çərşənbə günü, 07 oktyabr 2026
     

ABŞ-dan dollara böyük zərbə… 2017-ci ildən bəri ən böyük məzənnə enişi qeydə alındı

Image


Koronavirus pandemiyasının yaratdığı yeni reallıq dünya iqtisadiyyatına, maliyyə sektoruna getdikcə daha çox təsir göstərməkdədir. Bu halda bir sıra ölkələr artıq ticarət əlaqələrində öz valyutalarından istifadəni ön plana çıxarmağa çalışır, dolları əsas maliyyə aləti kimi arxa plana atmağa cəhd edirlər. Elə bu fonda ABŞ dollarının valyuta bazarındakı üstün mövqeyini itirəcəyinə dair xəbərlər maliyyə dünyasını yenidən silkələyir.

Hazırda Avropanın iqtisadi dairələri ciddi-cəhdlə avronun mövqeyini gücləndirmək əzmindədir. Avronun beynəlxalq ticarətdə dolları əvəzləməsi üçün praktiki addımlar atılır. Avropalı ekspertlərin qənaətincə, bununla region maliyyə risqlərindən və itkilərindən sığortalana biləcək. Bununla yanaşı, dünya iqtisadiyyatını əsaslı şəkildə sarsıtmış pandemiyanın coğrafi baxımdan ocağı olan Çin də yuanın beynəlxalq ticarətdə rolunu artırmağa cəhd edir. Hazırda alıcılıq qabiliyyəti pariteti baxımdan Çin ABŞ-dan üstündür. Bunu nəzərə alan ekspertlərin bir qismi gələcəkdə Çin yuanının dolları sıxışdıracağı qənaətindədir. Bununla yanaşı, Rusiya, Türkiyə kimi bir sıra ölkələr də öz valyutaları ilə ticarət əlaqələrinin inkişaf etdirilməsinə dair müxtəlif proqramlar açıqlayır. Ekspertlərə görə, dollar üçün ən böyük mənfi hal həm də kütləvi peyvəndləmə nəticəsində pandemiyadan daha çox zərər çəkmiş başqa ölkələrin ABŞ-dan daha sürətlə dirçəlməsi ola bilər. Bu da dollar üçün müsbət heç nə vəd etmir. Digər tərəfdən, dollara bir neçə amil eyni vaxtda təzyiq göstərir. Qeyd edilən xüsusda “RİA Novosti” portalının hazırladığı təhlildə qeyd edilir: “Dekabr ayının sonundan indiyə kimi dolların məzənnəsi 5,5 faiz aşağı düşüb. İnvestorlar artıq bunun ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcəyi ilə bağlı həyəcan təbili çalmağa başlayıb. İyun ayından bəri pul kütləsinin artım sürəti heç vaxt illik 22 faizdən aşağı düşməmişdi. Yeni dollar çapı fonunda əskinas maşını istər-istəməz inflyasiyaya təkan verəcək. Bununla belə, Federal Ehtiyat Sistemi faiz dərəcələrini sıfıra yaxın səviyyədə saxlamaq niyyətindədir. Bu, iqtisadiyyatı dəstəkləsə də, dollara mənfi təsir göstərəcək.

“Reuters”in valyuta strateqləri arasında keçirdiyi sorğu göstərdi ki, investorlar, risqli də olsa, başqa variantlar axtarışındadır. “Societe Generale” maliyyə qurumunun rəhbəri Kit Caks bu xüsusda qeyd edir: "Dollar, əvvəlki kimi, bütün göstəricilər üzrə olduğundan yüksək qiymətləndirilib və FES-in maliyyə-kredit siyasəti bunu aradan qaldıracaq". Hələ noyabr ayında mütəxəssislər xəbərdarlıq etmişdilər: yeni prezident Co Baydenin hakimiyyətə gəlişi ilə Amerika valyutasının məzənnəsinin aşağı düşməsi qaçılmazdır. Demokratların planında əlavə maliyyə stimulu yaratmaq və yeni yardım paketini işə salmaq da var ki, söhbət təxminən üç trilyon dollardan gedir. Bu, ABŞ valyutasının uzunmüddətli zəifləməsinə gətirib çıxaracaq, çünki büdcə kəsirinin artması və onu ödəmək üçün tələb olunan xarici borcların çoxalması ilə nəticələnəcək. Koronavirus vaksininin geniş tətbiq olunması da ABŞ valyutasına mənfi təsir göstərəcək, çünki bu, iqtisadi fəallığın artmasını vəd edir. 2020-ci ilin sonunda peyvənd xəbərlərinin yayılması ilə dolların məzənnəsində 2017-ci ildən bəri ən böyük illik azalma qeydə alındı.

İqtisadçıların proqnozları məyusedicidir. “Citigroup” bankının dəyərləndirməsinə görə, Demokratların hakimiyyətə gəlməsi 2021-ci ildə dolların 20 faiz zəifləməsi ehtimalını ciddi şəkildə artırır. “Morgan Stanley Asia”nın Direktorlar Şurasının keçmiş sədri Stiven Rouç da bu versiyanı dilə gətirərək, ABŞ büdcə kəsiri və FES-in sıfıra yaxın faiz siyasətinə işarə edib. Məşhur maliyyəçi Cim Rikardsın ssenarisi isə daha da bədbindir. O qeyd edir ki, ABŞ əvvəl-axır borc problemi ilə mübarizə aparmaq məcburiyyətində qalacaq və bunun həlli dolların 50 faiz devalvasiyasını tələb edəcək. O bildirib ki, ABŞ bu ölkənin beynəlxalq maliyyə sistemindəki hökmranlığına meydan oxuyan bir sıra dövlətlərin təzyiqinə məruz qalıb. Söhbət, ilk növbədə, Rusiya və Çindən gedir. Moskva və Pekin çoxlu qızıl alaraq dolları rezerv valyuta kimi sıxışdırmağa çalışır: "Son bir neçə il ərzində Rusiya qızıl və valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb. Bundan başqa, Moskvanın xarici borcları olduqca azdır. Rusların qiymətli metallara gediş etdiyi artıq çoxdan heç kimə sirr deyil, rubl dünyada qızılın ən çox dəstəklədiyi valyutadır".ABŞ-da bu fonda Baydenin komandası işə başlayır. Bütün nazirliklərin rəhbərləri dəyişəcək. Məsələn, dolların zəifləməsinin Amerika ixracatı üçün üstünlüklərini vurğulayan Federal Ehtiyat Sisteminin keçmiş rəhbəri Canet Yellenə maliyyə naziri kürsüsü etibar ediləcək. Bu təyinat iqtisadçılarda narahatlıq doğurur. Məsələn, Klinton hökumətində maliyyə naziri, Obama administrasiyasında isə Milli İqtisadi Şuranın sədri olmuş Larri Sammers bildirib ki, indiki məqamda dolların taleyinə biganə olan aktiv devalvasiyaçı kimi görünmək ağılsızlıq olardı. ABŞ-ın sabiq maliyyə naziri Henk Polson da Yellenə öz məsləhətini verib: "Faiz dərəcələri tarixi minimum səviyyəsindədir, federal borc isə İkinci Dünya müharibəsindən bu yana ən yuxarı həddə gəlib çatıb. Milli borcun kəskin artımını dayandırmaq mütləqdir. Əks təqdirdə dollar gec-tez ucuzlaşacaq. Vaşinqton öz öhdəliklərini yerinə yetirə bilməyəcək". Bir sözlə, ABŞ-ın gələcək maliyyə naziri Amerika valyutasına yaxşı heç nə vəd etməyən bəyanatlar səsləndirir. “Bloomberg” belə hesab edir ki, investorlar üçün bu, dolların uzunmüddətli eniş tendensiyasına bir işarədir. ABŞ hər bir halda dolların məzənnəsini "aşağı salmaq" məcburiyyətində qalacaq: bu, ticarət kəsirini azaltmaq üçün vacibdir. Bəlkə də Bayden üçün iqtisadiyyatı bərpa etməyin yeganə yolu budur”.

Ramil QULİYEV


 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ