Cümə axşamı günü, 09 iyul 2026
     

Azər­bay­can­da "Əmək or­de­ni" tə­sis edi­lir, öl­kə növ­bəli əkin və ra­yon­la­ra­ra­sı rə­qa­bət sis­te­mi­nə ke­çir

Image


Döv­lət sa­hib­kar­lar üçün ən yax­şı tə­rəf­daş­dır. Ba­ki-xe­ber.com-un xə­bə­ri­nə gö­rə, bu fik­ri Pre­zi­dent İl­ham Əli­yev sentyab­rın 17-də Sa­bi­ra­bad­da ke­çi­ri­lən pam­bıq­çı­lı­ğın in­ki­şa­fı mə­sə­lə­lə­ri­nə da­ir res­pub­li­ka mü­şa­vi­rə­sin­də ye­kun nit­qin­də səs­lən­di­rib.

Döv­lət baş­çı­sı de­yib: "Bu­gün­kü mü­şa­vi­rə­də 6 ra­yo­nun ic­ra ha­ki­miy­yə­ti­nin baş­çı­sı çı­xış et­miş­dir. O ra­yon­lar ən çox pam­bıq əkən ra­yon­lar­dır. İki şir­kə­tin nü­ma­yən­də­si çı­xış et­miş­dir. Səs­lə­nən mə­ru­zə­lər­də ar­tıq gö­rü­lən iş­lər haq­qın­da ki­fa­yət qə­dər dol­ğun mə­lu­mat ve­ril­di. He­sab edi­rəm ki, gö­rü­lən iş­lər təq­di­rə­la­yiq­dir və biz bu iş­lə­ri da­vam et­dir­mə­li­yik. İn­di yı­ğı­mın əsas mər­hə­lə­si baş­la­yır. Yı­ğım vax­tı bü­tün la­zı­mi təd­bir­lər gö­rül­mə­li­dir. Bu gün mən öz fi­kir­lə­ri­mi bil­di­rə­cə­yəm və tap­şı­rıq­la­rı­mı ve­rə­cə­yəm. Am­ma əv­vəl­cə is­tər­dim ki, bə­zi sta­tis­tik gös­tə­ri­ci­lər haq­qın­da si­zi mə­lu­mat­lan­dı­rım.

Ulu ön­dər Hey­dər Əli­yev 1969-cu il­də Azər­bay­ca­na rəh­bər se­çi­lən­də res­pub­li­ka­da pam­bı­ğın is­teh­sa­lı 300 min ton idi, 1981-ci il­də isə bir mil­yon 15 min to­na çat­mış­dır. Yə­ni, 10 il ər­zin­də pam­bıq is­teh­sa­lı 3 də­fə­dən çox artdı. Hey­dər Əli­yev Azər­bay­can­dan Moskva­ya ge­dən­dən son­ra, hər sa­hə­də ol­du­ğu ki­mi, pam­bıq­çı­lıq sa­hə­sin­də də tə­nəz­zül döv­rü baş­la­mış­dır və bu, sta­tis­ti­ka­da özü­nü gös­tə­rir. Ar­tıq 1985-ci il­də Azər­bay­can­da pam­bıq is­teh­sa­lı 1 mil­yon ton­dan 780 min to­na düş­müş­dür. On­dan son­ra tə­nəz­zül da­ha da sü­rət­lə get­miş­dir. Qeyd et­di­yim ki­mi, nə­ti­cə­də, ke­çən il cə­mi 35 min ton pam­bıq yı­ğıl­mış­dır ki, bu da ən aşa­ğı gös­tə­ri­ci­dir.

Bu il gö­rü­lən təd­bir­lər nə­ti­cə­sin­də biz ən azı 100 min ton pam­bıq tə­da­rü­kü­nü göz­lə­yi­rik, əgər məh­sul­dar­lıq 20 sentner ət­ra­fın­da olar­sa. Bu­ra­da çı­xış­lar­da di­gər rə­qəm­lər də səs­lən­di. Biz bə­zi yer­lər­də 20 sentner, bə­zi yer­lər­də on­dan da çox məh­sul­dar­lıq əl­də edə bi­lə­rik. Ona gö­rə, bu rə­qəm­lər tə­bii ki, şər­ti­dir. Biz möv­sü­mün so­nun­da bu mə­sə­lə­lər­lə bağ­lı tam dol­ğun mən­zə­rə ha­sil edə­cə­yik.

Gə­lən il üçün da­ha da bö­yük is­teh­sal göz­lə­ni­lir, əgər məh­sul­dar­lıq 20 sentner sə­viy­yə­sin­də olar­sa. Mən he­sab edi­rəm ki, da­ha da çox ol­ma­lı­dır. Gə­lən il 200 min ton­dan çox pam­bıq is­teh­sal edi­lə­cək. Mən heç bir rə­qəm səs­lən­dir­mək is­tə­mi­rəm. Heç bir xü­su­si gös­tə­riş ver­mək is­tə­mi­rəm, onu hə­yat gös­tə­rər. Am­ma biz bil­mə­li­yik ki, pam­bı­ğın is­teh­sa­lı­nı han­sı ar­dı­cıl­lıq­la ar­tır­ma­lı­yıq. He­sab edi­rəm ki, 2017-ci il­də əgər bü­tün tap­şı­rıq­lar ye­ri­nə ye­ti­ri­lər­sə, - be­lə də ol­ma­lı­dır, - biz 250 min, hət­ta 300 min ton pam­bıq is­teh­sal edə bi­lə­rik".

Pre­zi­dent bil­di­rib ki, pam­bı­ğın məh­sul­dar­lı­ğı ilə bağ­lı rə­qəm­lər də ar­tıq hər şe­yi öz­lü­yün­də gös­tə­rir: "1970-ci il­də hek­tar­dan məh­sul­dar­lıq 17 sentner, 1981-ci il­də təx­mi­nən 36 sentner idi. Bu gün isə bu, 18,8 sentne­rə bə­ra­bər­dir. Kənd tə­sər­rü­fa­tı bit­ki­lə­ri­nin əkin sa­hə­si­nin struk­tu­run­da pam­bı­ğın pa­yı da çox ma­raq­lı sta­tis­ti­ka­dır. Be­lə­lik­lə, bu pay 1970-ci il­də 16 fa­iz təş­kil edir­di, 1982-ci il­də 22 fa­iz, 2015-ci il­də isə 1,2 fa­iz. Mən de­yən­də ki, pam­bıq­çı­lıq Azər­bay­can­da ba­tır, bax, bu­nu nə­zər­də tu­tu­ram.

Azər­bay­can­da 1970-ci il­də 190 min hek­tar, 1982-ci il­də isə 305 min hek­tar sa­hə­də pam­bıq əkil­miş­dir. Ke­çən il ən aşa­ğı sə­viy­yə­yə düş­müş­dür - 18 min 700 hek­tar. Bu il 52 min hek­tar əki­lib. Gə­lən il hə­dəf 128 min hek­tar­dır. Əgər biz in­di­ki sə­viy­yə­ni gö­tür­sək, qeyd et­di­yim ki­mi, 128 min hek­tar tor­pa­ğın əkil­mə­si ən azı 250 min ton pam­bıq de­mək­dir. An­caq ye­nə də de­yi­rəm, biz hə­də­fi 300 min ton gö­tür­mə­li­yik.

Ra­yon­lar üz­rə pam­bıq əki­ni­nin sta­tis­ti­ka­sı be­lə­dir: Bu il ən çox Sa­at­lı ra­yo­nun­da əki­lib­dir - 8 min 100 hek­tar. On­dan son­ra Sa­bi­ra­bad - 6 min 100 hek­tar. Da­ha son­ra Bi­lə­su­var - 6 min hek­tar, İmiş­li - 5 min hek­tar, Bey­lə­qan - təx­mi­nən 4 min hek­tar, Ağ­ca­bə­di 3 min 600 hek­tar, Bər­də 3 min hek­tar və sa­ir. Be­lə­lik­lə, 24 ra­yon­da pam­bıq əki­lib.

Gə­lən ilin hə­dəf­lə­ri isə bun­dan iba­rət­dir: Ye­nə də bi­rin­ci yer­də Sa­at­lı ra­yo­nu­dur - 17 min hek­tar. On­dan son­ra Sa­bi­ra­bad - 15 min hek­tar, Bi­lə­su­var - 10 min 500 hek­tar, Neftça­la - 10 min hek­tar, - bu il cə­mi 1500 hek­tar, yə­ni, Neftça­la ra­yo­nun­da yə­qin ki, ən sü­rət­li ar­tım göz­lə­ni­lir, - İmiş­li - 10 min hek­tar, Bey­lə­qan - 8 min 500 hek­tar, Bər­də - 8 min 500 hek­tar, Ağ­ca­bə­di - 8 min hek­tar, Sal­yan - 7 min hek­tar. Sal­yan ra­yo­nun­da an­caq bu il pam­bıq əki­lib - 2180 hek­tar sa­hə­də. Ke­çən il əkil­mə­miş­dir. Gə­lən il 7 min hek­tar­da əkin göz­lə­ni­lir. Yə­ni bu da çox sü­rət­li in­ki­şaf di­na­mi­ka­sı­dır. Xü­su­si­lə nə­zə­rə al­saq ki, Sal­yan ra­yo­nun­da ar­tıq ne­çə il­dir pam­bıq, ümu­miy­yət­lə, əkil­mir­di. Go­ran­boy ra­yo­nun­da 5 min hek­tar, Kür­də­mir­də 4 min hek­tar, Yev­lax, Ağ­daş, Tər­tər, Zər­dab, Ağ­dam­da 3 min hek­tar, Ağ­su və Ucar­da 2500 hek­tar, Fü­zu­li­də 1500 hek­tar, Ha­cı­qa­bul­da 1200 hek­tar, Göy­çay­da 1000 hek­tar, Sa­mux­da 500 hek­tar, Cə­li­la­bad­da 500 hek­tar, Cəb­ra­yıl­da 60 hek­tar. Bu sta­tis­ti­ka bi­zə hər şe­yi gös­tə­rir. Həm və­ziy­yə­ti, həm də ki bi­zim hə­dəf­lə­ri­mi­zi gös­tə­rir. Bir da­ha de­mək is­tə­yi­rəm, əmi­nəm ki, biz is­tə­di­yi­mi­zə na­il ola­ca­ğıq.

İn­di­ki dövr üçün və­zi­fə­lər nə­dən iba­rət­dir?! İlk növ­bə­də pam­bı­ğın yı­ğı­mı vax­tın­da və it­ki­siz tə­min edil­mə­li­dir. Yer­li ic­ra or­qan­la­rı, mər­kə­zi ic­ra or­qan­la­rı, sa­hib­kar­lar bu və­zi­fə­lə­ri ic­ra et­mə­li­dir­lər. Ar­tıq bu­ra­da səs­lən­di, bu il 100 min ton­dan çox məh­sul göz­lə­ni­lir. Bu, ən sü­rət­li di­na­mi­ka­dır. Biz pam­bı­ğın is­teh­sa­lı­nı 35 min ton­dan 100 min to­na çat­dı­ra­ca­ğıq. Bir il ər­zin­də biz üç də­fə is­teh­sa­lı ar­tı­ra­ca­ğıq. Nə­zə­rə al­saq ki, biz bu iş­lər­lə bir ne­çə ay ər­zin­də məş­ğul ol­ma­ğa baş­la­mı­şıq, gös­tə­ri­ci­lər doğ­ru­dan da tə­si­re­di­ci­dir. Pam­bı­ğın qə­bul mən­tə­qə­lə­ri­nə və emal za­vod­la­rı­na da­şın­ma­sı üçün ma­gistral yol­lar­da təh­lü­kə­siz hə­rə­kət tə­min edil­mə­li­dir. Da­xi­li İş­lər Na­zir­li­yi və yer­li ic­ra or­qan­la­rı bu iş­lər­lə cid­di məş­ğul ol­ma­lı­dır­lar. Yan­ğın­dan mü­ha­fi­zə təd­bir­lə­ri gö­rül­mə­li­dir. Pam­bı­ğın tə­da­rü­kü və ema­lı döv­rün­də emal za­vod­la­rı və qə­bul mən­tə­qə­lə­ri fa­si­lə­siz elektrik ener­ji­si ilə tə­min edil­mə­li­dir. Bu çox va­cib mə­sə­lə­dir və "Azə­ri­şıq" şir­kə­ti bu mə­sə­lə­ni ic­ra et­mə­li­dir".

Döv­lət baş­çı­sı qeyd edib ki, pam­bı­ğın alış qiy­mə­ti 40 qə­pik­dən 50 qə­pi­yə qal­dı­rıl­dı: "Əl­bət­tə ki, çox cid­di ar­tım­dır. An­caq bax­maq la­zım­dır ki, bu iş­lər­lə məş­ğul ola­raq alış qiy­mə­ti­ni bir da­ha qal­dı­raq. Bu­ra­da, əl­bət­tə ki, in­san­la­rın gə­lir­lə­ri xü­su­si diq­qət mər­kə­zin­də ol­ma­lı­dır. Ey­ni za­man­da, bu işin iq­ti­sa­di sə­mə­rə­li­li­yi tə­min edil­mə­li­dir. Gi­riş sö­züm­də qeyd et­di­yim ki­mi, biz kəndli­lə­ri sti­mul­laş­dır­ma­lı­yıq ki, öz­lə­ri də bu işə ge­niş şə­kil­də qo­şul­sun­lar.

Tə­da­rük­çü şir­kət­lər fer­mer­lə­rin pu­lu­nu lən­git­mə­dən və də­qiq ver­mə­li­dir­lər. Bu­ra­da ar­tıq səs­lən­di və he­sab edi­rəm ki, bu mə­sə­lə ilə bağ­lı heç bir şi­ka­yət yox­dur. Əgər olar­sa, mə­nim bun­dan xə­bə­rim ol­ma­lı­dır. Bu il 60 min­dən çox in­san bu iş­lə­rə cəlb edi­lib. Bu, yax­şı gös­tə­ri­ci­dir. An­caq biz ça­lış­ma­lı­yıq ki, pam­bıq­çı­lıq­la məş­ğul olan­la­rın sa­yı artsın. Çün­ki bu, ey­ni za­man­da, so­si­al mə­sə­lə­dir, iş yer­lə­ri­nin ya­ra­dıl­ma­sı­dır. Bu­ra­da iri şir­kət­lər so­si­al mə­sə­lə­lə­ri də nə­zə­rə al­ma­lı­dır­lar. Əl­bət­tə, hər bir şir­kət ça­lı­şır ki, öz işi­ni op­ti­mal­laş­dır­sın.

İn­di dün­ya­nın in­ki­şaf et­miş öl­kə­lə­rin­də mü­a­sir tex­no­lo­gi­ya­la­ra ke­çid əl­bət­tə ki, əmək qüv­və­si­nə tə­lə­ba­tı azal­dır. Bu, tə­bi­i­dir, bu, tex­no­lo­ji tə­rəq­qi­dir. An­caq bi­zim şir­kət­lər, əl­bət­tə ki, so­si­al mə­su­liy­yə­ti də hiss et­mə­li­dir­lər. Ona gö­rə, op­ti­mal­laş­ma ilə pa­ra­lel ola­raq müt­ləq bu so­si­al mə­sə­lə diq­qət­dən kə­nar­da qal­ma­ma­lı­dır. Əl­bət­tə ki, nə qə­dər çox in­san bu iş­lə­rə cəlb edi­lər­sə, o qə­dər də yax­şı olar. Mə­nə bə­zi rə­qəm­lər təq­dim olu­nur. He­sab­la­ma­lar apa­rı­lıb ki, hər hek­tar­da or­ta he­sab­la iki nə­fər iş­lə­yə bi­lər. Bə­zi­lə­ri de­yir ki, bu çox­dur. An­caq mən he­sab edi­rəm ki, ilk növ­bə­də bu­ra­da so­si­al mə­sə­lə ön plan­da ol­ma­lı­dır. Gə­lən il pam­bıq­çı­lıq 100 min­dən çox iş ye­ri­nin ya­ra­dıl­ma­sı­na gə­ti­rib çı­xa­ra­caq. Biz əkin sa­hə­lə­ri­ni ge­niş­lən­dir­dik­cə bu rə­qəm da­ha da ar­ta­caq. Əgər biz gə­lə­cək­də 200 min hek­tar­da pam­bıq əkə­cə­yik­sə, bu, təq­ri­bən 350-400 min in­sa­nın iş­lə tə­min edil­mə­si de­mək­dir".

Azər­bay­can Pre­zi­den­ti de­yib ki, pam­bıq tar­la­la­rın­da iş­lə­yən­lər üçün yax­şı şə­ra­it ya­ra­dıl­ma­lı­dır: "Əl­bət­tə ki, hər yer­də tar­la dü­şər­gə­si ol­ma­lı­dır. Ora­da la­zı­mi ər­zaq tə­mi­na­tı, iç­mə­li su təş­kil edil­mə­li­dir ki, iş­lə­yən­lə­rin şə­ra­i­ti yax­şı ol­sun, çün­ki pam­bıq­çı­lıq ağır sa­hə­dir. Biz ha­mı­mız bun­la­rı yax­şı bi­li­rik və in­san­la­ra mak­si­mum də­rə­cə­də qay­ğı, diq­qət gös­tə­ril­mə­li­dir. Həm tə­da­rük­çü şir­kət­lər, həm iri şir­kət­lər, ey­ni za­man­da, yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı bu mə­sə­lə­ni da­im diq­qət mər­kə­zin­də sax­la­ma­lı­dır­lar.

Bu il pam­bıq­çı­lı­ğın sü­rət­li in­ki­şa­fı üçün 3700 kənd tə­sər­rü­fa­tı tex­ni­ka­sı alın­mış­dır. On­lar­dan 100-dən ço­xu pam­bıq­yı­ğan kom­bayndır. Əla­və 100-dən çox kom­bayn oktyabr ayı­nın bi­rin­ci ya­rı­sın­da öl­kə­mi­zə gə­ti­ril­mə­li­dir. Gə­lən il isə 60 kom­bayn gə­ti­ri­lə­cək. Bu­ra­da bə­zi çı­xış­lar­da səs­lən­di ki, tex­ni­ka ilə tə­mi­nat da­ha da yax­şı ol­ma­lı­dır. Bü­tün bu iş­lər nə­zə­rə alı­nıb və gi­riş sö­züm­də də qeyd et­di­yim ki­mi, döv­lət büd­cə­sin­dən bu məq­səd­lər üçün ki­fa­yət qə­dər bö­yük ma­liy­yə və­sa­i­ti, özü də val­yu­ta­da olan ma­liy­yə və­sa­i­ti ay­rı­lıb.

Biz ar­tıq pam­bıq­çı­lı­ğın in­ki­şa­fı ilə bağ­lı uzun­müd­dət­li stra­te­gi­ya üzə­rin­də iş­lə­yi­rik. İl­kin rə­qəm­lər var. Əl­bət­tə, on­lar də­qiq­ləş­di­ril­mə­li­dir ki, biz bu­ra­da səh­və yol ver­mə­yək. An­caq il­kin he­sab­la­ma­lar onu gös­tə­rir ki, əgər biz bu yol­la get­sək, - əl­bət­tə, ge­də­cə­yik, - və la­zı­mi ma­liy­yə tə­mi­na­tı olar­sa, 2020-ci il­də təq­ri­bən 200 min hek­tar­da pam­bıq əkə bi­lə­rik. Yə­ni, biz bu­nu əsas hə­dəf ki­mi gö­tü­rə­rək bü­tün la­zı­mi iş­lə­ri bu is­ti­qa­mət­də apar­ma­lı­yıq.

Göz­lə­ni­lən məh­sul­dar­lıq­la bağ­lı, yə­qin ki, bu gün da­nış­maq bir qə­dər tez­dir. An­caq bu he­sab­la­ma­lar da apa­rıl­ma­lı­dır və on­lar gö­rü­lə­cək təd­bir­lər üzə­rin­də qu­rul­ma­lı­dır. Çün­ki in­di bu­ra­da qeyd olun­du­ğu ki­mi, ye­ni tex­no­lo­gi­ya­lar möv­cud­dur, xü­su­si­lə su­var­ma sa­hə­sin­də pi­lot sis­te­mi ar­tıq tət­biq edi­lir. Pi­lot sis­te­mi ilə məh­sul­dar­lıq 35-45 sentner sə­viy­yə­sin­də müm­kün­dür. Açıq su­var­ma yo­lu ilə 20-30 sentner məh­sul gö­tür­mək olar. Biz ça­lış­ma­lı­yıq ki, pi­lot sis­te­mi­ni Azər­bay­can­da mak­si­mum də­rə­cə­də tət­biq edək. Əgər 2020-ci il­də 200 min hek­tar­da pam­bıq əki­lə­cək­sə bu­nun mi­ni­mum üç­də­bir his­sə­si pi­lot sis­te­mi ilə tə­min edil­mə­li­dir. Be­lə olan hal­da biz məh­sul­dar­lı­ğı bö­yük də­rə­cə­də ar­tı­ra bi­lə­rik. Bu, in­san­la­rın da gə­lir­lə­ri­nə müs­bət tə­sir gös­tə­rə­cək, ey­ni sa­hə­də on­lar in­di­kin­dən təx­mi­nən iki də­fə çox qa­zanc gö­tü­rə bi­lər­lər. Ça­lış­ma­lı­yıq ki, biz or­ta məh­sul­dar­lı­ğı 1980-81-ci il­lər­də ən pik nöq­tə­də olan məh­sul­dar­lı­ğın sə­viy­yə­si­nə qal­dı­raq - təq­ri­bən 35 sentne­rə. Əgər or­ta məh­sul­dar­lıq olar­sa, 200 min hek­tar­dan 700 min ton pam­bıq yı­ğı­la­caq. Bu da pam­bıq­çı­lı­ğın fak­ti­ki ola­raq tam bər­pa­sı, özü də mü­a­sir sə­viy­yə­də bər­pa­sı de­mək ola­caq".

Pre­zi­dent de­yib ki, bu iş­lə­ri bun­dan son­ra da sə­mə­rə­li təş­kil et­mək üçün bu­ra­da çox cid­di ko­or­di­na­si­ya ol­ma­lı­dır: "Bu il biz bu­na qı­sa müd­dət ər­zin­də na­il ola bil­mi­şik. Ümu­mi ko­or­di­na­si­ya iş­lə­ri­ni Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı öz üzə­ri­nə gö­tü­rüb. Zey­nal Nağ­də­li­yev bu iş­lər­lə şəx­sən məş­ğul­dur. Yer­li ic­ra baş­çı­la­rı qeyd et­di­yim ki­mi, fə­al iş­lə­yib­lər. Bü­tün döv­lət qu­rum­la­rı - Kənd Tə­sər­rü­fa­tı, İq­ti­sa­diy­yat, Da­xi­li İş­lər, Föv­qə­la­də Hal­lar na­zir­lik­lə­ri, yer­li ic­ra or­qan­la­rı, "Me­li­o­ra­si­ya və Su Tə­sər­rü­fa­tı", "Azə­ri­şıq", "Azə­rav­to­yol" şir­kət­lə­ri ara­sın­da çox cid­di ko­or­di­na­si­ya iş­lə­ri apa­rıl­ma­lı­dır. Bir da­ha de­mək is­tə­yi­rəm, əv­vəl­ki il­lə­rin təc­rü­bə­si onu gös­tə­rir ki, əgər biz pam­bıq­çı­lı­ğın in­ki­şa­fı­nı an­caq biz­nes qu­rum­la­rı­nın öh­də­si­nə bu­rax­saq, pam­bıq­çı­lı­ğı iti­rə­rik, ne­cə ki, iti­ri­rik. Ona gö­rə çox cid­di döv­lət si­ya­sə­ti apa­rıl­ma­lı­dır və döv­lət bu­ra­da əsas rol oy­na­yır. Döv­lə­tin ro­lu tək­cə ko­or­di­na­si­ya iş­lə­ri­nin təş­ki­li ilə məh­dud­laş­mır. Döv­lət və­sa­it xərclə­yir, tex­ni­ka gə­ti­rir, me­li­o­ra­tiv təd­bir­lər gö­rür, ya­rımstan­si­ya­lar ya­ra­dır, elektrik xət­lə­ri çə­kir. Biz bü­tün bun­la­rı döv­lət he­sa­bı­na edi­rik ki, fer­mer­lər, fəh­lə­lər da­ha yax­şı ya­şa­sın­lar, da­ha çox pul qa­zan­sın­lar.

Bir da­ha qeyd et­mək is­tə­yi­rəm ki, pam­bıq­çı­lıq özün­də bir çox önəm­li ami­li bir­ləş­di­rir. Bu, kənd tə­sər­rü­fa­tı­nın sü­rət­li in­ki­şa­fı, yüz min­lər­lə iş ye­ri­nin ya­ra­dıl­ma­sı, ix­rac po­ten­si­a­lı­mı­zın in­ki­şa­fı de­mək­dir və döv­lə­tin özəl sek­to­ra prak­ti­ki diq­qə­ti­nin, dəs­tə­yi­nin tə­za­hü­rü­dür. Ona gö­rə də ko­or­di­na­si­ya müt­ləq ol­ma­lı­dır və bü­tün iş­lər va­hid mər­kəz­dən ida­rə edil­mə­li­dir. Biz an­caq bu təq­dir­də is­tə­di­yi­mi­zə na­il ola bi­lə­rik.

Tor­paq­la­rın mün­bit­li­yi ilə bağ­lı təd­bir­lər gö­rül­mə­li­dir. Mün­bit­li­yin və məh­sul­dar­lı­ğın ar­tı­rıl­ma­sı üçün növ­bə­li əkin sis­te­mi­nə keç­mə­li­yik - pam­bıq, yon­ca, ta­xıl. Bu­nu kənd tə­sər­rü­fa­tı mü­tə­xəs­sis­lə­ri yax­şı bi­lir­lər. Növ­bə­li əkin sis­te­mi­nə keç­mək üçün, əl­bət­tə ki, həm möv­cud tor­paq fon­du, həm də gə­lə­cək tor­paq fon­du də­qiq­lik­lə mü­əy­yən edil­mə­li­dir. Çün­ki gə­lə­cək­də tor­paq fon­du bö­yük də­rə­cə­də ar­ta­caq. Bu, bə­zi çı­xış­lar­da səs­lən­di. Mən bu tək­lif­lə­ri dəs­tək­lə­yi­rəm ki, növ­bə­ti möv­süm­də biz əkin sa­hə­si­nə gö­rə de­yil, yı­ğı­lan məh­su­la gö­rə sub­si­di­ya ver­mə­li­yik. Ai­diy­yə­ti qu­rum­lar in­di­dən bu mə­sə­lə­ni iş­lə­sin­lər, ha­zır­la­sın­lar, tək­lif­lər ver­sin­lər. Bu, da­ha da məq­sə­də­uy­ğun və əda­lət­li ola­caq.

Azər­bay­can­da sa­hib­kar­lı­ğın in­ki­şa­fı sü­rət­lə ge­dir. Son il­lər ər­zin­də döv­lət xət­ti ilə sa­hib­kar­la­ra gü­zəştli şərtlər­lə, aşa­ğı fa­iz­lə bir mil­yard ma­nat­dan çox kre­dit­lər ve­ril­miş­dir. Bu kre­dit­lər he­sa­bı­na yüz­lər­lə, min­lər­lə kənd tə­sər­rü­fa­tı mü­əs­si­sə­si, emal mü­əs­si­sə­lə­ri ya­ra­dıl­mış­dır. Biz ər­zaq təh­lü­kə­siz­li­yi­mi­zi bö­yük də­rə­cə­də bu kre­dit­lər he­sa­bı­na tə­min edə bil­mi­şik. Çün­ki fer­mer­lər və sa­hib­kar­lar üçün bu kre­dit­lər xü­su­si əhə­miy­yət da­şı­yır. On­lar həm gü­zəştli və­sa­it əl­də edir, həm döv­lət­lə ün­siy­yət­də olur­lar. Bi­lir­lər ki, döv­lət bə­zi hal­lar­da tən­beh et­sə də, on­la­rı hə­mi­şə dəs­tək­lə­yə­cək. Bə­zən sa­hib­kar­lar ödə­niş­lə­ri vax­tın­da edə bil­mir­lər. Əgər hər han­sı kom­mer­si­ya ban­kı ilə on­la­rın əla­qə­lə­ri olar­sa, - əl­bət­tə bu da la­zım­dır, - ora­da çox sərt cə­za təd­bir­lə­ri ola bi­lər. Döv­lət isə, əl­bət­tə ki, bu­ra­da sa­hib­kar­lar üçün ən yax­şı tə­rəf­daş­dır.

Ve­ril­miş kre­dit­lə­rin bö­yük ək­sə­riy­yə­ti qay­ta­rı­lır. Mi­sal üçün, bu il ye­nə gü­zəştli kre­dit­lər ve­ril­miş­dir. On­la­rın bö­yük ək­sə­riy­yə­ti əv­vəl­cə ve­ril­miş və qay­ta­rıl­mış kre­dit­lər he­sa­bı­na ve­ril­miş­dir. Yə­ni bir mil­yard də­yə­rin­də kre­dit şək­lin­də ve­ril­miş bu və­sa­it ar­tıq döv­riy­yə­də­dir və öz­lü­yün­də bir can­lan­ma gə­ti­rir. Bu müs­bət təc­rü­bə­ni nə­zə­rə ala­raq, biz pam­bıq­çı­lı­ğın in­ki­şa­fı­na da gü­zəştli kre­dit­lər ver­mə­li­yik. Əv­vəl­lər bu ol­ma­yıb. Yə­ni bu il­dən İq­ti­sa­diy­yat Na­zir­li­yi bu­nu nə­zə­rə al­sın və son­ra mə­nə ay­rı­ca mə­ru­zə edə­cək ki, ay­rıl­mış kre­dit­lə­rin ne­çə fa­i­zi pam­bıq­çı­lı­ğın in­ki­şa­fı­na ge­də­cək".

Döv­lət baş­çı­sı bir da­ha qeyd edib ki, tor­paq­lar­dan çox sə­mə­rə­li şə­kil­də is­ti­fa­də edil­mə­li­dir: "Bi­zim çox bö­yük tor­paq sa­hə­lə­ri­miz yox­dur. Biz an­caq ye­ni tex­no­lo­gi­ya­lar, me­li­o­ra­tiv təd­bir­lər nə­ti­cə­sin­də ye­ni, bö­yük tor­paq sa­hə­lə­ri­ni döv­riy­yə­yə cəlb edə bi­lə­rik. Mi­sal üçün, bu ya­xın­lar­da Sal­yan ra­yo­nun­da olar­kən pam­bıq tar­la­la­rın­da pam­bıq­çı­lar­la gö­rüş­lər əs­na­sın­da gör­düm ki, ora­da vax­ti­lə şo­ran­laş­mış tor­paq­lar­da bö­yük pam­bıq sa­hə­lə­ri ya­ra­dı­lıb. Bu, müm­kün­dür və be­lə şo­ran­laş­mış tor­paq­lar biz­də ki­fa­yət qə­dər çox­dur. Yə­ni, kənd tə­sər­rü­fa­tı üçün ya­rar­sız tor­paq­lar ki­fa­yət qə­dər çox­dur. An­caq ora­da da məh­sul ye­tiş­dir­mək olar. Mən Sal­yan­dan Ba­kı­ya qa­yı­dar­kən fi­kir ver­dim ki, Qa­ra­dağ ra­yo­nu­na qə­dər yol bo­yu sağ, sol, hər tə­rəf boş tor­paq­lar­dır. Ora­da heç nə əkil­mir, heç nə bit­mir. On­la­rı da əkin döv­riy­yə­si­nə cəlb et­mək olar. Sa­də­cə ola­raq ye­ni tex­no­lo­gi­ya­lar gə­ti­ril­mə­li­dir, su­var­ma sis­te­mi qu­rul­ma­lı­dır, di­gər təd­bir­lər gö­rül­mə­li­dir. Çün­ki bi­zim əsas məq­sə­di­miz tor­paq­lar­dan sə­mə­rə­li şə­kil­də is­ti­fa­də et­mək­dir. İn­di möv­cud tor­paq fon­du­nun nə qə­dər ol­du­ğu bəl­li­dir. Qeyd et­di­yim ki­mi, is­ti­fa­də­siz tor­paq­lar döv­riy­yə­yə qay­ta­rıl­ma­lı­dır. Tor­pa­ğı ica­rə­yə gö­tü­rən müt­ləq tor­paq­da iş­lə­mə­li­dir, onu əma­nət ki­mi sax­la­ma­ma­lı­dır. Ey­ni za­man­da, ra­yon­laş­ma get­mə­li­dir, han­sı ra­yon­da han­sı məh­sul­lar da­ha çox gə­lir gə­ti­rir, da­ha çox sər­fə­li­dir. Biz bu­na da bax­ma­lı­yıq, mü­va­fiq gös­tə­riş­lər ve­ri­lib. He­sab edi­rəm ki, biz sub­si­di­ya­lar­la bağ­lı da ar­tıq ra­yon­laş­ma sis­te­mi­nə keç­mə­li­yik. Mən bu ya­xın­lar­da Ma­sal­lı ra­yo­nun­da idim. Ora­da ic­ra baş­çı­sın­dan so­ruş­dum ki, siz­də in­di ta­xıl­çı­lıq­da məh­sul­dar­lıq nə qə­dər­dir, de­di hek­tar­dan 20 sentner. Biz­də öl­kə üz­rə bu gös­tə­ri­ci 30 sentner­dir. Am­ma elə tə­sər­rü­fat­lar var ki, ye­ni tex­no­lo­gi­ya­la­ra və iq­lim şə­ra­i­ti­nə gö­rə hek­tar­dan 40-50 sentner ta­xıl gö­tü­rü­lür. Ona gö­rə, bəl­kə də Ma­sal­lı­da ta­xıl­çı­lı­ğa sub­si­di­ya ver­mək la­zım de­yil, tə­rə­vəz­çi­li­yə, çay­çı­lı­ğa ver­mək la­zım­dır. Ona gö­rə bu gös­tə­riş­lər ve­ri­lib. Mən bu ba­rə­də də­fə­lər­lə da­nış­mı­şam və son vaxtlar konkret tap­şı­rıq­lar ve­ri­lib, in­di tək­lif­lər ve­ril­mə­li­dir. Re­gi­on­lar üz­rə sub­si­di­ya­laş­ma tə­min edil­mə­li­dir və bu, öz­lü­yün­də kənd tə­sər­rü­fa­tı­nın sti­mul­laş­dı­rıl­ma­sı­na gə­ti­rib çı­xa­ra­caq. Xoş­bəxtlik­dən elə gö­zəl öl­kə­də ya­şa­yı­rıq ki, bi­zim doq­quz tə­bii iq­li­mi­miz var. Biz hər şe­yi ye­tiş­di­rə bi­lə­rik, çay­dan tut­muş pam­bı­ğa qə­dər, üzüm­dən tut­muş mey­və-tə­rə­və­zə qə­dər. Qeyd et­di­yim ki­mi, şi­mal-qərb zo­na­sın­da bö­yük fın­dıq bağ­la­rı sa­lı­na­caq. Yə­ni an­caq sə­mə­rə­li ya­naş­ma ol­ma­lı­dır və fer­mer­lə­rə çox cid­di kö­mək gös­tə­ril­mə­li­dir.

Bir da­ha qa­yı­dı­ram bu mə­sə­lə­yə, ba­zar iq­ti­sa­diy­ya­tı çox mə­sə­lə­lə­ri həll edir və həll edib. Am­ma bü­tün mə­sə­lə­lə­ri həll edə bil­məz. Biz əgər öz işi­mi­zi an­caq ba­zar iq­ti­sa­diy­ya­tı prin­sip­lə­ri əsa­sın­da qur­say­dıq, heç bir so­si­al yö­nüm­lü la­yi­hə­yə pul ayır­maz­dıq. Gö­rün, Azər­bay­can­da döv­lət büd­cə­si he­sa­bı­na nə qə­dər bö­yük so­si­al yö­nüm­lü la­yi­hə­lər ic­ra edi­lir. Yol­lar, iç­mə­li su, ka­na­li­za­si­ya la­yi­hə­lə­ri, mək­təb­lə­rin, xəs­tə­xa­na­la­rın ti­kin­ti­si, ye­ni iş yer­lə­ri­nin ya­ra­dıl­ma­sı - bü­tün bun­lar so­si­al xa­rak­ter­li iş­lər­dir. O cüm­lə­dən mən iq­ti­sa­di in­ki­şaf­la bağ­lı hə­mi­şə de­mi­şəm ki, bi­zim iq­ti­sa­diy­ya­tı­mız so­si­al yö­nüm­lü ol­ma­lı­dır. Çün­ki in­san­lar si­ya­sə­ti­mi­zin mər­kə­zin­də­dir. Nə­yi edi­rik­sə Azər­bay­can və­tən­daş­la­rı üçün edi­rik. Pam­bıq­çı­lı­ğı in­ki­şaf et­di­ri­rik ki, in­san­lar da­ha da yax­şı ya­şa­sın­lar, da­ha da yax­şı pul qa­zan­sın­lar. Ona gö­rə, bu so­si­al sfe­ra müt­ləq və müt­ləq pri­o­ri­tet ol­ma­lı­dır. Am­ma ba­zar iq­ti­sa­diy­ya­tı şə­ra­i­tin­də ya­şa­yan öl­kə­lər­də bu, be­lə de­yil. Ora­da da zəl­zə­lə­lər olur, döv­lət zə­rər­çə­kən­lə­rə bir ma­nat və ya bir dol­lar pul ve­rir­mi? Yox. Biz­də zəl­zə­lə olub, min­lər­lə ev döv­lət he­sa­bı­na bər­pa edi­lib, özü də əv­vəl­kin­dən on də­fə yax­şı şə­ra­it ya­ra­dı­lıb. Bu­nu döv­lət edir. Ona gö­rə, iq­ti­sa­di in­ki­şaf­la da bağ­lı biz so­si­al mə­sə­lə­lə­ri müt­ləq diq­qət­də sax­la­ma­lı­yıq. Ona gö­rə döv­lə­tin iq­ti­sa­di in­ki­şaf­da­kı ro­lu əvə­zo­lun­maz­dır. Əgər ba­zar iq­ti­sa­diy­ya­tı­na qal­say­dı, 2004-cü il­də bi­rin­ci re­gi­o­nal proq­ram qə­bul olun­ma­say­dı, in­di bi­zim və­ziy­yə­ti­miz ne­cə ola­caq­dı? O vaxtkı və­ziy­yə­ti­mi­zi ya­dı­nı­za sa­lım, nə işıq, nə qaz, nə su var idi. Yol yox idi, iş yer­lə­ri yox idi. Bu böl­gə­lər­də ya­şa­yan in­san­lar bu­nu yax­şı xa­tır­la­yır­lar. Biz o proq­ra­mı qə­bul et­dik, ma­liy­yə re­sursla­rı cəlb et­dik, in­ves­ti­si­ya qoy­duq, can­lan­ma get­di. Bi­zim bü­tün böl­gə­lə­ri­miz çi­çək­lə­nir, şə­hər­lə­ri­mi­zin si­ma­sı yax­şı­la­şır, iş yer­lə­ri ya­ra­dı­lır. Dün­ya­da ge­dən xa­os, böh­ran, anar­xi­ya, toq­quş­ma­lar, tə­nəz­zül bi­zə ən az tə­sir edir. Nə­yə gö­rə? Çün­ki biz düz­gün si­ya­sət apa­rı­rıq. Si­ya­sə­ti­mi­zin mər­kə­zin­də Azər­bay­can və­tən­da­şı du­rur. Öl­kə­mi­zi in­ki­şaf et­di­ri­rik, öl­kə­mi­zin ma­raq­la­rı hər şey­dən üs­tün­dür.

Kənd tə­sər­rü­fa­tı­nın in­ki­şa­fı bi­zim gə­lə­cə­yi­miz­dir. Hər bir öl­kə nə­yin he­sa­bı­na ya­şa­yır? İx­rac he­sa­bı­na. Öl­kə ix­rac et­mə­sə ya­şa­ya bil­məz. İn­ki­şaf et­miş öl­kə­lər nə­yi ix­rac edir? Ağ­lı, zə­ka­nı, tex­no­lo­gi­ya­nı ix­rac edir. Ma­şın­lar, me­xa­nizmlər, dəz­gah­lar, mü­a­sir tex­no­lo­gi­ya­lar ix­rac olu­nur və o öl­kə­lər bu­nun­la da çox in­ki­şaf edir. Biz nə ix­rac edə bi­lə­rik? Hə­lə ki biz tex­no­lo­gi­ya ix­rac edə bil­mi­rik və yə­qin ki, edə bil­mə­yə­cə­yik. O bö­yük döv­lət­lər­lə ayaq­laş­maq müm­kün de­yil. On­la­rın tex­no­lo­ji in­ki­şaf­la, tə­rəq­qi ilə bağ­lı min­lər­lə be­yin mər­kəz­lə­ri var. Ən mü­tə­rəq­qi, qa­baq­cıl alim­lər, No­bel mü­ka­fa­tı la­u­re­at­la­rı iş­lə­yir. Biz ix­rac edə bi­lə­rik­mi? Əgər açıq da­nış­saq, əl­bət­tə ki, yox. Ona gö­rə, bi­zim ki­mi gənc müs­tə­qil döv­lət, - han­sı ki, bö­yük prob­lem­lər­lə üz­ləş­miş­dir, - əv­vəl­cə tə­bii im­kan­la­rı­nın he­sa­bı­na ya­şa­ma­lı­dır, ilk ad­dım ki­mi. Ona gö­rə, biz ulu ön­də­rin uzaq­gö­rən­li­yi ilə neft stra­te­gi­ya­sı­nı hə­ya­ta ke­çir­mi­şik və bö­yük ma­liy­yə və­sa­i­ti əl­də et­mi­şik".

Pre­zi­dent İl­ham Əli­yev bil­di­rib ki, in­di Azər­bay­can­da sə­na­ye­ləş­mə pro­se­si ge­dir: "Biz in­di sə­na­ye mü­əs­si­sə­lə­ri ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də bö­yük iş­lər gö­rü­rük. Emal sə­na­ye­si, kənd tə­sər­rü­fa­tı in­ki­şaf et­di­ri­lir. Biz kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın ix­ra­cı üçün ye­ni ba­zar­la­ra çıx­ma­lı­yıq və çı­xı­rıq. Hal­bu­ki bu, o qə­dər də asan mə­sə­lə de­yil. İn­di dün­ya­da ba­zar­lar uğ­run­da mü­ba­ri­zə ge­dir. Av­ro­pa ba­zar­la­rı­na çıx­maq üçün çox prob­lem­lər var. Mən­cə, bu gün bu çox çə­tin mə­sə­lə­dir. Biz re­gi­o­nal ba­zar­la­ra çı­xı­rıq. Am­ma Azər­bay­can­da elə məh­sul is­teh­sal edil­mə­li­dir ki, ba­zar­lar­dan ası­lı ol­ma­sın. Bax, pam­bıq o məh­sul­lar­dan­dır. Çün­ki dün­ya bir­ja­la­rın­da sa­tı­lır. Pam­bı­ğın han­sı­sa bir­ba­şa alı­cı­sı yox­dur, dün­ya bir­ja­sın­da sa­tı­lır. Biz ya­xın vaxtlar­da bö­yük po­lad­tök­mə-me­tal­lur­gi­ya komplekslə­ri­nin ya­ra­dıl­ma­sı­na start ve­rə­cə­yik. Daş­kə­sən fi­liz ya­taq­la­rı­nın is­tis­ma­rı və qu­ru­la­caq bir ne­çə za­vo­dun fə­a­liy­yə­ti sa­yə­sin­də yüz mil­yon­lar­la dol­lar ix­rac po­ten­si­a­lı­mız ya­ra­dı­la­caq. İn­di biz Sum­qa­yıt­da Kim­ya Sə­na­ye Par­kı­nı ya­ra­dı­rıq və 2018-ci il­də po­li­mer za­vo­du fə­a­liy­yə­tə baş­la­ya­caq. O da təq­ri­bən 100 mil­yon­lar­la dol­lar ix­rac po­ten­si­a­lı ya­ra­da­caq. Sum­qa­yıt­da güb­rə za­vo­du ti­ki­lir. Biz özü­mü­zü güb­rə ilə 2018-ci il­dən son­ra tam tə­min edə­cə­yik və bu, kənd tə­sər­rü­fa­tı­nın in­ki­şa­fı­na da müs­bət tə­sir gös­tə­rə­cək. Çün­ki da­ha id­xal­dan ası­lı ol­ma­ya­ca­ğıq və məh­sul ix­rac edə­cə­yik. Ona gö­rə, pam­bıq­çı­lıq bu sı­ra­dan olan məh­sul­dur. Biz ça­lış­ma­lı­yıq ki, da­ha çox məh­sul ye­tiş­di­rək, xa­ri­ci ba­zar­la­ra sa­taq, həm mah­lıc, həm də ha­zır məh­sul for­ma­sın­da. Mən bir qə­dər son­ra bu ba­rə­də də fi­kir­lə­ri­mi bil­di­rə­cə­yəm.

Pam­bıq­çı­lı­ğın in­ki­şa­fı, ümu­miy­yət­lə, biz­də sə­na­ye­nin in­ki­şa­fı­na çox müs­bət tə­sir gös­tə­rə­cək. Ya­xın gə­lə­cək­də Min­gə­çe­vir şə­hə­rin­də ye­ni sə­na­ye komplekslə­ri­nin tə­mə­li­ni qo­ya­ca­ğıq. Min­gə­çe­vir sə­na­ye şə­hə­ri­dir və Min­gə­çe­vi­rin in­ki­şa­fı ilə bağ­lı bi­zim konkret plan­la­rı­mız var. He­sab edi­rəm ki, Min­gə­çe­vir Azər­bay­ca­nın sə­na­ye mər­kəz­lə­rin­dən bi­ri­nə çev­ril­mə­li­dir. Ne­cə ki bu gün Ba­kı, Sum­qa­yıt nə­in­ki Azər­bay­ca­nın, Cə­nu­bi Qaf­qa­zın ən bö­yük sə­na­ye şə­hər­lə­ri­dir. Gən­cə şə­hə­rin­də sə­na­ye­ləş­mə pro­se­si sü­rət­lə ge­dir. He­sab edi­rəm ki, Min­gə­çe­vir­də yün­gül sə­na­ye­nin in­ki­şa­fı pri­o­ri­tet ola­raq qal­ma­lı­dır. Ya­xın il­lər­də Min­gə­çe­vir­də bir ne­çə za­vod və fab­ri­kin ya­ra­dıl­ma­sı nə­zər­də tu­tu­lur. Ora­ya qo­yu­la­caq sər­ma­yə­nin həc­mi yüz mil­yon dol­lar­dan çox ol­ma­lı­dır. İn­şa­at za­ma­nı min­lər­lə in­san iş­lə­yə­cək. Za­vod­la­rın fə­a­liy­yə­ti­ni tə­min et­mək üçün bi­rin­ci mər­hə­lə­də 2 min, son­ra­kı mər­hə­lə­də isə 7 min iş ye­ri ya­ra­dı­la­caq. Ora­da pam­bıq-ip­lik, yun-ip­lik fab­rik­lə­ri, di­gər fab­rik­lər ya­ra­dı­la­caq. O fab­rik­lə­rin əsas xam­mal ba­za­sı pam­bıq­çı­lıq ola­caq.

Ona gö­rə biz bu­na da ha­zır ol­ma­lı­yıq. Ey­ni za­man­da, nə­zə­rə al­saq ki, biz pam­bı­ğın is­teh­sa­lı­nın çox sü­rət­li şə­kil­də ar­tı­rıl­ma­sı­nı plan­laş­dı­rı­rıq, yə­qin, - bu­ra­da çı­xış­la­rın bi­rin­də bu, səs­lən­di, - əla­və emal za­vod­la­rı­nın da ti­kin­ti­si nə­zər­də tu­tul­ma­lı­dır. Bi­zim ai­diy­yə­ti qu­rum­lar - Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı, na­zir­lik­lər in­di­dən mü­əy­yən et­mə­li­dir­lər ki, ha­ra­da, ne­çə də­nə, han­sı is­teh­sal gü­cü ilə, hət­ta mü­a­sir tex­no­lo­gi­ya­lar­la iş­lə­yən mü­əs­si­sə­lər ya­ra­dıl­ma­lı­dır. O mü­əs­si­sə­lə­rin fə­a­liy­yə­tə baş­la­ma­sı da pam­bıq­çı­lı­ğın in­ki­şa­fı ilə uz­laş­ma­lı­dır ki, biz is­tə­di­yi­miz hə­də­fə ça­tan­da ar­tıq hə­min mü­əs­si­sə­lər də ha­zır ol­sun.

Mən bə­zi sta­tis­tik gös­tə­ri­ci­lə­ri diq­qə­ti­ni­zə çat­dı­ran­da, əl­bət­tə, is­tər­dim siz­də və bü­tün Azər­bay­can ic­ti­ma­iy­yə­tin­də dol­ğun fi­kir ol­sun ki, biz ha­ra­da idik, ha­ra düş­mü­şük və ha­ra­ya qalxmaq is­tə­yi­rik. Ey­ni za­man­da, bir məq­sə­dim də var idi gös­tə­rim ki, han­sı ra­yon­lar­da iş­lər ne­cə ge­dir.

Vax­ti­lə ra­yon­la­ra­ra­sı rə­qa­bət me­xa­nizmlə­ri də var idi. He­sab edi­rəm ki, biz bu­nu tə­bii yol­la bər­pa et­mə­li­yik. Biz bu­nu ne­cə bər­pa edə bi­lə­rik ic­ti­ma­iy­yət bil­sin ki, han­sı ra­yon­da nə qə­dər əkin sa­hə­lə­ri var, han­sı ra­yon­da nə qə­dər pam­bıq yı­ğı­lır, han­sı ra­yon­da məh­sul­dar­lıq nə qə­dər­dir. He­sab edi­rəm ki, ra­yon­lar, bax, bu 3 pa­ra­metr üz­rə də bir-bi­ri ilə ya­rı­şa çıx­ma­lı­dır. Əl­bət­tə ki, bu, sağ­lam rə­qa­bət ol­ma­lı­dır. He­sab edi­rəm ki, bu rə­qa­bət ra­yon rəh­bər­lə­ri­ni də, pam­bıq­çı­la­rı da sti­mul­laş­dı­ra­caq. Çün­ki ya­dım­da­dır, vax­ti­lə be­lə bir mə­lu­mat mü­tə­ma­di qay­da­da Azər­bay­can mət­bu­a­tın­da dərc edi­lir­di. 1970-ci il­lər­də bi­zim mər­kə­zi qə­zet­lər­də pam­bı­ğın, üzü­mün tə­da­rü­kü ilə bağ­lı be­lə bir cəd­vəl ve­ri­lir­di ki, han­sı ra­yon nə qə­dər is­teh­sal edib. Ra­yon əha­li­si də ba­xır­dı, qa­baq­da olan­lar se­vi­nir­di. On­dan son­ra mü­ka­fat­lan­dır­ma apa­rı­lır­dı. Əf­sus­lar ol­sun ki, bu çox müs­bət prin­sip­lər ya yad­dan çı­xır, ya ta­rix­dən si­li­nir. Biz bu­na bir da­ha bax­ma­lı­yıq, on­la­rı bər­pa et­mə­li­yik".

D?vlət baş­çı­sı de­yib ki, ey­ni za­man­da Azər­bay­can­da ye­ni bir or­den tə­sis edil­mə­li­dir: "Son vaxtlar mə­nim sə­rən­ca­mım­la bir ne­çə ye­ni or­den tə­sis edi­lib. Ən bö­yük or­de­ni­miz "Hey­dər Əli­yev" or­de­ni­dir. On­dan son­ra mə­nim sə­rən­ca­mım­la "Şə­rəf" or­de­ni, "Dostluq" or­de­ni tə­sis edil­miş­dir. He­sab edi­rəm ki, biz "Əmək" or­de­ni də tə­sis et­mə­li­yik. Müx­tə­lif sa­hə­lər­də - is­tər özəl, is­tər döv­lət, fər­qi yox­dur, yax­şı gös­tə­ri­ci­lər nü­ma­yiş et­di­rən in­san­la­rı biz or­den­lər­lə, me­dal­lar­la təl­tif et­mə­li­yik. He­sab edi­rəm ki, biz bu ənə­nə­ni bər­pa et­mə­li­yik. Gös­tə­riş ve­ri­rəm, Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı bu mə­sə­lə ilə bağ­lı öz tək­lif­lə­ri­ni mə­nə təq­dim et­sin. "Əmək" or­de­ni­nin bir ne­çə də­rə­cə­si ola bi­lər. Əgər yax­şı nə­ti­cə­lər ol­sa, bi­rin­ci or­de­ni biz pam­bıq­çı­la­ra təq­dim edə bi­lə­rik.

Bir söz­lə, he­sab edi­rəm ki, bu­gün­kü mü­şa­vi­rə­nin çox bö­yük əhə­miy­yə­ti var. Bu, bi­zim gö­zəl ta­ri­xi­mi­zə qa­yı­dış­dır. Qeyd et­di­yim ki­mi, şa­dam ki, biz Sa­bi­ra­bad­da top­laş­mı­şıq. Növ­bə­ti mü­şa­vi­rə­lər­də yə­qin ki, di­gər yer­lər­də gö­rü­şə­cə­yik. Bu gün doğ­ru­dan da mü­a­sir öl­kə­mi­zin ta­ri­xin­də əla­mət­dar gün ki­mi qa­la­caq. Çün­ki biz bu gün pam­bıq­çı­lı­ğın şöh­rə­ti­ni bər­pa edi­rik. Gö­rü­lən bü­tün iş­lə­rə, çə­ki­lən zəh­mə­tə gö­rə si­zə min­nət­dar­lı­ğı­mı bil­dir­mək is­tə­yi­rəm. İn­di fə­al dövr - yı­ğım döv­rü baş­la­yır. Si­zə uğur­lar ar­zu­la­yı­ram. Sağ olun".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...

08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...

08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"

08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır - ölkədə siyasi gərginlik pik həddə...

08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində - qurum ya dağılacaq, ya da...

08.07.2026 / 16:23
Rusiyada 45 yeni maddə - azərbaycanlılar da deportasiya olunacaq...

08.07.2026 / 16:08
Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA...

08.07.2026 / 15:51
ABŞ razılaşmanı pozdu - İran nefti ilə bağlı 60 gün gözləyə bilmədi...

08.07.2026 / 15:45
İranla danışıqlar məsələsi bitdi, onları xəstələr idarə edir - Tramp baltanı kökündən vurdu...

08.07.2026 / 15:37
2 vəkilə töhmət verildi, 4 vəkilə xəbərdarlıq edildi

08.07.2026 / 15:31
Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

08.07.2026 / 15:30
"Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi icra mərhələsinə keçdi

08.07.2026 / 15:28
İçərişəhərdə tikinti-bərpa işlərinin aparılması qadağan olundu...

08.07.2026 / 15:25
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olundu

08.07.2026 / 15:24
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verildi

08.07.2026 / 15:18
Arktika Rusiya-Çin dostluğuna ziyan vura bilər...

08.07.2026 / 15:06
Tramp Ankarada İspaniyanı sərt tənqid etdi - onları çiyinlərimizdə daşımamalıyıq...

08.07.2026 / 15:03
Tramp NATO- ya gələn kimi "Qrenlandiya" dedi - aləm yenə qarışdı...

08.07.2026 / 14:47
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı bitirir - 72 saatda 21 gəmi vuruldu...

08.07.2026 / 14:40
Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç...

08.07.2026 / 14:25
Ukrayna Rusiyanın daha üç neft emalı zavodunu vurdu...

08.07.2026 / 14:10
Yaxın Şərqdə gərginlik yenidən artdı – ABŞ İranda 80-dən çox hədəfi vurdu, Tehrandan sərt cavab gəldi...

08.07.2026 / 14:04
Nazir Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarını rəsmi xəbərdarlıqlara əməl etməyə çağırdı

08.07.2026 / 13:53
İrandan Azərbaycana iri həcmdə narkotik keçirilməsinin qarşısı alındı

08.07.2026 / 13:44
Tramp İrana zərbə əmrini birbaşa NATO sammitindən verdi...

08.07.2026 / 13:40
"Azərbaycan-Ermənistan razılaşması regionda sülhə töhfə verəcək" - İordaniya XİN

08.07.2026 / 13:36
Azərbaycanın Quru Qoşunları genişmiqyaslı təlimə başladı - FOTO/VİDEO

08.07.2026 / 13:26
Sabirabadda 10 kiloqrama yaxın narkotik aşkarlandı

08.07.2026 / 13:10
Tramp İranla atəşkəs razılaşmasının bitdiyini rəsmən elan etdi...

08.07.2026 / 13:04
DYP kənd təsərrüfatı texnikaları ilə bağlı fermerlərə müraciət etdi

08.07.2026 / 12:52
Azərbaycanla İordaniya arasında yeni sazişlər imzalandı, vizasız rejim elan olundu...

08.07.2026 / 12:34
Paşinyan İran-Ermənistan yollarında 22 milyon dollar "atmış" müxalif lideri həbs etdirdi...

08.07.2026 / 11:50
İran ABŞ-ın hücumlarından sonra sazişin əsas müddəalarının etibarsız olduğunu elan etdi

08.07.2026 / 11:14
Dünyada bir adamlıq ilk uçan taksi sınaqdan keçirildi...

08.07.2026 / 10:55
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - FOTO

08.07.2026 / 10:53
Beyləqanda şəkər çuğunduru fiaskosu...

08.07.2026 / 10:37
Dövlət televiziyası illərlə yalan təbliğat apardığına görə üzr istədi və özünü qapatdı...

08.07.2026 / 09:49
NATO ABŞ-nin İrana son hücumunu zəruri hesab edir...

08.07.2026 / 09:31
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı - yaralılar var...

08.07.2026 / 07:20
Netanyahu Türkiyyəyə F35-lərin verilməsini yolverilməz sayır - “güc balansını pozacaq…”

08.07.2026 / 07:13
Xamenei və ailə üzvləri Kərbəlada dəfn olunacaq

08.07.2026 / 07:09
Hörmüz yenə “yanğın yerinə” döndü, ABŞ İranın lisenziyasını ləğv etdi…

07.07.2026 / 22:12
Kreml Zelenskinin vurduğu YDS-lərin acığını “Azərbaycanın əmlakından çıxır”...

07.07.2026 / 21:48
Sabiq prezidentlərin Qarabağda taladıqları əllərindən alındı...

07.07.2026 / 21:24
Putinin Kiyevdə yaşayış binalarını vurdurmasının arxasındakı sirr... Təhlilçilərdə fərqli fikir...

07.07.2026 / 21:07
"Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur" - Vüqar Rəhimzadə

07.07.2026 / 20:50
Tramp Ukraynada sülh barədə inanılmaz sözlər dedi...

07.07.2026 / 20:28
Sahibkarlara böyük şans açılır - üstəlik “qapı-qapı gəzməyə” son veriləcək...

07.07.2026 / 20:11
İran müharibəsi qlobal enerji təminatında yeni böhran yaradıb...

07.07.2026 / 19:45
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirdi - FOTO/VİDEO

07.07.2026 / 19:37
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam edir

07.07.2026 / 19:21
Putinlə Zelenskinin arasında Trampın balans planı - sammitdən əvvəlki zənglərin mənası...

07.07.2026 / 19:05
Ərdoğan F-35-lərlə bağlı açıqlama – Trampdan beş təyyarənin sözünü almışıq...

07.07.2026 / 18:53
Ceyhun Bayramov ABŞ senatoru ilə görüşdü

07.07.2026 / 18:46
Tramp Ankarada Ukrayna müharibəsindən danışdı - Putin də, Zelenski də razılaşmaq istəyir...

07.07.2026 / 18:23
Mətbuat Şurasında mərhum jurnalist Mirzə Əsgərovun 70 illik yubileyi ilə bağlı toplantı keçirildi

07.07.2026 / 18:10
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlandı

07.07.2026 / 17:52
Trampın Ankarada ilk mesajları - Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək...

07.07.2026 / 17:36
İsrail Azərbaycanın da qırmızı xəttini keçir - yəhudi ölkəsində dərin narahatlıqlar var...

07.07.2026 / 17:20
AQTA-nın qərarı ətin qiymətini bir qədər də artıracaq

07.07.2026 / 16:56
İsrail Livanın bütün cənubunu ilhaq etməyə hazırlaşır...

07.07.2026 / 16:42
Rusiyada miqrantlar üçün 45 maddəlik deportasiya siyahısı hazırlandı

07.07.2026 / 16:07
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ