Cümə axşamı günü, 15 oktyabr 2026
     

“Asiya əjdahası” dollara qarşı hücuma keçir

Image


 Son günlərdə bir çox ölkələrin milli valyutalarının ABŞ dollarına nisbətdə bahalaşması müşahidə edilir. Xüsusən avro dollara nisbətdə daha çox dəyər qazanır. Bu durumda neftin qiymətində də artım qeydə alınır. Artıq Azərbaycan neftinin qiyməti də xeyli bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,14 dollar artaraq 40,28 dollar təşkil edib. Bu gedişlə ay ərzində qiymətin 50 dollarlıq həddi də keçməsi gözlənir.

Proseslərin inkişaf axarı isə dolların mövqeyinin bundan sonra da sarsılmaqda davam edəcəyini göstərir. Bunun bir sıra mühüm səbəbləri var. Əvvəla, qaradərili Corc Floydun ölümündən sonra ABŞ-ı bürüyən ixtişaşlar artıq bu ölkədə sabitliyi sual altına alıb. Bu isə indi birjalara və maliyyə sektoruna da təsir edir. Digər tərəfdən, koronavirus ABŞ iqtisadiyyatına gözlənildiyindən də çox zərər vurur. Konqresin Büdcə Ofisi hesabatında da vəziyyətin təhlükəli istiqamətdə inkişaf etdiyi bildirilir:“ABŞ-da hər gün koronavirus epidemiyası daha geniş vüsət alır. Bu amil isə ölkə iqtisadiyyatına böyük zərər vurur. ABŞ iqtisadiyyatına bu gedişlə təxminən 8 trilyon dollar zərər dəyəcək. İş yerlərinin bağlanması və sosial məsafə tədbirlərinin istehlakçı xərclərini azaldacağını gözləyirik. ABŞ-ın enerji sektoruna qoyulan sərmayə ciddi şəkildə azalacaq". Məhz bu vəziyyət dollara da ciddi şəkildə təsir edir. Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı isə yazır ki, dollara daha bir sarsıdıcı zərbə Çindən gələ bilər:“Çin hökuməti ABŞ-ın SWIFT və maliyyə qurumlarına etibarlı mühitdə əməliyyat məlumatı göndərməyə və almağa imkan verən digər sistemlərə mane ola biləcəyi ilə bağlı risqləri müzakirə edir. Belə bir ssenari az ehtimal olunandır, amma istisna deyil, çünki Vaşinqton Honq-Konqun muxtariyyətini pozduğu, koronavirus və digər məlumatları gizlətdiyinə görə Pekini cəzalandıracağı ilə hədələyir. Çini qlobal fond bazarlarından kənarlaşdırmaq cəhdi Amerika üçün böyük itkilərlə nəticələnəcək. Buna baxmayaraq, Pekində mümkün cavabı müzakirə edirlər.

Çin parlamenti Honq-Konq üçün Milli Təhlükəsizlik Aktını qəbul etdikdən sonra ABŞ prezidenti Donald Tramp anklavı ticarət imtiyazlarından məhrum və Pekinə sanksiya tətbiq edəcəyini açıqlayıb. Lakin konkret hansı tədbirlərin görüləcəyi hələlik bəlli deyil. Vaşinqton, ehtimal ki, Çin rəhbərliyini qeyri-müəyyənlikdə saxlayacaq. “South China Morning Post” qəzetinin yazdığına görə, Pekində narahatlıq üçün yeni və ciddi səbəb var: Tramp administrasiyası Çinə zərər vermək üçün dolların gücündən sui-istifadə etmək qərarına gələ bilər. Çinlə Rusiya və İran kimi davranma ehtimalı çox az olsa da, ÇXR-in dollar sistemindən ayrılması ilə maliyyə müharibəsi ssenarisi artıq ağlasığmaz görünmür. Çin korporasiyaları və maliyyə qurumları böyük köçürmələr üçün hazırlanmış SWIFT və “Chips” sisteminin, yəni ABŞ palatasının infrastrukturundan istifadə edir. Hökümətdəki qapalı müzakirələrdə iştirak edən Pekindəki rəsmilər və analitiklər deyirlər ki, Çini onlardan məhrum etmək dünyanın maliyyə sistemi üçün sunami kimi bir şeydir. Buna baxmayaraq, Çinin belə bir zərbəyə necə təpki verəcəyi müzakirə olunur. Bu cür hərəkət, müzakirə iştirakçılarının sözlərinə görə, “soyuq müharibədən daha çox isti bir döyüş olardı”. Belə bir qarşıdurmada paylar son dərəcə yüksəkdir. Dünyanın əksər ölkələri kimi, Çin də beynəlxalq ticarət, maliyyə və investisiya əməliyyatlarında ödəmələr üçün dollara güvənir. Üstəlik, Honq-Konqun maliyyə təşkilatları çox vaxt Çinə qapı rolunu oynayır.

Pekin dollara ikili münasibət göstərir. Bir tərəfdən, o, böyük valyuta ehtiyatı olan sandıq üstündə oturur. Onların yarısı dollarla ifadə olunur. Pekin dolları strateji aktiv olaraq görür. Buna görə də, hökumət xaricə dollar köçürən şirkətləri yaxından izləyir. Vətəndaşlara ildə 50 min dollardan çox olmayaraq yuanı dollara dəyişdirmə icazəsi verilir. Digər tərəfdən, Pekin son 10 ildə dolların gücünü sarsıtmaq üçün çox səy göstərib. Çin Mərkəzi Bankının keçmiş sədri 2009-cu ildə dolların suveren superkursla əvəzlənməsini təklif edib. Bu fikir gerçəkləşməyib, lakin Çin yuanının digər ölkələrlə ticarət əməliyyatlarında istifadəsini təşviq edir, onlarla ikitərəfli yuan mübadiləsi sazişləri imzalayıb. Şanxayda neft fyuçersləri ticarət bazarı açılıb. Amma indi Çin dollarda olan qiymətli kağızları satsa və dollar ticarətini zəiflətsə, bu, ABŞ valyutasına çox ciddi zərbə olacaq. Honq-Konq Universitetinin professoru Lüy Tinmin bildirir: “ABŞ İran və Venesuelanı qorxuda bilər, çünki onların siyasi və maliyyə gücü yoxdur. Lakin Çin və onun valyuta ehtiyatlarının həcmi o qədər güclüdür ki, ABŞ belə ifrat tədbir görməyə cəsarət etmir. Bundan əlavə, Vaşinqtonun Pekinə artan hökumət borcunu almağa davam etməsi lazımdır”. Professor Amerika təzyiqlərinə cavab olaraq Çinin yuanın beynəlxalq valyutaya çevrilməsini sürətləndirəcəyini düşünür. Rusiya Elmlər Akademiyasının üzvü Aleksandr Lomanov isə qeyd edib:“Baş verənlərdən təkcə Çin əziyyət çəkməyəcək, həm də Amerikanın pulqabıları boşalacaq”. Çinin təpkisinə gəldikdə, ekspertin fikrincə, 2018-ci ildən, yəni ticarət müharibəsinin başlanmasından bəri onda Amerikanın bütün hücumlarından qorunmalı olduğu anlayışı var. “Artıq 2 ildir ki, çinlilər bütün istiqamətlərdə öz zəifliklərini müəyyənləşdirir. Xarici çiplərdən və xarici təyyarə mühərriklərindən, kimyəvi maddələrdən, o cümlədən maliyyə zəifliyindən asılılıq var. Bir sözlə, hadisələrin hər hansı bir inkişafında Çin sürprizlə qarşılanmayacaq”. Bütün bunlardan görünür ki, Çin dollara qarşı bundan sonra daha aqressiv siyasət aparacaq. Onu bu prosesdə Rusiya, Türkiyə, İran, çoxsaylı Avropa dövlətləri və digərləri dəstəkləyir. Bu isə dolları qarşıdakı dövrdə daha çətin günlərin gözlədiyini deməyə əsas verir. Bir çox ölkələr kimi, Azərbaycanın da buna indidən hazır olması vacib saylıır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ