Cümə axşamı günü, 15 oktyabr 2026
     

Manat bank əmanətlərində dolları tam sıxışdırmağa başladı

Image


Aparılan hesablamalar göstərir ki, cari ilin aprelin 1-nə Azərbaycan banklarında əmanət qoyuluşu 8 milyard 251,7 milyon manat təşkil edib.  Bu, martın 1-i ilə müqayisədə 5,1% azdır. İlin əvvəlinə nisbətən banklara əmanət qoyuluşu 4,5%, son 1 ildə isə 1,1% azalıb. Amma hökumət əmanət qoyuluşunda azalmanın olmasını istəmir. Bu səbəbdən stimullaşdırıcı addımlar atılır və burada əsas məqsədlərdən biri də milli valyutada əmanət yığımının artımına nail olmaqdır.

Qeyd edək ki, bu xüsusda atlan mühüm addımlardan biri də qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin artırılması oldu. Əmanətlərin Sığortalanması Fondu artıq bu il iyunun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 12 faizədək qaldırılması barədə qərar qəbul edib. Fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz təşkil edir. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir. Bundan başqa, məlumat verildiyi kimi, Prezident İlham Əliyev tərəfindən əhalinin bütün qorunan əmanətlərinin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin növbəti dəfə 9 ay uzadılması haqqında qanun imzalanıb.  Əmanətlərin tam sığortalanmasının davam etməsi  7,3 milyard manat həcmində vəsaiti əhatə etməklə ümumilikdə 8,3 milyon əmanətçinin maraqlarının qorunmasına xidmət edir. Məhz bu da insanların banklardan vəsaitini geri çəkməsini dayandırır.

Digər tərəfdən manatla əmanət yığımına da maraq sürətlə artır. Xatırladaq ki, cari ilin ilk rübündə Azərbaycanda fiziki şəxslərin banklarda yerləşdirilən əmanətlərinin 4, 3 milyon manatı və ya 50 faizi xarici valyutadadır. Bu isə o deməkdir ki, əmanətlərdə dollarlaşma yenə azalır. Belə ki, 2020-ci il yanvarın 1-nə əsasən əmanətlərin 52,2%-i və ya 4 milyard 505 milyon  manatı xarici valyutada olub. 2019-cu ilin əvvəlində isə bu göstərici  62,5% təşkil edib. Bu da o deməkdir ki, ötən ilin əvvəlindən indiyə qədər olan müddətdə dollarlaşma səviyyəsi 12 faizdən çox azalıb. Artıq manat və dollar əmanətləri paritet həddə çatıb. Hökumətin addımları ilə yaxın tezlikdə manat əmanətlərinin bank depozitlərində dollardan daha çox olması qaçılmaz sayılır.

Ümumiyyətlə, təhlillər göstərir ki, banklarda dollarlaşma səviyyəsi azalır və son illərdə bu proses daha sürətli xarakter alıb. Buna həm manata olan inamın bərpası, həm valyuta bazarında bir neçə ildir hökm sürən sabitlik, həm də dollar əmanətləri üzrə sığortalanma faizinin keçən ilə qədər 3%, keçən ildən isə 2,5% təşkil etməsi kimi amillər təsir göstərib. Dövlət sığorta hadisəsi baş verərkən manatla yerləşdirilən əmanətlərin 12%-nə zəmanət verdiyini bəyan etdiyi halda, dollarla əmanətlərə görə bu rəqəm cəmi 2,5% təşkil edir. Bu da banklara dollarla əmanət yerləşdirilməsinə marağı azaldır. Hazırda banklarda dollarlaşma prosesi yüksək səviyyədə deyil. Üstəlik, manat üzrə qoyulan əmanətlərin daha 2% artıq həcmdə sığortalanması qərarı dollarlaşma tendensiyasına, ekspertlərin fikrincə, bir zərbə vuracaq. 

Hazırda banklarda dollar resursları əvvəlkinə baxanda elə də çox deyil. Banklar dollarla, faktiki olaraq, kreditlər də təklif etmirlər. Kredit resurslarına ehtiyacı olanlar da xarici valyuta ilə borc götürmür. Ona görə də dollarlaşma, belə demək olarsa, tədricən aradan qalxır. Digər tərəfdən, ABŞ iqtisadiyyatında baş verənlər dolların taleyi ilə bağlı ciddi narahatlıq yaradır. Hesab edilir ki, ABŞ iqtisadiyyatında hazırda davam edən mənfi proseslər dolları dünya və Azərbaycan miqyasında əhəmiyyətli dərəcədə ucuzlaşdıra bilər. ABŞ-ın Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell də vəziyyətin yaxşı olmadığını bildirir: “Rəqəmlər böyük olacaq. Dəqiq söyləmək çətindir. Fərziyyələrlə danışmaq istəməzdim. Amma bu ilin ikinci rübündə ABŞ-ın ÜDM-i yeni növ koronavirus pandemiyasının nəticələri ilə əlaqədar 20-30%-ə qədər azala, işsizlik səviyyəsi isə 20-25%-ə çata bilər”. Onun fikrincə, mövcud vəziyyəti İkinci Böyük Depressiya adlandırmaq olmaz. “Bəzi köklü fərqlər var. Birincisi, iki ay əvvəl çox sağlam iqtisadiyyata sahib idik. Amma pandemiya durumu dəyişib. Onu da xatırladım ki,  1920-ci illərdə böhran olanda maliyyə sistemi çökmüşdü. İndi isə maliyyə sistemimiz güclüdür və buna tab gətirməyə qadirdir. Bununla belə, yenə çox kəskin tənəzzül olacaq, amma bu, müddət baxımından 1930-cu illərləkindən çox qısa olmalıdır”. Pauell, həmçinin, zamanla iqtisadiyyatın bərpa olunacağına əminliyini dilə gətirib. Amma indiki halda səslənən fikirlər və reallıq ABŞ iqtisadiyyatının tənəzzüldə olduğunu göstərir və bu da dolları artıq digər valyutalara nisbətdə ucuzlaşdırır.

Xatırladaq ki, ötən həftə ABŞ Əmək Nazirliyi apreldə işsizlik səviyyəsinin rekord səviyyəyə - 14,7%-ə çatdığını açıqlayıb. “The Washington Post” qəzetinin apardığı sorğuya əsasən, bu müddətdə 2008-ci il qlobal maliyyə böhranı ilə müqayisədə işçilərin ixtisarı, təxminən, iki dəfə çox olub. ABŞ-ın ÜDM-i 2020-ci ilin ilk rübündə pandemiya ətrafında yaranan vəziyyətə görə son 6 ildə ilk dəfə illik müqayisədə 4,8% azalıb. Bu rübdə azalmanın daha çox olması gözlənilir. Məhz bunlar dollara inamı azaldır və Azərbaycanda da bu hal özünü qabarıq göstərir. Bu durumda banklara manatla yerləşdirilən vəsaitin miqdarının daha sürətlə artması proqnozlaşdırılır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 12:34
Tramp Vaşinqtonun İranda kimlərlə danışıq apardığını bilmir…

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ