çərşənbə axşamı günü, 18 avqust 2026
     

Dünya dövlətləri dollar ehtiyatlarını qızılla əvəzləməyə başladı – Azərbaycanda da proses gözlənilən sayılır...

Image


Təsir dairəsi hələ də genişlənməkdə olan koronavirus dünya iqtisadiyyatına zərbə vurmaqda davam edir. Aparılan hesablamalara əsasən, dünya iqtisadiyyatı cari ldə koronavirus səbəbindən 5 faizdən çox azalacaq. Bu durum maliyyə sektoruna da təsir edərək, burada valyutalar nisbətinə də təsirini artırır. Məsələn, son dövrlərdə dolların mövqeyinin zəifləməsi fonunda qızılın əhəmiyyətli dərəcədə qiymət artımı müşahidə edilir. Belə ki, son 3 ayda dünya bazarlarında qızılın qiymətində bahalaşma olub və qızılın 1 unsiyası, yəni 31 qramı 1400 dollardan 1700 dollaradək qalxıb.

Digər tərəfdən, ABŞ iqtisadiyyatında qeydə alınanlar dollara inamı sarsıdaraq qızıla marağı daha da artırır. Məsələ burasındadır ki, ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosu COVID-19 pandemiyası səbəbindən ABŞ iqtisadiyyatının resessiya mərhələsinə daxil olduğunu açıqlayıb. Hesabatın müəllifləri koronavirusun yayılması səbəbindən iş yerlərinin və istehlak tələbatının azalması ilə ABŞ iqtisadiyyatı tarixinin 2009-cu ilin iyun ayından başlayaraq 128 ay davam etmiş ən uzunmüddətli iqtisadi artım epoxasına son qoyulduğunu qeyd ediblər. Pandemiya mərhələsinin başlanğıcından bəri Amerika Birləşmiş Ştatlarında 42 milyondan çox insan iş yerini itirib və işsizlik müavinəti almaq üçün müraciət edib. Ştatların administrasiyaları tərəfindən koronavirusa görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbindən minlərlə müəssisə öz fəaliyyətlərini dayandırmalı olub. Iqtisadi çətinliyin hələ bir neçə il davam etməsi proqnozlaşdırılır. Bu durumda dollar ehtiyatlarıının sürətlə qızıla dəyişilməsi prosesi də özünü qabarıq göstərir. Artıq qızıla sərmayə qoyan birja fondlarının aktivləri tarixdə ilk dəfə olaraq 100 milyon unsiya həddini aşaraq 100,15 milyon unsiya səviyyəsinə və ya 3120 tona çatıb. Sözügedən fondların aktivləri təkcə may ayında 417 ton, ilin əvvəlindən isə 536 ton artıb. Proses bu səpkidə gedəcəyi təqdirdə qızıla tələbin daha da artması və onun qiymət artımının davam etməsi proqnozlaşdırılır. Çünki qızıla tələbat qlobal miqyasda artır. Dünya Qızıl Şurası da bildirir ki, yeni növ koronavirusun yaratdığı qeyri-müəyyənliklər qızıla tələbatı daha çox artırır. Bu ilin ilk 5 ayında da qızıl əsaslı investisiya fondlarına son 4 ildə ən güclü axın yaşanıb. Təkcə birinci rübdə qızıla tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq təqribən 1084 ton olub. Qızılın unsiya qiyməti isə 2012-ci ilin dekabrından bu yana ən yüksək səviyyəyə çatıb. Qlobal qızıl tələbatı bu dövrdə 55 milyard dollar səviyyəsinə çatıb. Dollar ifadəsində isə 2013-cü ilin ikinci rübündən bəri ən yüksək səviyyəyə qalxıb.

Bütün bunlar bir daha göstərir ki, koronavirus pandemiyası dövründə qızıl dünyada investorlar üçün ən etibarlı vasitəyə çevrilib. Baş verənlər Azərbaycanda da diqqətlə izlənir. Ölkəmizdə də aydın görünür ki, koronavirus pandemiyası dövründə dünya iqtisadiyyatında hansı proseslərin baş verəcəyi və bunun nə vaxtadək davam edəcəyi aydın deyil. Ona görə də Azərbaycan da qızıla investisayısını artırır. Ölkəmizdə yalnız qızıl məmulatlarının qiymətində hansısa ciddi bahalaşma qeydə alınmır. Səbəb də odur ki, son zamanlar toyların olmaması tələbi xeyli dərəcədə zəiflədib. Karantin tədbirlərinə görə satış yerlərinin qapalı olması, toyların nə vaxt başlayacağının bilinməməsi qızıla olan tələbatı xeyli azaldıb. Bundan əlavə, pandemiya dövründə təkcə ölkəmizdə deyil, bütün dünyada insanların alıcılıq qabiliyyəti aşağı düşüb. COVID-19 tədbirləri və qızılın baha qiymətləri zərgərlik məmulatlarına tələbatı azaldıb. Belə ki, zərgərlik məmulatlarına tələbat qlobal miqyasda 39 faiz azalıb. Dünyanın ən böyük zərgərlik bazarı olan Çində isə 65 faiz nisbətində azalma olub. Ona görə də Azərbaycanda qızıldan hazırlanan məmulatların qiymətində kəskin artımın olması ehtimalı çox aşağıdır. Amma xam qızılla bağlı vəziyyət fərqlidir. İqtisadçı-ekspert Rəşad Həsənov da bu xüsusda qeyd edir ki, Azərbaycan bazarında qızılın qiymətinin formalaşmasında iki əsas faktor var:"Birincisi xam qızılın maya dəyəri, ikincisi isə qızıla olan tələbdir. Xam qızılın qiyməti ilə zinət əşyası kimi satılan qızılın qiyməti arasında kəskin fərqlər olur. Son dövrlərdə, xüsusilə pandemiya dövründə dünya bazarında qızılın qiyməti əhəmiyyətli səviyyədə artıb. Digər istiqamətlərdə risqlər artdığı üçün investorlar qızıla yönəlirlər. Azərbaycanda pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiq olunması zərgərlik məhsullarına tələbi azaldıb və bu da qiymətin aşağı düşməsinə şərait yaradır. Amma digər tərəfdən, qızılın maya dəyərinin artması qiymətin bahalaşmasına şərait yaradır. Ona görə də bazarda qiymətlər bu iki istiqamətin ortasında formalaşır". Indilikdə ölkəmizdə daha çox külçə qızlın bahalaşması müşahidə edilir. Dövlət də dollar ehtiyatlarının bir qismini qızıla çevirir. Hətta ölkəmizdə bəzi fərdi və institusional investorlar da öz portfellərini qızıl vasitəsilə şaxələndirir, qoruyur. Qeyri-müəyyən geosiyasi vəziyyət, qızılın digər aktiv növlərinə, o cümlədən daşınmaz əmlaka və qiymətli kağızlara nəzərən etbarlı olması və qızıl hasalatının son illərə nisbətən azalması onun qiymətinin artacağını proqnozlaşdırmağa əsas verir. Bunu Azərbaycanda da nəzərə alırlar. Hesab edilir ki, qlobal neft və valyuta bazarlarındakı qeyri-müəyyənlik investorların qızıla marağının bundan sonra da artmasına səbəb olacaq. Bu mənada, Azərbaycanın valyuta ehtiyatlarının tərkibində qızılın payını daha da artırması tamamilə gözlənilən sayılır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ