çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycan neft-qazının dollar əvəzinə avro və manatla satılması gündəmə gəlir...

Image


Dünya miqyasında həyata keçirilən ticarətdə enerji resurslarının alış və satışı xüsusi yer tutur. Bu məhsullların ticarətində əsas etibarı ilə dollardan istifadə olunur. Amma son dövrlərdə dolların başqa valyutalarla əvəzlənməsi istiqamətində də fəal addımlar atılır. Məsələn, ən böyük neft istehsalçısı olan Çin neft alışında tədricən dollardan imtina edir. Çin yuanının arxasında qızıl zəmanəti olması bu valyutanı digər ölkələr üçün cəlbedici edir.

Çinin neft alışında dollardan imtina edərək, milli valyutası olan yuana keçməsindən sonra Hindistan da eyni addımı atıb. Dünyanın ən böyük neft idxalçısı Çindirsə, bu sırada ikinci yerdə Hindistan gəlir. Hindistan artıq dollar idxalını milli valyutası olan rupi ilə həyata keçirmək qərarına gəlib. İki ən böyük neft idxalçısı olan bu ölkələrin belə addım atması əsas gəliri neft satışından olan ölkələrin də dollardan imtinası ilə nəticələnə bilər. Xatırladaq ki, hələ prezident Niksonun dövründə ABŞ dollarla qızılın bağlantısını aradan qaldırmış, dünyanın ən iri həcmli ticarət məhsulu olan neftin satışının və alışının dollarla edilməsini təmin etmişdi. Beləliklə, dollar dünyanın maliyyə taxtının sahibi olmuşdu. Artıq dövr dəyişir və belə görünür ki, dollar imperiyasının sonu yaxınlaşmaqdadır. Ölkələr maliyyə rezervlərini qızıl üzərində saxlamaq istiqamətində yeni addımlar atırlar. Digər tərəfdən, enerji məhsullarının satışında dollardan imtina da vəziyyəti dəyişir. Çin və Hindistanla yanaşı, Rusiya da bir daha elan edib ki, dolların hökmranlığına qarşı mübarizə aparacaq. İndi Avropa ölkələri Rusiya neft və qazının alışı zamanı dollar əvəzinə daha çox avro, rubl və ya digər valyuta ilə hesablaşmalar edir. Xatırladaq ki, Rusiya Qərb ölkələrinin əsas neft və qaz tədarükçüsüdür və həmin ölkələrdə başlıca olaraq avrodan istifadə edilir. Hesablaşmalarda dollar yerinə avrodan istifadə olunması və birbaşa məzənnə dəyişilməsinin aparılması alıcı və satıcının ziyanlarını azalda bilər. Elə məhz bu məsələdə Rusiya və avrozona dövlətlərinin maraqları üst-üstə düşür.

Rusiya isə neft və qaz ticarətində dollar əvəzinə avrodan istifadə etməklə dollarsızlaşdırma yolunda daha iki addım atıb: bir tərəfdən öz qızıl-valyuta ehtiyatındakı qızılın payını artırıb - son 10 ildə Rusiyanın qızıl ehtiyatı durmadan artır və 500 tondan 2 min tona qədər yüksəlib. Digər tərəfdən də, Rusiya ABŞ borc kağızlarına sərmayəni azaldıb. Rusiyadan başqa İran, Türkiyə, Venesuela və digərləri də dollara qarşı mübarizəni genişləndirir. İran neftini əsas etibarı ilə avro ilə, Venesuela isə kriptovalyuta və avro ilə satır. Bu tendensiya genişlənərsə, hesab edilir ki, neft və qaz satıcısı kimi Azərbaycan da avrodan, hətta müəyyən həcmdə manatdan da istifadə edə bilər. Azərbaycan neft və qazını avro ilə almaqda Avropa da maraqlıdır. Burada nəzərrə almaq lazımdır ki, rəqəmsal valyutanın da dollara qarşı istifadəsi üçün atılan addımların miqyası genişlənir. Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı bu xüsusda yazır:“Dünya COVID-19 xəstəliyinin nəticələrinin öhdəsindən gəlməyə çalışarkən, Çin dollar hesablaşmalarını sıxışdıra biləcək rəqəmsal valyutasını sınaqdan keçirir. Ən azından, ABŞ və Çin arasında qarşıdurmanın yeni bir dövrü şəraitində rəqəmsal valyutanın olması bəzi ölkələrin Amerika sanksiyalarına baxmadan qarşılıqlı hesablaşmalar aparmasına imkan verərdi. Çin Mərkəzi Bankı ABŞ dollarına qarşı çıxan rəqəmsal valyutanı tətbiq edir. Bu həm “Carnegie” mütəxəssisləri, həm də “Bloomberg” analitikləri üçün iyun ayının əsas mövzularından biridir.

“Carnegie India”nın baş məsləhətçisi Rəcəb Bansal bildirib:“Çin Xalq Bankı rəqəmsal valyuta səylərini hazır bir məhsula çevirən ilk böyük mərkəzi bank olub”. İndi Çin rəqəmsal yuanı sınaqdan keçirir, ekspertə görə, rəsmi olaraq “bu ilin sonundan gec olmayaraq o, dövriyyəyə buraxılacaq”. Çinin rəqəmsal valyuta vasitəsilə qlobal maliyyə bazarlarına təsirini genişləndirmək üçün bir çox imkanları var. Əvvəla bu, “Bir kəmər-Bir yol” təşəbbüsünə aiddir. Rəcəb Bansal bildirib:“Sərhədsiz əməliyyatlar üzrə hesablaşmalar üçün öz rəqəmsal valyutasından istifadə Çinə biznesdə ABŞ-a yönəlmiş mövcud maliyyə sistemindən, demək olar ki, tamamilə yan keçmək imkanı verəcək”. İqtisadçının sözlərinə görə, Çin Xalq Bankı artıq bir neçə böyük ölkədə, o cümlədən Fransa, Almaniya, Yaponiya, Rusiya, Sinqapur, Cənubi Koreya, İngiltərə və yeri gəlmişkən, ABŞ-da hesablaşmanı yuanla aparan banklarını yaradıb. Daha əvvəl “Deutsche Bank” mütəxəssisləri yeni növ koronavirus pandemiyasının ölkələrin rəqəmsal valyutalara keçidini sürətləndirəcəyini proqnozlaşdırmışdı. İndi buna əlavə edə bilərik ki, Çin ABŞ-la ticarət və texnoloji qarşıdurmasının yeni dövrü fonunda rəqəmsal yuanın sürətlənmiş tətbiqi üçün əlavə stimul alıb. “Bloomberg” agentliyi Harvard Kennedi Məktəbinin iqtisadçılarına istinadən xəbər verib ki, yuanın nəzəri cəhətdən rəqəmsal versiyası son nəticədə İrana və digər ölkələrə ABŞ sanksiyalarından yayınmağa və ya ABŞ hakimiyyəti və dollarlı beynəlxalq ödəniş sistemlərinin nəzarəti xaricində pul köçürməsinə imkan verə bilər”.

Bütün bunlar dollar üçün müsbət heç nə vəd etmir. ABŞ-da pisləşən iqtisadi durum da vəziyyətə təsir edir. Qeyd edək ki, ABŞ-ın büdcə kəsiri koronavirusun yaratdığı böhran üzündən bu ilin may ayında ötən ilin müvafiq dövrünə nisbətən iki dəfədən çox artaraq 424 milyard dollar təşkil edib. May ayında büdcə məxarici əsas etibarilə iqtisadi fəallığı təşviq etmək üçün hökumətin təsdiqlədiyi tədbirlər nəticəsində 53 faiz artaraq 598 milyard dollara çatıb. Büdcə mədaxilinin isə 25 faiz azalaraq 175 milyard dollaradək gerilədiyi ehtimal edilir. Bütövlükdə, 2019-cu ilin oktyabrından başlayan hazırkı maliyyə ilinin ilk səkkiz ayı ərzində federal büdcə kəsiri 1,9 trilyon dollar, yəni ötən ilin müvafiq dövrünə nisbətən 1,2 trilyon dollar çox olub. ABŞ-ın borcunun 23 trilyon dolları keçməsi də dollara inamı azaldan başlıca amillərdəndir. Odur ki, əksər ölkələr indidən buna qarşı hazırlıq görür.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ