Cümə axşamı günü, 15 oktyabr 2026
     

Uğursuz faiz siyasəti üzündən əhali əmanətlərini banklardan qaçırır...

Image


Aparılan təhlillər bank sektorunda əmanətlər üzrə faiz dərəcələrinin azalmaqda olduğunu üzə çıxarır. Halbuki, banklar əmanət faizlərini azaltsalar da, kredit faizlərində yenə əvvəlki kimi hansısa ciddi dəyişiklik etmir. Bu vəziyyət, öz növbəsində, əhalinin əamənətlərini banklardan geri çəkməsi ilə müşayiət edilməkdədir.

Mərkəzi Bankın statistikasına əsasən, may ayının 1-nə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,73%, xarici valyuta ilə 1,63% təşkil edib. Ötən ayla müqayisədə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,22 faiz bəndi, xarici valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə 0,12 faiz bəndi azalıb. Hüquqi şəxslərdən manatla depozitlər ortalama 5,71%, xarici valyutada isə 1,07%-dən cəlb edilib. Elə bu səbəbdən əhali banklara əmanət yerləşdirməsini azaldıb. Eyni zamanda, banklardan geri götrülən vəsaitlərin də həcmi sürətlə artır. Ekspertlər baş verənləri təhlükəli hal adlandırır. İlk növbədə ona görə ki, əhalinin banklardan əmanətlərini geri çəkməsi bankların özü üçün maliyyə baxımından çətinlik yaradır. Yenə də cari ilin may ayının 1-nə olan statistikaya əsasən, ölkədə paytaxt və regionlar üzrə cəlb olunmuş əmanətlər 7 milyard 758 milyon manat təşkil edib. Cari ilin aprel ayının 1-nə isə əmanətlərin həcmi 8 milyard 252 milyon manat idi ki, bu da əmanətlərin bir ayda 494 milyon manat və yaxud 6% azalması deməkdir. Bu azalmanı şərtləndirən başlıca amil məhz əmanət faizlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsidir. Azalma, əsasən Bakıda özünü daha qabarıq büruzə verir. Belə ki, qeyd edilən dövrdə cəlb olunmuş əmanətlərin 6 milyard 995 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Onu da qeyd etmək lazımdır ki, Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlərdə son 1 ay ərzində 338 milyon 478 min manat azalma müşahidə olunub.

Məlumat üçün onu da qeyd edək ki, cəlb edilmiş vəsaitlərin 3 milyard 481 milyon manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 6% təşkil edir. 4 milyard 277 milyon manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,4 faizdir. Ekspertlər hesab edir ki, əmanətlərdə faiz azaldıqca, əhalinin banklara depozit qoyması daha da azalacaq. Halbuki, yuxarıda qeyd olunduğu kimi, kredit faizləri azalmır. Milli valyutada kreditlər üzrə faiz dərəcələri orta hesabla 24 faizədək, bəzi banklarda 29 faizədək yüksəlir. Xarici valyutada kredit faizləri 15 faiz ətrafında dəyişir. Bu ondan xəbər verir ki, əmanət faizləri ilə kredit faizləri arasında nəinki faiz, hətta bir neçə dəfə fərq var. Düzdür, əmanət faizləri ilə kredit faizləri arasındakı münasibətin qorunub saxlanmasına ehtiyac var. Amma bu fərq artıq dəfələrlə ölçülməməlidir. Beynəlxalq təcrübəyə də müraciət edildikdə, Azərbaycanda depozit faizləri ilə kredit faizləri arasındakı fərqin böyük olması diqqəti cəlb edir. Demək olar ki, beynəlxalq təcrübədə depozit faizləri ilə kredit faizləri arasında fərqin dəfələrlə ölçülməsini müşahidə etmək mümkün deyil. İnkişaf etmiş ölkələrdə kredit faizləri daha aşağıdır və 3-5 faiz intervalında dəyişir. Depozitlər üzrə faizlər də aşağıdır və 1-2 faiz intervalında dəyişir. Amma buna rəğmən, kreditlə depozit faizləri arasında fərq böyük deyil. Beynəlxalq təcrübədə depozit faizləri ilə kredit faizləri arasındakı fərqin hər halda inzibati yolla tənzimlənməsi baş verməsə də, bazar bu fərqi tənzimləyir. Ölkəmizdə isə banklar üzündən vəziyyət fərqlidir. Burada nəzərə almaq lazımdır ki, Azərbaycanda depozit portfeli kredit portfelinin təxminən yarısını  təşkil edir. Bu da ondan xəbər verir ki, depozit portfeli kreditlərin verilməsində kifayət qədər böyük paya malikdir. O baxımdan bu gün depozit faizləri ilə kredit faizləri arasındakı fərq, əslində, bankların özünə zərərdir. Çünki əhali əmanətləri geri çəkir, kreditlərə tələb azalır. İndiki halda isə depozit və kredit faizlərində fərqin yaranmasının əsas səbəbi bankların yenə də daha çox gəlir əldə etməyə çalışmasıdır. Qısa müddətə daha çox gəlir əldə etmək prinsipi banklar üçün prioritet olaraq qalır. Bu özünü kredit strukturunda da göstərir. Bu gün də bankların təklif etdiyi kreditlərin az qala yarısı istehlak kreditləridir. Yaranmış vəziyyətdə hesab edilir ki, əmanətlə kredit faizləri arasındakı münasibətin tənzimlənməsinə ehtiyac var. Əks halda banklar vətəndaşdan aşağı faizlə pulu cəlb edib daha yüksək faizlə kredit kimi təklif etməkdə davam edəcək. Bu halda əhalinin banklardan əmanətini geri çəkməsi isə bank sektorunda maliyyə baxımından ciddi problemlər yarada bilər.

Digər tərəfdən də ekspertlər hesab edir ki, kredit faizləri ilə bağlı vəziyyət mütləq tənzimlənməlidir. Çünki kredit faizlərinin yüksək olması son nəticədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində strategiya ortaya qoyan hökumətin planlarına da neqativ təsir göstərir. Ən azı o baxımdan ki, bu, maliyyəyə çıxış imkanlarını məhdudlaşdırır. Hesab edilir ki, vəziyyətdən çıxış yolu kimi müəyyən addımların atılması, lazım gələrsə, banklara inzibati yola təsir göstərilməsi həyata keçirilməlidir. Məsələn, faktdır ki, bankların hazırda maliyyə mənbələrinə çıxış imkanları da məhduddur. Bu özünü daha çox mərkəzləşmiş kreditlərdə göstərir. Burada müxtəlif səbəblər var. Səbəblərdən biri odur ki, banklar götürdükləri vəsaitləri yerləşdirə bilmirlər. Bu səbəbdən də vəsait cəlb etməkdə maraqlı deyillər. İkinci səbəb isə ondan ibarətdir ki, banklar daha genişləndirilmiş kredit siyasəti həyata keçirərkən belə mərkəzləşmiş kreditlərdən kifayət qədər yararlana bilmirlər. Bu səbəbdən bankların mərkəzləşmiş kreditlərə çıxışının asanlaşdırılması vacib sayılır. Araşdırmalar göstərir ki, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdiyi kreditlərin cəmi 7 faizini təşkil edir. Bu da bankların vəsaitin 93 faizini kənardan cəlb etməsi deməkdir. Bu baxımdan kənar mənbələrin sayının çox olması cəlb edilən kredit resurslarının bahalı olmasına səbəb olur ki, son nəticədə kredit faizləri yüksəlir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ