Cümə axşamı günü, 15 oktyabr 2026
     

Banklar yenə etimadı doğrultmur - problemli kreditlərdə cəmi 18 faiz azalma, o da dövlətin müdaxiləsi ilə...

Image


Cari ilin martında həcmi yenidən artan problemli kreditlərin miqdarında yenidən azalma müşahidə olunur. Amma bütün bunların kökündə duran başlıca amil, ötən il olduğu kimi, bu il də dövlətin prosesə müdaxiləsidir. Banklar özləri isə yeni problemli kreditlərin yaranmasını önləmək üçün hələ də effektiv fəaliyyət göstərmir.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, mayın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 146,8 milyon manat olub. Ümumi kredit portfelinin 12 milyard 449,4 milyon manatı və ya 82,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 232,4 milyon manat olub və ümumi kredit portfelinin 8,1 faizini təşkil edib. Rəqəmlərin təhlili göstərir ki, martla müqayisədə apreldə ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 8,9%-dən 8,1%-ə geriləyib. Eyni zamanda, apreldə cəmi kredit qoyuluşları 490,6 milyon manat azalaraq 15 milyard 146,8 milyon manata düşüb. Mərkəzi Bank bildirir ki, kredit qoyuluşlarında azalma aprel ayında lisenziyası ləğv edilmiş banklarla əlaqədardır. Problemli kreditlər isə ilin əvvəlinə nisbətən 3,2%, son 1 ildə isə 18,05% azalıb. Aprelin sonuna, yuxarıda qeyd olunduğu kimi, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 8,1% təşkil edib. Bu nisbət martın sonuna 8,9%, ötən ilin sonuna 8,3%, ötən il aprelin sonuna isə 11,6% olub. Son dövrlərdə problemli kreditlərin azalması isə əsasən dövlətin prosesə müdaxiləsi nəticəsində baş verib.

Xatırladaq ki, ötən ilin fevralında fiziki şəxslərin xarici valyutalarda problemli kreditlərinin həllinə dair dövlət tərəfindən mühüm addımlar atıldı. Fiziki şəxslərin xarici valyutada 10 min ABŞ dollarınadək və ya milli valyutada 17 min manatadək olan əsas kredit borclarının həllinə dövlət 1 milyard manatdan çox vəsait ayırdı. Eyni zamanda, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon dollar dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edildi. Ümumilikdə 800 min nəfərdən çox insan bu prosesdən faydalandı. Bu proses bankları problemli kreditlər bataqlığından da xilas etdi.

Bu il özünü göstərən koronavirus pandemiyası şəraitində də dövlət yenə bankları darda qoymadı. Azərbaycanda koronavirus infeksiyasının yaratdığı yeni şəraitdə hökumət bank kreditlərinin ödənilməsi məsələsinə dəstək verdi. Pandemiya və qlobal şokların təsiri altında ödəniş qabiliyyətində problemlər yaranmasını hökumət nəzərə aldı. Bu problemləri aradan qaldırmaq üçün dövlət ilk mərhələdə 1 milyard manatlıq paket təqdim etdi. Burada daha çox sahibkarlara dəstək verildi. Xüsusən də kredit tarixçələri normal olan, yəni kreditləri həmişə vaxtında ödəyən  və yalnız qlobal vəziyyətlə əlaqədar ödəniş problemləri yaranan sahibkarlar bundan faydalandılar. Artıq məlumdur ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu iş adamlarınım kredit faizi yükünün təxminən 10%-lik hissəsini öz üzərinə götürüb. Bu da əhəmiyyətli hissədir. Çünki bu gün ölkədə biznes kreditlərinin orta illik faiz dərəcəsi 14%-dir. Burada bank sektorunun ayaqda qalması məsələsinin də çox vacib olduğunu dövlət nəzərə aldı. Bunlar  yenidən problemli kreditlər burulğanı yaratmağın qarşısının alınmasında vacib rol oynadı. Bir tərəfdən sahibkarın və vətəndaşın marağı qorundu, digər tərəfdən isə bank sektorunun dayanıqlığına dəstək verildi.

Bundan başqa, yeni götürülmüş kreditlər üçün 500 milyon manatlıq dəstək paketi də burada önəmli rol oynadı. Bütün bunlar həm problemli kreditlərin miqdarının azalmasına, həm də bank sektorunun bundan az əziyyət çəkməsinə gətirib çıxardı.  Amma bunların qarşılığında banklar tərəfindən hələ də indiki vəziyyətə uyğun addımlar atılmır. Məsələn, istehlak kreditlərinin xüsusi çəkisi ümumi kredit portfelində yenə 50 faizə çatır. Kredit faizləri hələ də yüksəkdir. Depozit və kredit faizləri arasında da fərq böyük olaraq qalır. Mərkəzi Bankın statistikasına əsasən, may ayının 1-nə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,73%, xarici valyuta ilə 1,63% təşkil edib. Ötən ayla müqayisədə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,22 faiz bəndi, xarici valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə 0,12 faiz bəndi azalıb. Məlumat üçün onu da qeyd edək ki, cəlb edilmiş vəsaitlərin 3 milyard 481 milyon manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 6% təşkil edir. 4 milyard 277 milyon manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,4 faizdir. Ekspertlər hesab edir ki, əmanətlərdə faiz azaldıqca, əhalinin banklara depozit qoyması daha da azalacaq. Halbuki, yuxarıda qeyd olunduğu kimi, kredit faizləri azalmır. Milli valyutada kreditlər üzrə faiz dərəcələri orta hesabla 24 faizədək, bəzi banklarda 29 faizədək yüksəlir. Xarici valyutada kredit faizləri 15 faiz ətrafında dəyişir. Bu ondan xəbər verir ki, əmanət faizləri ilə kredit faizləri arasında nəinki faiz, hətta bir neçə dəfə fərq var. Bu hal bir daha təsdiq edir ki, banklar onlara edilən dövlət yardımından belə lazimi nəticələr çıxarmayıb təhlükəli kredit siyasəti yürütməkdə davam edir. Bu isə indiki pandemiya şəraitində qəbuledilməzdir.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ