Bazar günü günü, 01 noyabr 2026
     

"Transxəzər" nəhayət reallaşa bilər

Image


Rusiyadan enerji asılılığına son qoymaq istəyən Avropanın xüsusi maraq dairəsində olan məsələlərdən biri, yenə əvvəlki kimi, alternativ mənbələrdən təbii qaz alışını həyata keçirməkdir. Bu məsələdə əsas ümid yerlərindən biri isə Azərbaycandır. Hazırda Qərbi maraqlandıran əsas məsələ Orta Asiya qazının da Azərbaycan üzərindən nəqlinə nail olmaqdır.
Bu məsələ "TransAnadolu" qaz kəməri (TANAP) layihəsi gündəmə gəldikdən sonra daha da aktuallaşmağa başlayır. Xatırladaq ki, hələ ötən ay "SOCAR Turkey"nin sədr müavini Samir Kərimli də bildirib ki, Azərbaycanda böyük qaz ehtiyatları var və TANAP Orta Asiya qazı üçün açıqdır. Hazırda Avropa bu məsələdə fəaliyyətini yenidən aktiv hala gətirmək niyyətindədir. Özü də Qərbdə vurğulanır ki, bu məsələdən Rusiya narahat olmamalıdır. Qeyd olunur ki, Azərbaycan və Türkmənistan qazı TANAP boru kəməri vasitəsilə Avropa bazarına çatdırılarsa, Rusiya qazı ilə ciddi rəqabət aparmayacaq. Çünki "Qazprom" Rusiya qazının Avropaya ən nəhəng ixracatçılarından biridir. "Utro" portalı da vurğulayır ki, "Qazprom" 150 milyard kubmetr qaz satır və bu həcmi 200 milyarda çatdırmaq niyyətindədir. Bu şirkətin hazırda Avropanın ehtiyaclarının 40%-ni təmin etdiyini nəzərə alsaq, ond həqiqətdən də Rusiyanın qorxduğu rəqabətdən söhbət gedə bilməz. Digər tərəfdən, TANAP üzrə daşınma 30 milyard kubmetrdən 32 milyarda kubmetrə çatdırılarsa, bunun 12 milyard kubmetri Türkiyə tərəfi üçün nəzərdə tutulacaq, qalan 20 milyard kubmetr isə Avropaya daşınacaq.
Hesablamalara görə, Azərbaycan qazı Avropanı 20-25%, Rusiya qazı 40% təmin edəcək, qalan hissə isə mayeləşdirilmiş qazın payına düşə bilər. Bununla yanaşı, TANAP perspektiv cəhətdən Avropada yerini tutacaq və tam reallaşdırılarsa, Türkiyə ərazisində ən nəhəng infrastruktur olacaq. Lakin qeyd edilənlərə rəğmən, Moskva hələ də Orta Asiya qazının Azərbaycan üzərindən Avropaya daşınmasına qarşıdır. Elə bu səbəbdən Orta Asiya qazını Azərbaycana gətirəcək "Transxəzər" qaz kəməri ideyasına qarşı çıxır. Ekspertlərə görə, "Transxəzər" qaz kəmərinin çəkilməsi çox mürəkkəb bir layihədir. 90-cı illərdə bu kəmərin Türkmənistandan Türkiyəyə qədər çəkilməsi gündəmə gətirilib və bununla bağlı çoxlu işlər görülüb. İlk növbədə o vaxtlar bunun iqtisadi əsaslandırılması hazırlanmışdı. Sonradan məsələ dayandırılsa da, hazırda Avropa İttifaqı tərəfindən yenidən gündəmə gətirilib. Bununla bağlı Türkmənistan, Azərbaycan və Aİ arasında danışıqlar aparılır. İstisna deyil ki, Avropanın yenidən bu məsələyə diqqət ayırması Rusiyanın Ukraynada həyata keçirdiyi siyasətdir. O da aydındır ki, Rusiya Avropada enerji sferasında hegemonluğundan və digər təsir vasitələrindən istifadə edərək "Transxəzər" layihəsinin reallaşmasına yeni maneələr yaradacaq. Lakin əksər ekspertlər belə hesab edir ki, Moskvanın Avropaya təzyiqi əks effekt verə bilər. Çünki "Transxəzər"in reallaşması təşəbbüsü elə Avropanın özündən gəlir. Buna rəğmən, Moskvanın konkret Avropa dövlətlərinə təzyiqi və təsiri qaçılmaz sayılır. Hətta Rusiyanın onlarla müəyyən sövdələşmələrə getməsi də istisna olunmur. Elə bu səbəbdən Moskvanın təsirlərindən sığortalanmaq üçün Avropa dövlətlərinin öz aralarında razılığa gələrək konkret mövqe sərgiləyəcəyi istisna olunmur. Lakin Ukrayna olayları indiki vəziyyətdə Kremlin əl-qolunu bağlayır. Avropa isə TANAP-ın da reallaşaması fonunda yaranmış fürsəti əldən qaçırmaq istəmir.
Xatırladaq ki, Bakının təşəbbüsü ilə yaradılan və Azərbaycan-Türkiyə layihəsi olan TANAP-ın Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Bolqarıstan sərhədinə qədər tikilməsi planlaşdırılır. Türkiyənin şərqindən qərbinə uzanan TANAP "Cənub qaz dəhlizi" layihəsinin əsas hissəsi olacaq. Minimal ötürücülük qabiliyyəti ildə 16 milyard kub metr təşkil edəcək qaz kəmərinin 2018-ci ildə işə başlaması planlaşdırılır. Buna baxmayaraq, TANAP yaxın 30-40 il ərzində Azərbaycan ixracını Qərb istiqamətində tamamilə təmin edəcək. "Transxəzər"in reallaşması isə bu müddəti daha da uzada bilər. Xatırladaq ki, 2012-ci il sentyabrın 7-də Avropa İttifaqı "Transxəzər" layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Bundan sonra Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər "Transxəzər" layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ