Cümə axşamı günü, 15 oktyabr 2026
     

Daim inkişafda olan Naxçıvan sənayesi...

Image


Azərbaycan ötən əsrin axırlarında ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra sosial-iqtisadi sahədə innovativ dəyişikliklər aparılmış, cəmiyyətin yeni konturları müəyyən edilmiş, habelə ölkəmiz perspektivli dövlət siyasəti aparılması yolunu tutmuşdur.

Artıq deyə bilərik ki, Azərbaycan iqtisadiyyatında modernləşmənin daha da sürətləndirilməsi üçün əlverişli şərait yaranmışdır. Ölkədə makroiqtisadi sabitliyin yaranması dinamik inkişafı təmin etmişdir. Dinamik inkişaf isə iqtisadiyyatın əsas və həlledici sahəsi olan sənaye sahəsində də özünü biruzə vermişdir.

Ölkədə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ixracyönümlü mallar istehsalının artırılması sahəsində çox mühüm işlər görülmüşdür. Elə bunun nəticəsidir ki, 2007-ci ildə respublikada rəqabətqabiliyyətli mallar istehsalı 18,5 dəfəlik inkişaf tempinə malik olmuşdur.

Ümumiyyətlə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafı sənayenin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Əhalinin yerli sənaye məhsullarına tələbatı artdıqca çeşidi də getdikcə genişlənir. Qeyd etmək lazımdır ki, muxtar respublikada fəaliyyət göstərən sənaye sahələri içərisində emal sənayesi özünün tutduğu yerə və xüsusi çəkisinə görə fərqlənir. Belə ki, 2008-ci ildə bütövlükdə Naxçıvan MR-də istehsal olunan ümumi sənaye məhsulunun 82,4 faizi məhz emal sənayesinin payına düşmüşdür. Emal sənayesində məhsulun çeşidi də artmışdır. 2008-ci ildə muxtar respublikanın sənaye sahəsində istehsal olunan 192 adda məhsulun 60-dan çoxu və ya 30 faizi məhz emal sənayesinin payına düşmüşdür.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının əsas və həlledici sahəsi, lokomotivi sayılan sənaye 1996-cı ildən başlayaraq, ölkədə makroiqtisadi sabitlik əldə olunduqdan sonra, özünün əsl inkişaf mərhələsinə qədəm qoymuşdur.

XX əsrin 90-cı illərinin əvvəllərində keçmiş ittifaq respublikaları ilə iqtisadi əlaqələrin qırılması və məlum Qarabağ münaqişəsi ilə əlaqədar olaraq demək olar ki, muxtar respublikada bütün sənaye müəssisələri öz fəaliyyətini dayandırmışdır. Tam blokada vəziyyətinə düşən Naxçıvan iqtisadiyyatını dərin böhrandan çıxarmaq, onun aparıcı sahəsi olan sənayeni bərpa etmək, yeni sənaye müəssisələri yaratmaq və modernləşdirmək missiyası 1995-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilən Vasif Talıbovun üzərinə düşmüşdür.

Aparılan təhlillər göstərir ki, keçən 20 il ərzində muxtar respublikada əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 2015-ci ildə 56,4 dəfə artaraq təqribən 2 milyard 467 milyon manat təşkil etmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 2015-ci ildə 5581 manat təşkil etməklə son 20 il ərzində 42,3 dəfə artmışdır.

Ümumiyyətlə, ölkədə olduğu kimi muxtar respublikamızda da Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının reallaşdırılması istiqamətində uğurla həyata keçirilən irimiqyaslı tədbirlər öz nəticələrinin pozitivliyi ilə seçilir.

Məlum olduğu kimi, 1995-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov ulu öndərin strateji inkişaf xəttinə sadiq qalaraq tam blokada şəraitində yaşayan muxtar respublikanı tam inkişaf müstəvisinə çıxarılmasının konkret proqramını verdi. Və keçən 25 il ərzində muxtar respublikada nəyə qadir olduğunu öz əməyi və gərgin işi ilə sübut etdi. Bunu əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsul istehsalına dair tərtib olunmuş aşağıdakı cədvəldən daha aydın görmək olar:

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun dinamikası (1995-2019-ci illər)

                  Müqayisə dövrü

 

Göstəricilər

 

1995

 

2008

 

2014

 

2019

Analoji nisbət

1995-ci ilə nisbətən 2019-cu ildə

Ümumi Daxili Məhsulun həcmi , min manatla

43721,7

795763,6

2391004,2

2839650,0

64,9 dəfə

Adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi, min manatla

 

136,6

 

2057,3

 

5465,2

 

6201,5

 

45,6 dəfə

Statistik məlumatların təhlili göstərir ki, son 25 ildə ÜDM inkişaf dinamikası yüksələn xətlə inkişaf etmişdir. Belə ki, ÜDM istehsalı 2008-ci ildə 1995-ci ilə nisbətən 18,2 dəfə, 2014-cü ildə 54,7 dəfə, 2019-cu ildə isə 64,9 dəfə artmışdır. Son 25 ildə adambaşına düşən ÜDM istehsalı da özünün sürətli inkişafını təmin etmişdir. Belə ki, 2008-ci ildə 1995-ci ilə nisbətən adambaşına  ÜDM həcmi 15,0 dəfə, 2014-cü ildə 40,0 dəfə, 2019-cu ildə isə 45,6 dəfə artmışdır.

İqtisadiyyatın sahələri içərisində sənayenin həlledici sahə olduğu nəzərə alınaraq muxtar respublikada çox güclü sənaye siyasəti yeridilərək, yeni texnologiyalar əsasında yaradılan sənaye müəssisələrinin sayı xeyli artmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin qayğısı nəticəsində son 25 il ərzində sənaye müəssisələrinin sayı 7,9 dəfə artaraq 442-ni ötüb keçmişdir. Qeyd etmək lazımdır ki, 1995-ci ildə muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin sayı cəmi 56 vahid təşkil etmişdir.

Bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır ki, muxtar respublikada açılan yeni sənaye müəssisələri əsasən xarici investisiyaları cəlb etməklə və dünyanın ən yeni texnologiyaları əsasında yaradılan sənaye müəssisələri keyfiyyətli məhsul istehsal etsin. Burada əsas məqsəd rəqabətədavamlı məhsullar istehsal etmək, dünya bazarında başqa dövlətlərin buraxdığı məhsullarla rəqabətə girmək və qalib gəlmək məsələsi istehsalçıların qarşısında bir vəzifə kimi qoyulmuşdur.

Təbii ki, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” bütövlükdə Azərbaycanda olduğu kimi onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da sənayenin sürətlə inkişafına təkan vermişdir. Nəticədə sənaye müəssisələrinin say tərkibinin artması eyni zamanda muxtar respublikada sənaye məhsulunun artmasına gətirib çıxarmışdır. Əgər 1995-ci ildə sənaye məhsulu istehsalı muxtar respublikada cəmi 9,1 milyon manat təşkil edirdisə bu rəqəm 2015-ci ildə 917,0 milyon manata, 2019-cu ildə isə 1 milyard 14 milyon manata çatdırılmışdır. Beləliklə, sənaye sahəsində görülən tədbirlər öz bəhrəsini vermiş və nəticədə son 25 il ərzində sənaye məhsulu istehsalı 113 dəfəyə yaxın artmışdır.

Ümumiyyətlə rəqabət qabiliyyətli sənaye məhsulu istehsalının artması muxtar respublikanın ixrac potensialında öz yerini daha da möhkəmləndirmişdir. Təkcə bir faktı demək kifayətdir ki, 2019-cu ildə muxtar respublikada ixrac potensialı cəmi 425,5 milyon ABŞ dolları təşkil etmişdir ki, bunun da 323,3 milyon ABŞ dolları sənaye məhsulunun payına düşmüşdür.

Yuxarıda deyildiyi kimi muxtar respublikamızda 2019-cu ildə 1 milyard 15 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. İstehsal olunmuş  sənaye məhsulunun 96 faizindən çoxu emal sənayesinin payına düşür. Qeyd etmək lazımdır ki, əhalinin ərzaq mallarına olan tələbatının səmərəli şəkildə ödənilməsi üçün nəinki aqrar sektorda, habelə emal sənayesində də innovasiyalı istehsal prosesinin reallaşdırılması  vacib məsələlərdən biridir. Bu baxımdan məsələyə yanaşdıqda göstərmək lazımdır ki, son illərdə Naxçıvan Muxtar Respublikası sənayesində innovasiya prosesləri güclənmiş və yeni məhsulların istehsalı öz sürətini getdikcə artırmışdır.

Naxçıvan MR-da yeni emal sənaye müəssisələrinin yaradılması əhalinin istehlakında mühüm yer tutan qida məhsullarının yerli istehsal hesabına təmin olunmasına və idxaldan imtina olunmasına gətirib çıxarmışdı. Məhz bu səbəbdən də son illərdə muxtar respublikada  idxalın həcmi xeyli azalmışdır.

Keçən əsrin 90-cı illərində, demək olar ki, qida məhsullarının əsas hissəsi xaricdən idxal olunurdu. Lakin Naxçıvan MR Ali Məclisinin bu istiqamətdə gördüyü məqsədyönlü tədbirlər nəticəsində bir çox qida məhsullarının istehsalı təşkil olunmuşdur.

Statistik materiallar əsasında aparılan təhlillər göstərir ki, son illərdə respublikamızda iqtisadi potensialın regional baxımdan hərtərəfli inkişafının təmin edilməsi və yekun nəticədə iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun dinamik inkişafına yönəldilmiş tədbirlərin əlaqələndirilmiş şəkildə reallaşdırılması əsasında regionların müxtəlif makroiqtisadi göstəriciləri üzrə xüsusi çəkisinin artması müşayət edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və ölkə başcısı İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi müstəqillik strategiyasına uyğun olaraq aparılan struktur islahatları, iqtisadiyyatın beynəlxalq iqtisadi münasibətlərə və təsərrüfat əlaqələrinə uğurla inteqrasiyası Naxçıvan Muxtar Respublikasında da sosial-iqtisadi inkişafın dinamik artımına səbəb olmuş, bütün iqtisadi fəaliyyət sahələrinin inkişafına etibarlı zəmin yaratmışdır.

Naxçıvan Muxtar Respublikasında müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, məhsul istehsalının dinamik artımı qorunub saxlanmışdır.

2109-cu ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 84 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 63 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilmişdir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ildə 10,9 milyon manat kredit verilmişdir ki,bu da 2018-ci illə müqayisədə 2,1 dəfə çoxdur.

Bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır ki,bu gün ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etmək üçün sənaye parkları,sənaye məhəllələri,aqro parklar və.s istehsal sahələri yaradılır ki,burada dövlət dəstəyi də mühüm rol oynayır.

Bu baxımdan da qeyd etmək lazımdır ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin yaradılması və bu məqsədlə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması sənayenin inkişafına yeni imkanlar yaradacaqdır.

Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra mülkiyyət çoxnövçülüyü yaranmış və özəl sektor inkişaf etməyə başlamışdır. Bu özünü regionlarda da biruzə vermişdir. Naxçıvan Muxtar Respublika iqtisadiyyatının başqa səhələrində olduğu kimi sənaye sahəsində də qeyri-dövlət sektorunun payı ildən-ilə artır. Belə ki, 2019-cu ildə  muxtar respublikada sənaye məhsulu istehsalının payı dövlət sektorunda 5,9 faiz,özəl sektorda isə 94,1 faiz təşkil etmişdir. Bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Aparılan təhlillər göstərir ki, Naxçıvan Muxtar Respublikasında aparılan sənaye siyasəti, yeni texnologiyalar əsasında yaradılan sənaye müəssisələri və istehsal olunan sənaye məhsulları gələcək illərdə də özünün sürətli inkişafını və ixrac potensialının artmasını davam etdirəcəkdir.

2020-ci ilin I rübünün nəticələri də bunu deməyə əsas verir. Belə ki, bütün dünyanı bürüyən pandemiyanın tüğyan etdiyi bir dövrdə də Naxçıvan iqtisadiyyatının inkişafı davam etmişdir.Naxçıvan Muxtar Respublikasının bütün makroiqtisadi göstəriciləri,o cümlədən 2019-cu ilə nisbətən 2020-ci ildə sənaye məhsulları istehsalı 1 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 2,5 faiz, ümümi daxili məhsul istehsalı 0.8 faiz,nəqliyyat sektorunda yük daşımalar 0,8 faiz,informasiya və rabitə xidmətləri 2,1 faiz,xarici ticarət dövriyyəsi 7,6 faiz artmışdır.

Nazim ƏHMƏDOV
İqtisad elmləri doktoru, professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ