Avropa şirkətləri Azərbaycanda aktiv işləmək və bu ölkəyə sərmayə qoymaq istəyirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard II Azərbaycan-Aİ biznes forumu çərçivəsində deyib.
O bildirib: "Biz Azərbaycanla energetika sahəsində fəal iştirak edirik, lakin bizim digər sahələrdə də əməkdaşlığı genişləndirmək üçün imkanlarımız var".