Bazar günü günü, 04 oktyabr 2026
     

Naxçıvan dəhlizinin təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək

Image


Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Belə bir açıqlama ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan çıxış edib.

Erməni nazir nəqliyyat dəhlizinin təhlükəsizliyini Ermənistan ordusunun deyil, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təmin edəcəyini bildirib. Bu arada xatırladaq ki, İrəvan və Moskva Gümrüdəki 102-ci hərbi bazanın müəyyən birləşmələrini Ermənistanın şərqinə dislokasiya etmək imkanlarını nəzərdən keçirir. Vaqarşak Arutyunyan “RİA Novosti” agentliyinə müsahibəsində bu xüsusda bildirib: “Rusiya hərbi bazasının tərkibindən hansısa birləşmələrin Ermənistanın şərq istiqamətində yerləşdirilməsi imkanları barədə danışmaq düzgün olardı. Və bu kontekstdə məsələnin birgə araşdırılması davam etdirilir”. Arutyunyan qeyd edib ki, Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçilərinin üzərinə əlavə funksiyalar qoyulub. Bura Ermənistanın Azərbaycanla sərhədlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi də daxildir. Onu da qeyd edək ki, 102-ci Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsini ölkənin şərqində, yəni Zəngəzurda, Azərbaycanın Qubadlı və Zəngilan rayonları ilə həmsərhəd bölgədə yerləşdirmək planları İrəvanda etirazla qarşılanıb. Politoloq Stepan Qriqoryan bunu Ermənistanın suverenliyini məhdudlaşdıracaq addım kimi dəyərləndirib. O hesab edir ki, Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsinin yerinin dəyişdirilməsi zamanı şərtlərin dəqiqləşdirilməsi mühümdür: “Lakin narahatlıq var ki, bu proseslər Ermənistanın suverenliyindən güzəştə gedilməsinə gətirib çıxaracaq. Rusiya müharibə vaxtı bizə kömək elədi? Eləmədi, siz bilirsiniz. Deməli, nazirin öz mövqeyini bildirmək haqqı var, amma erməni xalqının suverenliyinə, dövlətçiliyinə aid məsələləri bir və ya beş nəfər həll edə bilməz”. Politoloq əlavə edib ki, 102-ci baza haqda mövcud müqavilə qoşunların yerləşdirilməsinin şərtlərini dəqiq müəyyən edir və onların dəyişdirilməsi üçün yeni müqavilə lazımdır. Belə müqavilə isə parlamentin müzakirəsinə təsdiq edilməli, Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir: “Bilirsiniz ki, Rusiya hərbi bazası Ermənistanda üç yerdə yerləşib: əsas hissəsi Gümrüdə, qərargahı İrəvanda, təyyarələri isə Erebuni aeroportunda. Dəyişiklik edilirsə və Rusiya qoşunları həm də Sünikdə (Zəngəzur) yerləşdirilməlidirsə, o zaman müqavilədə belə bənd olmalıdır. Onlar bu müqaviləni nə vaxt imzalamağı planlaşdırırlar, bu müqavilə ictimaiyyətə təqdim olunacaq, ya yox? Çoxlu suallar var. Rusiya qoşunlarının bizə sərfəli olduğu haqda ideyaya gəldikdə isə, biz müharibə vaxtı baş verənlərə baxmalıyıq. Azərbaycan, məsələn, Vardenisə də zərbə endirdi, lakin Rusiya bizə kömək etmədi”.

Ekspertlər qeyd edir ki, Ermənistanda rus qoşunlarının Zəngəzura gətirilməsi bəzi parametrlər baxımından olduqca mühümdür. Bu, ilk növbədə Mehridən keçməklə Naxçıvana uzanacaq dəhlizin yaradılması və işləkliyi baxımından vacib əhəmiyyət kəsb edir. Həmin dəhlizin təhlükəsizliyi rus ordusu tərəfindən təmin edilərsə, onda o, davamlı şəkildə işlək ola bilər. Bu, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İlk növbədə o baxımdan ki, ölkəmizin qərb rayonları və Naxçıvan arasında əvvəllər nəzərdə tutulmayan nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm mühasirədən çıxarılır, həm də yeni nəqliyyat marşrutu yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə Ermənistan da bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə yeni əməkdaşlıq platforması yaradıla bilər. Ekspetlər onu da xüsusi olaraq vurğulayır ki, Naxçıvana quru dəhlizin açılması Azərbaycan iqtisadiyyatının vahid milli təsərrüfat sistemi kimi fəaliyyət göstərməsi istiqamətində olduqca zəruri addımdır. Həm işğaldan azad olunmuş torpaqların, həm də Naxçıvan ərazisinin tam formatlı şəkildə Azərbaycan iqtisadiyyatı ilə təsərrüfat inteqrasiyasının təmini olduqca mühüm əhəmiyyət kəsb edir. Bu fonda logistik əlaqənin Naxçıvanla quru yolu vasitəsilə formalaşması Azərbaycana əlavə üstünlüklər verir.  Bu, yalnız Azərbaycan üçün deyil, bütövlükdə bölgə üçün olduqca önəmlidir. Çünki nəticədə, faktiki olaraq, Azərbaycanla həm Rusiya, həm Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı yeni mərhələyə daxil olacaq. Naxçıvanla dəhlizin açılması həm də Rusiyanın Türkiyə ilə faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir. Eyni zamanda, Naxçıvanla dəhlizin açılması bir istiqamət üzrə də Azərbaycan üzərindən Rusiya ilə İran əlaqələrinin açılması deməkdir və bu, bütövlükdə bölgənin iqtisadi inkişafına xidmət edən bir məsələdir.
Hesab edilir ki, Naxçıvanla dəhlizin açılması uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatında investisiyaların xüsusi çəkisinin artımına səbəb olacaq. Şübhəsiz ki, investisiyaların artımı isə bütövlükdə dayanıqlı iqtisadi artımın Azərbaycanda artan xətt üzrə inkişaf etməsinə şərait yaradacaq. Bundan başqa nəzərə alınmalıdır ki, perspektivli regional iqtisadi inteqrasiya layihələri mövcuddur. Məhz inteqrasiya layihələri hesabına bölgədə sülhün, əminamanlığın da etibarlı şəkildə qorunması mümkündür. Bunu Rusiyada da nəzərə alırlar. Elə bu səbəbdən Mehridən keçən dəhlizin təhlükəsizliyi rus ordusuna həvalə edilir. Ermənistanda buna etiraz edən qüvvələrin mövqeyi isə əhəmiyyətsiz hesab olunur. Azərbaycan bu məsələdə istəyinə nail olmaqdadır və bu prosesdə Rusiya, Türkiyə kimi mühüm oyunçular da Azərbaycanın yanında yer alır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ