Cümə axşamı günü, 15 oktyabr 2026
     

ABŞ və Çinin yeni savaşı dolları çökdürür, Azərbaycan uduşlu mövqedə...

Image


ABŞ və Çin arasında kəskinləşən münasibətlər iki ölkənin iqtisadi əlaqələri ilə yanaşı, dolların da taleyinə ciddi təsir göstərmək həddinə çatıb. Belə görünür ki, Çin ABŞ-ın ona yönəlik koronaviris ittihamlarına cavab olaraq Vaşinqtonu ən zəif yeri sayılan dollar üzərindən vurmağa hazırlaşır.

Bu prosesdə Çin öncə ABŞ iqtisadiyyatına daha az sərmayə yatırmağı düşünür. Artıq Çinin 2019-cu ildə ABŞ iqtisadiyyatına birbaşa sərmayəsi öncəki illə müqayisədə azalaraq 5 milyard ABŞ dollarına düşüb. 2018-ci ildə isə bu göstərici 5,4 milyard dollar olmuşdu. Bu il isə tərəflər arasında ziddiyyət üzündən bu sərmayənin tam dayandırılması gözlənilir. Mütəxəssislər bu vəziyyəti iki ölkə arasındakı münasibətlərin soyuması və Çin hökumətinin xarici kapitala qoyulan sərmayələrə tətbiq etdiyi məhdudiyyətlərlə əlaqələndirir. Bundan əlavə, Çinin “South China Morning Post” nəşri yazır ki, Pekin ABŞ-ın qiymətli kağızlarını satışa çıxara və bununla da, ABŞ dollarını ucuzlaşdıra bilər. Yazıda bildirilir ki, Çin ABŞ-ın dövlət istiqrazlarına 1,1 trilyon dollar məbləğində investisiya qoyub və hazırda bu rəqəmi azaltmaq barədə düşünür. Bu addımın ikitərəfli ticarət münasibətlərindəki yeni gərginliyə və COVID-19 pandemiyasına görə ölkələr arasındakı "söz müharibəsi"nə cavab olaraq atılacağı deyilir.

Çinin qərarı həm də ABŞ-ın qiymətli kağızlar bazarı üçün problemlər yarada bilər. Çünki rəsmi Vaşinqton pandemiyanın iqtisadi təsirlərini azaltmaq üçün bir sıra proqramları maliyyələşdirmək istəyir və bu məqsədlə dövriyyəyə yeni qiymətli kağızlar buraxır. Bundan başqa, investisiyalardan imtina ABŞ-ın nüfuzuna ciddi zərbə vuracaq və bu ölkənin qlobal investorlara ödəmə qabiliyyətini şübhə altına alacaq. Bu arada, “Deloitte China” nəşrinin baş iqtisadçısı Süy Sitao bildirib ki, Çin və Rusiya ABŞ hökumətinin dünya bazarında silah kimi istifadə etdiyi dollardan istifadəni dayandırmaq barədə müzakirələr aparır. Bu hal isə, ekspertlərə görə, dollar üçün müsbət heç nə vəd etmir. Rusiyalı iqtisadçı Aleksandr Losev də bildirir ki, Çinlə ABŞ arasındakı ticarət savaşı iqtisadi savaşa keçsə, dollar çökəcək və bütün dünyanın iqtisadi itkiləri dəfələrlə artacaq:"Qarşıdurmalar digər sferalarda da keçsə, o zaman dünya iqtisadi böhranı riskləri artacaq. 2008-ci il böhranı zamanı ABŞ-dan kənardakı dünyanın itkisi 3 trilyon dollara bərabər idi. Həmin dövrdən indiyə qədər qlobal iqtisadiyyat 27% artıb. Hazırkı qarşıdurma ən azı bu qədər itkiyə səbəb ola bilər. Ticarət müharibəsi iqtisadi savaşlarla nəticələnsə, bu, qlobal iqtisadiyyatın geriləməsinə və enerjiyə ehtiyacın azalmasına gətirib çıxaracaq. Bu, həm də dolların çöküşündə özünü göstərəcək”.

“Dolların ucuzlaşdırılması həm Avropanın, həm də Amerikanın investorları üçün problem yaradır. Məlum olduğu kimi, Amerika dünyada həm ən çox xarici borcu olan, həm də ən böyük istiqraz dövriyyəsinə malik dövlətlərdən biridir. ABŞ öz valyutasını ucuzlaşdırmaqla borclarını daha ucuz valyuta ilə ödəyə bilər ki, bu da onun üçün müsbət bir addımdır. Amma məsələnin mənfi tərəfi bundan ibarətdir ki, bu addım investorları Amerikadan çəkindirə bilər. Buna görə də məsələdə bu şəkildə ziddiyyətlər ortaya çıxır. Bunlar Çinə də yaxşı məlumdur və Pekin dollara qarşı sərt addımlar atmaqda israrlıdır. Hesab edilir ki, bu fonda Çin ABŞ-da qiymətli kağızları satışa çıxarsa, digər dövlətlər də eyni addımı atacaq. Bu isə dolların sadəcə dünya iqtisadiyyatında rolunun üzərindən xətt çəkilməsi deməkdir. ABŞ və Çin arasında şiddətlənən iqtisadi savaş fonunda ekspertlər dollar üçün heç də müsbət proqnozlar vermir. Qeyd olunan məsələdə indilikdə Rusiya, Türkiyə, İran, bəzi Avropa ölkələrinin Çinin yanında yer alması müşahidə olunur. Proses, ekspertlərə görə, Qafqaza da təsir edəcək. Yeri gəlmişkən qeyd edək ki, bu durumda ABŞ və Çinin Azərbaycanın da yerləşdiyi Cənubi Qafqaza marağı əhəmiyyətli dərəcədə artıb. Xüsusən də, istər Çinin, istərsə də ABŞ-ın regionun əsas dövləti olan Azərbaycanla iqtisadi münasibətlərə indi daha çox diqqət yteirməsi aydın müşahidə olunur. Çin və ABŞ indilikdə Azərbaycanla iqtisadi əlaqələri daha da dərinləşdirməyə can atır. Azərbaycan isə hər iki ölkə ilə iqtisadi əməkdaşılığı genişləndirməkdə maraqlıdır və tərəflərin hər birinə münasibətdə neytral siyasət yürüdür. Belə görünür ki, Bakının bu yanaşmasından Pekin və Vaşinqton özləri də razıdır.

Hazırda Birləşmiş Ştatlarla Azərbaycan arasında bir çox istiqamətləri əhatə edən münasibətlər mövcuddur. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətləri isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, "Şərq-Qərb" dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsidir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır. Hazırda Azərbaycanın Çinlə də iqtisadi əlaqələri genişlənir. Çinin “Bir Kəmər - Bir Yol” strategiyasını dəstəkləyən ilk ölkələrdən olan Azərbaycan, həm də bu təşəbbüsün reallaşdırılmasında fəal iştirakçıdır. Çinin “Bir Kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır. Məhz bütün bunları əsas götürərək, nə ABŞ, nə də Çin Azərbaycanla münasibətləri pisləşdirməkdə maraqlıdır. Əksinə, belə görünür ki, tərəflərin hər ikisi, ticarət müharibəsinə rəğmən, Azərbaycanla əlaqələri daha sürətlə inikşaf etdirəcək. Amma bu ölkələrin iqtisadi savaşında dollarn çöküşünün Azərbayacana da təsir etməsi gözlənilir. Azərbaycan bu fonda, istisna olunmur ki, valyuta ehtiyatlarının tərkibi ilə bağlı siyasəti yeniləsin.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 12:34
Tramp Vaşinqtonun İranda kimlərlə danışıq apardığını bilmir…

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ