Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycanın bank sektoru tam sağlamlaşdırılır

Image


Cari ildə iqtisadi müstəvidə mühüm dəyişikliklər yaşanan sahələrdən birinin də bank sektoru olacağı gözlənilir. Yayılan məlumatlardan, verilən rəsmi açıqlamalardan da bəlli olur ki, Azərbaycanın bank sektorunda sağlamlaşdırma prosesi indi əsas prioritetlərdən biridir. Bu mənada, ötən ay dörd bankla bağlı məlum qərar da təsadüfi sayılmır.

Bir daha xatırladqq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli qərarları ilə “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub. Bundan bir gün sonra isə həmin banklardan ikisinin - “AtaBank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib. Digər iki bankın da durumu yaxşı deyil. Belə ki, həm “NBCBank”, həm də “AGBank” mənfi kapitala malikdir. Elə Mərkəzi Bankın sədri Elman Rüstəmov da bu banklarda ürəkaçan durumun olmadığını vurğulayır:“AGBank” və bank “NBCBank”da vəziyyət bizə qismən məlum idi, lakin bəzi məqamlara aydınlıq gətirməli idik, bu səbəbdən həmin banklarda müvəqqəti inzibatçılar təyin etdik. Lakin qeyd etmək lazımdır ki, banklarda vəziyyət heç də ürəkaçan deyil”. Onun sözlərinə görə, “AGBank”da kapital mənfi 145 milyon manat, “NBCBank”da  mənfi 23 milyon manat təşkil edir.“AGBank”da problemli kreditlərin xüsusi çəkisi 54%, “NBCBank”da  32%, ümumi əmanətlər 280 milyon manat həcmində qiymətləndirilir. Bu bankların da bağlanması istisnalıq təşkil etmir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, bank sektorunda sağlamlaşdırma prosesi  2020-ci ildə prioritetlərdən biridir. Məsələnin bu tərəfinə nəzər salan Elman Rüstəmov qeyd edir:“Toksik aktivlər və zəif banklar maliyyə-bank sistemi üçün risqlər yaradır, xüsusilə bu gün dünyadakı mürəkkəb makroiqtisadi mühitdə. Bundan əlavə, bu həmçinin banklarda əmanətçilərə güclü sosial zərbədir. Bu səbəbdən biz həmin yığılan problemləri həll edirik.Sağlamlaşdırma bank sektorunun mövqelərini yaxşılaşdıracaq”.

Yaranmış durumda ekspertlər hesab edir ki, zəif və təqdim etdiyi məlumatlar reallıqdan uzaq olan bankların fəaliyyətinə son verilməsi vacibdir. İqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bu xüsusda bildirir:“Bankların təqdim etdiyi hesabatlarla real göstəriciləri üst-üstə düşmür. Yəni banklar faktiki olaraq real göstəricilərini hesabatlarında qeyd etmirlər. Bu isə həm ictimaiyyəti, həm də dövləti aldatmaq deməkdir”. Ekspert bildirib ki, banklar hesabatlarında vəziyyətlərinin yaxşı olduğunu göstərsələr də, Mərkəzi Bankın araşdırmaları ilə bunun heç də belə olmadığı ortaya çıxdı:“Bu və bu kimi hallar bankların təqdim olunan hesabatlarına nəzarət mexanizminin yaradılması məsələsini aktuallaşdırır. Biz güman edirik ki, Mərkəzi Bank məsələ ilə bağlı əsaslı tədbirlər görəcək. Burada digər məsələ də bankların hesabatlarında yanlış məlumat təqdim etməklə qanunvericiliyi pozmasıdır”. V.Bayramov bağlanmaq risqi olan banklardan da danışıb:“Konkret hansı bankların bağlanacağını demək çətindir. Digər tərəfdən, bu, Mərkəzi Bankın yeni qiymətləndirməsindən asılı olacaq. Təbii ki, sistem əhəmiyyətli banklarda vəziyyət qənaətbəxşdir. Həmin bankların maliyyə problemləri yoxdur. Lakin sistem əhəmiyyətli olmayan banklarda, düşünürəm ki, Mərkəzi Bank tərəfindən yeni qiymətləndirmənin aparılması düzgün olacaq”. Ekspert vurğulayıb ki, Mərkəzi Bank önümüzdəki aylarda banklarla bağlı yenidən qiymətləndirmə aparacaq və bundan sonra bankların taleyi haqda konkret nəsə demək olar.

Burada onu da qeyd etmək lazımdır ki, hökumət bank sektorunda daha güclülərin qalması və onlar arasında da sağlam rəqabətin olması istiqamətində də mühüm addımlar atır. Eləcə də banka borcu olan vətəndaşlara da yenə dövlət tərəfində zəruri yardımlar göstərlir. Bu xüsisda dəstək tədbirlərinin ən mühüm istiqamətlərindən biri 2020-ci il martın 1-nə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının vəsaitləri hesabına verilmiş kreditlərin və İpoteka və Kredit Zəmanət Fondunun kreditlərinin güzəştli şərtlərlə əvəz olunmasıdır. Həmçinin fiziki şəxslər və sahibkarlıq subyektləri üzrə kredit öhdəliklərinin tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə edilib. Təbii ki, bu tədbirlər vətəndaşların borc yükünün azalmasına müsbət təsir edəcək. Burada bir məqamı xüsusi qeyd edək ki, sahibkarlıq subyektləri üzrə bu tədbirin icrası, yəni kredit faizlərinin subsidiyalaşdırılması real sektorun kreditlərə çıxış imkanlarına müsbət təsir göstərəcək. Hazırda ölkədə real sektorun maliyyələşdirilməsində ticarət və xidmət sektoru, sənaye, nəqliyyat və rabitə sektorları nisbətən yüksək xüsusi çəkiyə malikdir. İstehlak kreditləri üzrə əlavə kapital tələblərinin 2021-ci il yanvarın 1-dək təxirə salınması da mühüm tədbir sayılır. Digər tərəfdən məlumdur ki, Mərkəzi Bank karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi barədə qərar qəbul edib. Bu qərarda diqqət çəkən məsələlərdən biri banklara kredit ödənişlərinin gecikdirilməsinə görə sentyabrın 30-na qədər borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının kredit təşkilatlarına tövsiyə edilməsi məsələsi olub. Bununla bağlı "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib ki, banklar irəli sürülən bütün tövsiyələri yerinə yetirir: "Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nda fiziki şəxslərlə bağlı İpoteka və Kredit Zəmanət Fondu tərəfindən pandemiyadan zərər çəkən sahələrdə çalışan insanlara verilən ipoteka kreditlərinin Fondun razılığı və bankın müştərilərinin müraciəti əsasında vaxtının uzadılması və sentyabra qədər cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması qeyd olunub. Biznes üzrə 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyası, Sahibkarlığın İnkişaf Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin xəttilə verilmiş kreditlərin onların razılığı ilə və həmin fondların qaydalarında dəyişiklik edilməklə restrukturizasiya edilməsinə imkan yaradılması və 30 sentyabra kimi bu kreditlərin restrukturizasiya müddətinin həyata keçirilməsi nəzərdə tutulub. Bütün yerdə qalan müştərilər üçün isə yalnız cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması tövsiyə edilib. Bir sözlə, tədbirlər planında nə yazılıbsa, biz onların hamısını icra edir və orda qeyd edilən tövsiyələrin hər birinə əməl edirik. Heç bir şəkildə demək olmaz ki, tədbirlər planında nəzərdə tutulmuş hər hansı bir tədbir banklar tərəfindən həyata keçirilmir. Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankının qərarı çıxan kimi biz məsələni banklarla müzakirə etdik. Bütün banklar yekdil şəkildə tədbirlər planında nəzərdə tutulan bu tövsiyələrin icra edilməsini qəbul etdiklərini bildirdilər. Orada hansı tədbirlər nəzərdə tutulubsa biz onların hamısını edirik. Bundan başqa, banklar müştərilərin müraciəti əsasında pandemiyadan təsirlənən sahələrlə bağlı məsələlərə də baxırlar. Bu fərdi yanaşmalar hər zaman olub, bu gün də var və hər zaman da olacaq”. Beləliklə, müvafiq dəstək proqramı, Mərkəzi Bankın bir sıra banklara müvəqqəti inzibatçılar təyin etməklə onları xüsusi nəzarətə götürməsi maliyyə bazarlarının sabit inkişafının dəstəklənməsi baxımından vacib sayılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:11
"Azərbaycan AQEM-ə sədrliyi dövründə çox böyük və uğurlu işlər gördü" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ