Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan yenə iqtisadi uğur nümunəsi ortaya qoyur – postpandemiya dövrü üçün optimist proqnozlar...

Image


Artıq yarım ildən çoxdur ki, koronavirus infeksiyası dünya iqtisadiyyatına da çox ciddi ziyan vurmaqdadır. Qlobal iqtisadiyyatın 5 faizdən çox kiçilməsi indi dünya miqyasında ciddi təhdid kimi qarşılanır. Buna rəğmən, pandemiyanin nə qədər çəkəcəyi və dünya dövlətləri üçün bundan sonra hansı ağır fəsadlar törədəcəyi bəlli deyil. Bir çox nüfuzlu beynəlxalq qurumlar pandemiya ilə bağlı araşdırmalar apararaq, proqnoz və təkliflər irəli sürürlər. Belə təşkilatlardan biri mənzil-qərargahı Cenevrədə yerləşən Dünya İqtisadi Forumudur.

Qurumun rəhbərliyi hesab edir ki, pandemiyanın qlobal iqtisadiyyata mənfi təsirləri gözlənildiyindən daha çox və uzunmüddətli ola bilər. Bu durumda dünya iqtisadiyyatında mühüm yer tutan ölkələrin böyük əksəriyyətinin artıq ciddi çətinliklər, iqtisadi geriləmə yaşaması özünü qabarıq büruzə verir. ABŞ, Çin, Avropa İttifaqı, ümumiyyətlə dünyanın, demək olar ki, bütün ölkələrində iqtisadi geriləmə qeydə alınır. Amma bu geriləmə ölkələr üzrə də fərqlənir. Məsələn, Azərbaycanda iqtisadi geriləmə digər ölkələrlə müqayisədə azdır. Hesablamalar göstərir ki, cari ilin yanvar-may aylarında Azərbaycanda 27 milyard 479,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% azdır. Halbuki, inkişaf etmiş ölkələrdə azalma 5-7 faiz intervalında qeydə alınır. Digər tərəfdən beynəlxalq qurumlar da MDB məkanında Azərbaycanın iqtisadi durumunun daha yaxşı olduğunu bildirir.

Burada xatırladaq ki, bu ilin ilk iki ayında ÜDM-də 2,8 faizlik artıma nail olunub. Lakin cari ilin mart ayından etibarən koronavirus pandemiyasının iqtisadiyyata təsiri hiss olunmağa başlayıb və iqtisadi artım zəifləyib. İlkin rəqəmlərə görə, bu müddətdə ölkə iqtisadiyyatının gündəlik itkiləri 120-150 milyon manat təşkil edib. Nəticədə, 2020-ci ilin ilk 5 ayının yekunları göstərir ki, ÜDM keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azalıb. Amma müsbət məqamlar ondan ibarətdir ki, bu müddətdə qeyri neft-qaz sənayesi 14 faiz, informasiya və rabitə xidmətləri 4,5 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb. Bu fonda ilkin rəqəmlərin təhlili onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyasının yaratdığı böhranı minimum itkilərlə keçir. Hesablamalar göstərir ki, qeyri neft-qaz sənayesində, kənd təsərrüfatında artım ilin sonunadək davam edəcək. Dünya Bankının 2020-ci illə bağlı açıqladığı son proqnozdan da görünür ki, MDB ölkələri arasında Azərbaycan bu böhrandan daha az itki ilə çıxacaq 3 ölkədən biridir. Belə ki, Dünya Bankı bu il Rusiyada 6 faiz, Belarusda 4 faiz, Qazaxıstanda 3 faiz, Ermənistanda 2,8 faiz azalmanın olacağını proqnozlaşdırır. Həmçinin Ukraynada 3,5 faiz, Gürcüstanda isə 4,8 faiz azalma gözlənilir. Cari ildə Azərbaycanda isə 2,6 faiz azalma gözlənilsə də, 2021-ci ildə 2,2 faiz artım proqnozlaşdırılır. Dünya Bankının proqnozları da onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı qısa müddətdə bərpa olunacaq. Artıq gələn ildən etibarən ölkəmizdə iqtisadi artımın olacağı nüfuzlu beynəlxalq qurumlar tərəfindən də bəyan edilir. Həmçinin hesablamalar göstərir ki, bu il iqtisadiyyatdakı geriləməyə baxmayaraq, ticarət balansında müsbət saldo qorunacaq. Belə ki, bu ilin 5 ayı ərzində 7 milyard dollar dəyərində ixrac və 4,2 milyard dollar dəyərində idxal həyata keçirilib. Yəni ölkəmizin cari ilin ilk 5 ayında ticarət dövriyyəsində 2,8 milyard dollar dəyərində müsbət saldo yaranıb. 

Azərbaycanın daha bir mühüm üstünlüyü həm də odur ki, çoxsaylı beynəlxalq maliyyə qurumları ölkəmizlə əməkdaşlığa da xüsusi maraq göstərir. Artıq dünyanın aparıcı maliyyə-kredit institutları Azərbaycanla əməkdaşlığı yeni mərhələyə çıxarmaq üçün müraciətlər ediblər. Halbuki bir çox ölkələr, məsələn, Ermənistan xaricdən borc almaqda ciddi problemlər yaşayır. Pandemiya səbəbindən BVF, Dünya Bankı, AYİB, AİB, “Böyük 20-lik” və digər qurumlara borc üçün müraciət edən ölkələrin sayı 150-yə çatıb, artıq müflis elan edilən ölkələr var. Amma Azərbaycan müraciət etməyib, əksinə, borc verənlər Azərbaycanın ondan vəsait götürməsini istəyir. Bu da səbəbsiz deyil. Məsələn, Asiya İnkişaf Bankı müxtəlif ölkələrdə öz layihələrinin uğur dərəcəsini qiymətləndirir. Azərbaycanda bu göstərici 80 faizdir və bu, regionumuz üçün yaxşı göstəricidir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Gürcüstanda 75 faiz, Qırğıstanda 67,6 faiz, Özbəkistanda 65,5 faiz və Qazaxıstanda 53,8 faizdir. Digər tərəfdən, Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin maliyyə baxımından rahat manevrinə imkan yaradır. Belə ki, bu gün dövlətin strateji ehtiyatları onun xarici borcundan beş dəfə çoxdur. Üstəlik, ölkədə ictimai-siyasi, iqtisadi və sosial sabitlik xarici borclar üçün risq səviyyəsini aşağı salır. Region üçün yüksək sayıla biləcək kredit reytinqlərimiz də qiymətli kağızların buraxılışına, dövlət zəmanətli kreditlərin faizinin və sığorta mükafatlarının azalmasına səbəb olur. Bu halda Azərbaycan iqtisadi inkişafını sürətləndirmək üçün xaricdən istənilən həcmdə kredit götürə bilər. Bu isə qarşıdakı dövrdə iqtisadi artımın daha dinamik hal alması üçün etibarlı zəmin deməkdir. ÜDM-də azalma tempinin az olması isə onu deməyə imkan verir ki, Azərbaycanın pandemiya böhranından minimum itkilərlə çıxmağa iqtisadi imkanları mövcuddur.

Nahid SALAYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ