edən Ölkələr Təşkilatı və digər neft istehsalçısı ölkələrlə əldə edilən hasilatın azaldılması üzrə saziş “qara qızıl”ın qiymətini artırır: “ABŞ-ın OPEK-in ən böyük neft istehsalçılarından olan İrana qarşı yeni sanksiyalar tətbiq etməsi Orta Şərqdəki neft ixracının ən azı 500 min barrel azalmasına səbəb olacaq. OPEK-ə üzv ölkələrdən İraq və Liviyadakı siyasi böhranlar da xam neft təklifində ciddi azalmaya səbəb olacaq və bu da neftin qiymətinin 80 dollar səviyyəsinə qalxmasına zəmin yaradacaq”. Beləliklə, bütün bu qeyd edilənlər neft qiymətində mühüm dəyişikliklərə yol açmaqdadır. Neft qiymətlərinin yüksək olması isə Azərbaycana bu məhsul satışından daha çox gəlir əldə edilməsini təmin etməklə yanaşı, ölkədə iqtisadi fəallıq dərəcəsini də yüksəltməyə, bir sıra vacib layihələrin həyata keçməsinə, valyuta ehtyiatlarının daha sürətlə artmasına zəmin yaradır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ