Yunanıstanın qazpaylayıcı şirkəti olan DESFA-nın özəlləşdirilməsi məsələsi bu yaxınlarda həllini tapacaq. "APA-Economics" xəbər verir ki, bunu Yunanıstanın Dövlət Özəlləşdirmə Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) prezidenti Stergios Pitsiorlas deyib.
"Proses bu yaxınlarda yekunlaşmalıdır. DESFA-nın səhmlərinin 17%-i italyan şirkətinə satılmaqla qazpaylayıcı şirkət SOCAR tərəfindən özəlləşdiriləcək", - deyə fondun prezidenti qeyd edib.
Qeyd edək ki, DESFA-nın səhmlərinin 17%-ni İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir.
Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də HRADF DESFA-nın 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.