Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan pandemiya dövründə də iqtisadi sahədə mühüm nümunə yarada bildi

Image


Hələ də geniş şəkildə tüğyan edən koronavirus pandemiyası dünya iqtisadiyyatına ciddi zərbə vurmaqda davam edir. Özü də bu prosesdən böyük iqtisadiyyata malik ölkələrin daha çox təsirlənməsi müşahidə olunur. ABŞ, Avropa İttifaqı ölkələri, Çin, Rusiya və digərlərinin timsalında qeyd edilənlər özünü qabarıq büruzə verir.

Əsas gəlirləri neft-qaz satışı hesabına təmin edilən bir çox ölkələrdə qeyri-qənaətbəxş vəziyyət hökm sürür. Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələrinin timsalında da bunu aydın sezmək olar. Bütün bunlar fonunda Azərbaycanın durumuna nəzər salanda daha fərqli mənzərə müşahidə olunur. Belə görünür ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı istiqamətində vaxtında atdığı addımlar öz nəticəsini verir. Ölkə iqtisadiyyatı digər ölkələrdəki kimi geriləmir, əksinə, cüzi də olsa artır. Daha bir vacib məqam isə həm də odur ki, Azərbaycan bu şəraitdə ixrac məsələsində yenə üstünlüyünü qoruyub saxlayır. Bunu real rəqəmlərə nəzər salmaqla da görmək olar. Belə ki, bu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6 milyard 695,3 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 4 milyard 58,3 milyon dollarını və ya 60,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 637 milyon dollarını, yaxud 39,4 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 1 milyard 421,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. Cari ilin birinci rübündə qeyri-neft-qaz məhsullarının ixracı keçən ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 3,4 faiz artıb. Mövsümi amillər fonunda aqrar sektor hesabına qeyri-neft sektorunda ilin növbəti rüblərində ixrac həcminin daha çox olması gözlənir.

Digər tərəfdən, yükdaşımalar hesabına da Azərbaycanın qeyri-neft gəlirlərində daha çox artım gözlənilir. Xüsusən də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi hesabına bu artım proqnozlaşdırılır. İranın Dövlət Limanlar və Gəmiçilik Təşkilatının rəhbəri Məhəmməd Rastad da Azərbaycan üzərindən daşınan yüklərin xeyli artacağını bildirib. O qeyd edib ki, tranzit ölkə kimi İranın limanları daha çox yük qəbul etməyə başlayıb. Limanların yükaşırma gücünün artırılması artıq zərurətə çevrilib:“İranın Çabahar, Bəndər-Abbas, Şəhid Rəcayi kimi iri limanları beynəlxalq yükdaşımalarda əhəmiyyətli rola malikdir. İran elə bir coğrafi məkanda yerləşir ki, bu ölkənin ərazisindən, dəmir yollarından və dəniz limanlarından Avropa ilə Asiya arasında tranzit yüklərin daşınması daha qısa zamana və ucuz qiymətə başa gəlir. Buradan da yüklər Azərbaycandan keçməklə Rusiya və Avropa istiqamətinə çıxır”.  Qeyd edək ki, İrana gələn yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rusiyaya, oradan isə Qərbi Avropaya daşınır. Əks istiqamətdə də yükdaşımalar intensiv şəkildə həyata keçirilir. Təkcə Səudiyyə Ərəbistanı Rusiya, MDB və Avropa ölkələrində 22 milyard dollar həcmində idxal əməliyyatı həyata keçirir. Ümumiyyətlə körfəz ölkələri Rusiyadan taxıl, Avropadan isə ərzaq məhsulları ilə yanaşı, texniki təchizat və tikinti materialları idxal edir. Hazırda İrana daxil olan tranzit yüklər əsas etibarı ilə “Şimal-Cənub” dəhlizi vasitəsilə Azərbaycanın üzərindən daşınır. Bu isə, ölkə büdcəsinin gəlirlərini artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına şərait yaradır.

Hazırda yalnız Asiya ölkələri deyil, Avropa dövlətləri də idxal-ixrac əməliyyatlarını “Şimal-Cənub”  vasitəsilə həyata keçirməyə çalışır. Çünki Rusiya və Azərbaycan üzərindən yüklərin Asiyaya göndərilməsi zaman baxımından tez, xərc baxımından isə ucuz başa gəlir. Müasir biznesdə isə zaman qazanmaq və az xərclə çox iş görmək olduqca əhəmiyyətlidir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan nəinki regionda, ümumiyyətlə bütün dünyada ən sabit dövlətlərdən biridir. Bu isə o deməkdir ki, Azərbaycan öz ərazisindən keçən bütün yüklərin təhlükəsiz mənzil başına çatdırılmasını təmin etmək imkanına malikdir. Bütün bunlar nəticəsində Azərbaycan üzərindən yükdaşımalara maraq artır. Bu durumda ölkənin gəlirləri də yüksəlir. Baş verənləri şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirir ki, Azərbaycan bu halda daha dayanıqlı iqtisadiyyat sahibinə çevrilir. Onun sözlərinə görə, pandemiya qlobal iqtisadiyyatda kəskin azalmalara gətirib çıxarıb: “Dünya iqtisadiyyatında, eləcə də aparıcı ölkələrin ümumi daxili məhsulunda azalma müşahidə edilir. Qlobal iqtisadiyyat üçün 2020-ci ildə proqnoz bütövlükdə dünya iqtisadiyyatının ikirəqəmli, yəni 10 faizdən çox azalmasından ibarətdir. Sevindirici haldır ki, Azərbaycan həm pandemiyadan əvvəlki dövrdə, həm də pandemiya vaxtı iqtisadi artım tempini qoruyub saxlaya bilib.

Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlayan azsaylı ölkələrdən biridir. Bu ondan xəbər verir ki, Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdıran, eyni zamanda, 3,5 milyard manatlıq iqtisadi, sosial və dəstək paketi həyata keçirməklə yanaşı, ÜDM-dəki artımı qoruyub saxlayan ölkələr sırasındadır. Pandemiya dövründə Azərbaycanın ümumi daxili məhsuldakı artım tempinin qorunub saxlanması pozitiv qiymətləndirilməlidir. ÜDM-də artımın qeydə alınması, xüsusən də Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların nəticəsidir". Əvvəlki illərdə ölkəmizdə həyata keçirilən dərinləşmiş islahatların pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərini azaltdığını diqqətə çatdıran ekspert bildirib: "Bu, bir tərəfdən imkan verdi ki, Azərbaycan sahibkarlar, məşğul əhalinin və işləməyən vətəndaşlarımızla bağlı birbaşa dəstək paketi həyata keçirə bilsin. Bu dəstək paketi nəticə etibarilə pandemiyanın təsirlərini minimumlaşdırdı. Azərbaycan pandemiya dövründə 1,7 milyon nəfərədək özəl sektorda çalışan vətəndaşlarımıza birbaşa maliyyə dəstəyi göstərdi. Ölkədə aparılan islahatlar imkan verdi ki, Azərbaycan qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-dəki artım tempini qoruyub saxladı. ÜDM-in strukturuna diqqət yetirsək görərik ki, artım daha çox qeyri-neft sektorunun hesabına baş verir. Bu o deməkdir ki, qeyri-neft sektoru ÜDM-dəki və bütövlükdə iqtisadiyyatdakı artımda drayverə çevrilir. Pandemiyanın təsirləri qalır, neftin dünya bazarında qiyməti aşağıdır, lakin iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın məhz pandemiya dövründə də iqtisadi artımı qoruyub saxla bilməsinə şərait yaradır. Bu isə təbii ki, postpandemiya dövrü üçün daha nikbin proqnozların verilməsi üçün baza yaradır. Nəzərə alsaq ki, iqtisadi paket strateji olaraq postpandemiya dövründə sahibkarların daha çox dəstəklənməsini nəzərdə tutub. Bu da nəticə etibarilə imkan verəcək ki, Azərbaycanın postpandemiya dövründə ümumi daxili məhsulunda daha yüksək iqtisadi artım müşahidə edə bilək. Bu, eyni zamanda, qeyri-neft sektorunun ÜDM daxil olmaqla makroiqtisadi göstəricilərdəki drayver rolunun qorunub saxlanması və genişləndirilməsinə xidmət edəcək".

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ