Cümə axşamı günü, 15 oktyabr 2026
     

Postpandemiya dövrü üçün dünya iqtisadiyyatı barədə bədbin proqnozlar Azərbaycandan yan keçir...

Image


Dünya iqtisadiyyatını qarşıda gözləyən dövr üçün kifayət qədər bədbin proqnozlar səslənməkdədir. Verilən proqnozlar iqtisadiyyatda əhəmiyyətli dərəcədə geriləmələr olacağını deməyə əsas verir. BMT-nin İqtisadi və sosial işlər departamentinin “Dünyada iqtisadi vəziyyət və perspektivlər” adlı son hesabatında bildirilir ki, cari ildə dünya iqtisadiyyatı COVID-19 pandemiyası nəticəsində 3,2 faiz kiçilib, yəni 8,5 trilyon ABŞ dolları məbləğində zərərə uğrayıb:“Bu qədər itkilər dünya ÜDM-nin əvvəlki dörd ildəki artımını heçə endirəcək. Həm də ÜDM sənayesi inkişaf etmiş ölkələrdə daha çox, 5 faiz azalacaq, inkişaf edən ölkələrdə isə azalma 0,7 faiz olacaq”.

Bildirilir ki, yeni koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər dünya iqtisadiyyatının 90 faizinə təsir edərkən istehsalat zəncirlərinin pozulmasına, tələbatın azalmasına, işsizliyin artmasına gətirib çıxarıb. Hesabat müəlliflərinə görə, koronavirusun fəsadları üzündən dünyada 56 faizi Afrikanın payına düşən 34,3 milyon insan yoxsulluq həddindən aşağıya düşəcək:“Bir çox ölkələrdə hökumət tərəfindən həyata keçirilən və dünya ÜDM-nin 10 faizinə qədər müvafiq olan təkanverici tədbirlər müsbət haldır. Pandemiya başa çatandan sonra dünya iqtisadiyyatının nə qədər tez dirçələcəyi dövlətlərin iş yerlərini qoruyub saxlamaq, əhalinin daha çox zərərə uğrayan təbəqələri üçün gəlir təmin etmək bacarığından birbaşa asılıdır”. Qərargahı Manilada yerləşən Asiya İnkişaf Bankının hesabatında da bədbin məqamlar yer alıb. Qeyd edilir ki, bu il koronavirus pandemiyasının yaratdığı fəsadlara görə dünya iqtisadiyyatının itkisi 5,8 - 8,8 trilyon dollar aralığında dəyişə bilər:“Yeni növ koronavirusun səbəb olduğu pandemiya nəticəsində dünya iqtisadiyyatı 5,8 trilyondan 8,8 trilyon ABŞ dollarına qədər itki verə bilər ki, bu da qlobal ümumi daxili məhsulun 6,4 - 9,7%-nə bərabərdir”. Bank ekspertləri qeyd ediblər ki, zərərlərinin 8,8 trilyon dollar olacağı təxmini məhdudiyyətlərin altı ay ərzində qüvvədə olacağı uzunmüddətli risq dövrü üçün ssenarinin qiymətləndirilməsidir. İqtisadi aktivliyin üç ayda bərpa olunacağı ssenaridə isə bu rəqəm 5,8 trilyon dollar olacaq. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı da qlobal iqtisadiyyatın azalacağını bildirir. Amma bu azalmalar ölkələr üzrə fərqlidir. Məsələn, Azərbaycan nadir ölkələrdəndir ki, cari ilin ötən dövründə iqtisadiyyatında artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 22 milyard 400 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur. Özü də bu artım əsas etibarı ilə qeyri-neft sektoru hesabına baş verib. Belə ki, 4 aylıq ÜDM-in 14 milyard  530 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb.  Bu isə qeyri-neft sektorunun ÜDM-də payının 70 faizi keçməsi deməkdir. Avropa Yenidənqurma və İnkişaf Bankı da Azərbaycanın digərləri ilə müqayisədə daha bir üstünlüyə malik olduğunu bildirir. Bankın hesabatında qeyd olunur ki, 2019-cu ildə Azərbaycan ÜDM-inin artım tempi indi daha çox  qeyri-neft sektoru hesabınadır və bu da digər enerji hasilatçıları ilə müqayisədə onun əlavə üstünlüyüdür. Bildirilir ki, kənd təsərrüfatı və xidmət sektoru da müsbət dinamika göstərir:“Aprel ayında valyutaya təzyiq də azalıb. Bank sektoruna inamı artırmaq üçün hökumət fiziki şəxslərin əmanətlərinin tam sığortalanması müddətini 2020-ci ilin dekabr ayının əvvəlinə qədər uzatdı. Mübadilə məzənnəsi bu gün sabit olaraq qalır. ARDNF-in böyük aktivləri (ÜDM-nin təxminən 90%-i) xarici şokların iqtisadiyyata təsirini yumşaltmağa davam edəcək”. Bank artıq 2020-ci ilin üçüncü rübündə ölkəmizdə iqtisadi artımın daha sürətli olacağını gözləyir.  

Daha bir vacib məqam odur ki, Azərbaycan əksər ölkələrdən fərqli olaraq investisiya baxımından da əlverişli mövqedədir. Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 milyard 903 milyon manat vəsait yönəldilib.  Məlumata görə, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 18,8% artıb. İstifadə olunmuş vəsaitin 2 milyard 622,3 milyon manatı və yaxud 67,2%-i məhsul istehsalı sahələrinə, 875,2 milyon manatı və yaxud 22,4%-i xidmət sahələrinə, 406 milyon manatı və yaxud 10,4%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Pandemiya dönəmində bunlar kifayət qədər yüksək göstəricilər sayılır. Xarici ticarət sahəsində də durum əlverişlidir. Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 9,7 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb.

Dörd aylıq xarici ticarət dövriyyəsinin 6,3 milyard dolları ixracın, 3,4 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə idxal 25,7% azalıb. Son nəticədə xarici ticarətdə 2,9 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 15,1% çoxdur. Belə vəziyyət ölkənin daha çox valyutaya qənaət etməsinə imkan verir. Yeri gəlmişkən qeyd edək ki, bu böhran şəraitində Azərbaycan maliyyə yardımı üçün Beynəlxalq Valyuta Fonduna  müraciət etməyib. Halbuki, 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna və ya Dünya Bankına yardım almaq üçün müraciət edib. Azərbaycanın isə kifayət maliyyə ehtiyatları var. Bu da iqtisadiyyatın yeni dönəmdəki inkişafı və onun səngiyən sahələrini yenidən işə salmaq üçün çox böyük imkanlar yaradır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 12:34
Tramp Vaşinqtonun İranda kimlərlə danışıq apardığını bilmir…

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ