Bazar günü günü, 01 noyabr 2026
     

ABŞ hökumətinin "dollar əməliyyatı" və Azərbaycan...

Image


Mart ayının başlaması ilə iqtisadi sferada diqqəti cəlb edən əsas hadisə ABŞ dolları ilə bağlıdır. Söhbət ABŞ Mərkəzi Bankının (FES) aylıq dollar çapını dayandırmasından gedir. Buna qədər isə aylıq dollar çapı 10 milyarda qədər azaldılmışdı. Xatırladaq ki, ABŞ-da son illərdə baş verən böhranın, dövlət borcunun artması federal hökuməti əlavə pul çapına sövq etmişdi.
Bu fonda ABŞ Mərkəzi Bankı aylıq 85 milyard dollar çap etməklə dövlət borclarını örtdü. Son ayların nəticələrinə görə, ABŞ-da işsizlik səviyyəsi azalmağa, iqtisadi inkişaf tempi isə artmağa doğru gedir. Bu səbəbdən, tədricən aylıq dollar çapını minimuma endirmək haqqında qərar çıxarılıb. Qərara əsasən, aylıq dollar çapı hər ay 10 milyard dollar həcmində azaldılmağa başladı. Mart ayından isə aylıq dollar çapına, qeyd olunduğu kimi, son qoyulur. Bu isə dolların sürətlə bahalaşmasını qaçılmaz edir. Yaxın günlər ərzində dünya bazarlarında, eləcə də Azərbaycanda dolların kəskin bahalaşması gözlənir. Bu fonda avronun kəskin şəkildə dəyər itirməsi də qaçılmaz sayılır.
Tanınmış valyuta analitiklərinin fikrincə, yaxın tezlikdə avronun kursu yenidən aşağı enməyə başlayacaq. Ekspertlər dolların bahalaşmasının, avronun ucuzlaşmasının dalğasının Azərbaycana da ciddi təsir edəcəyini bildirir. Xatırladaq ki, Azərbaycan hökuməti illərdir Mərkəzi Bank vasitəsilə dolların kursunu stabil saxlayıb. Lakin dollar çapı ilə bağlı məsələ fonunda baş verənlər Azərbaycana da ciddi təsir göstərəcək və ölkədə dolların bahalaşması gözlənir. Hazırda 1 dollar 78 qəpiyə təklif olunur. Ekspertlər bildirir ki, Azərbaycan Mərkəzi Bankı manatın sabitliyini uzun müddət saxlamaqda çətinlik çəksə də, onu nəzarətdə saxlaya biləcək. Avro isə, qeyd olunduğu kimi, dəyərdən düşəcək. Bunun isə müəyyən müsbət təsirləri var. Artıq məlumdur ki, avronun ucuzlaşması Avropadan gətirilən malların qiymətinə də təsir göstərir. Belə ki, Avropadan idxal olunan mallar ucuzlaşır. Xüsusən də avtomobillərin, məişət avadanlıqlarının qiymətinə bu təsir edir. Bu səbəbdən, avronun ucuzlaşması davam edərsə, qarşıdakı dövr ərzində Avropa avtomobillərinin, xüsusən də Azərbaycanda kifayət qədər geniş yayılan Almaniya maşınlarının ucuzlaşmasını gözləməyə dəyər. Qeyd edək ki, Azərbaycan idxalının 60 faizə qədərini, ixracının isə yarısını Avropa ölkələrilə aparır. Avro ilə alınaraq Azərbaycana gətirilən mallar əsasən dərman preparatları, ərzaq məhsulları, yuyucu vasitələr, mebel və maşınlardır. Lakin ekspertlər onu da vurğulayır ki, avronun uzunmüddətli çökməsi və Avrozonada baş verən proseslər ölkəyə daha ciddi təsir edə bilər. Çünki həm Mərkəzi Bankın, həm Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi avroda yerləşir və bu valyutanın kursunun dəyişilməsi, istər-istəməz, gəlir itkisinə gətirib çıxara bilər. Ekspertlərin fikrincə, avronun milli valyutamıza nisbətən dəyərdən düşməsi ilk növbədə xarici ticarət dövriyyəsinə təsir edəcək. Belə ki, Avronun ucuzlaşması Avropa dövlətlərinə satılan məhsulların azalmasına gətirib çıxarmaqla yanaşı, həm də ixrac əməliyyatlarında əldə olunan real gəlirin həcmini azalda bilər. Neft gəlirlərinin bir hissəsinin məhz avroda saxlanması da ziyanın olacağından xəbər verir. Bu amilin Avropa İttifaqı ilə artan ticarət dövriyyəsinə də mənfi təsiri proqnozlaşdırılır. Avronun ucuzlaşmasının banklardan da yan keçməyəcəyi gözlənir. Belə ki, Azərbaycan bankları arasında xarici kapitallı və Avropa banklarının kapitallarından təşkil olunanlar ucuzlaşmadan zərər çəkəcək. Digər tərəfdən, dolların bahalaşması neftin ucuzlaşmasına səbəb ola bilər. Bu isə neft hasil edən ölkələrin, o cümlədən də Azərbaycanın maraqlarına cavab vermir. Ekspertlər deyir ki, Azərbaycandakı rolunu nəzərə alsaq, neftin ucuzlaşmasının davam etməsi problemlərin yaranmasına gətirər. Çünki Azərbaycan ixracatının əsas hissəsini neft və neft məhsulları təşkil edir ki, bu baxımdan da gələcəkdə qiymətlərin düşməsi böyük rəqəmlərlə ifadə olunsa, bu, Azərbaycanın gəlirlərinə ciddi təsir göstərəcək.
Hər halda, hər şey dolların nə qədər dəyər qazanmasından asılı olacaq. Lakin Avropa ölkələrinin iqtisadiyyatında yaşanan ciddi problemlər, külli miqdarda dövlət borcunun yaranması bu ölkələrin bank sisteminə və iqtisadi artımına ciddi təsir göstərir. Bu isə avronun kursunun sürətlə enməsinə şərait yaradır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ