Cümə axşamı günü, 15 oktyabr 2026
     

Neft qiymətləri Azərbaycanın istədiyi komfort həddə çatır...

Image


Neft qiymətlərinin tənzimlənməsi fonunda atılan addımlar artıq öz nəticələrini verməkdədir. Hasilatin azalması istiqamətində OPEC və bəzi qeyri-OPEC ölkələrinin son qərarı artıq mayın əvvəlindən etibarən qiymətlərdə yüksəlişə rəvac verib. İndi prosesdə ABŞ-ın da aktiv iştirak etmək niyyəti və atdığı addımıar, ekspertlərin fikrincə, neft qiymətlərini daha dinamik şəkildə artıra bilər.

Qeyd edək ki, artıq ABŞ-ın neft nəhəngləri hasilatı azaltmağı nəzərdə tutur. Belə ki, ABŞ-ın “Exxon Mobil”, “Chevron” və “ConocoPhillips” şirkətləri iyun ayının sonuna qədər neft hasilatını gündəlik 660 min barrel azaltmağı planlaşdırır. Bu isə OPEC+ ölkələrinin qərarı fonunda neft qiymətlərini daha sürətlə artırır. Xatırladaq ki, mayın 1-dən OPEC və bəzi qeyri-OPEC ölkələri  neft hasilatının məhdudlaşdırılması üzrə sazişin icrasına başlayıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, OPEC+ ölkələri sutkalıq neft istehsalını may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldacaq. Artıq qərarın icrası ilə bağlı olaraq birjalarda neftin qiyməti son 9 ay ərzində ən böyük sutkalıq artım tempini nümayiş etdirir. Neftin qiyməti hasilat məhdudiyyətlərinin tətbiqi fonunda artım dinamikasını davam etdirir. Tədarük bolluğuna dair ən pis ssenarinin geridə qaldığına dair bazarda yaranan optimist fikirlər də “qara qızıl”ın qiymətinin bahalaşmasına təsir göstərir. Belə ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 29,02 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 22,37 dollara alıcı axtarır. Azərbaycanın dünya bazarına çıxararaq satdığı xam neftin qiyməti 0,6 dollar, yaxud 2,55% artıb.  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 24,11  dollar təşkil edir. Halbuki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar təşkil edirdi. Amma atılan addımlar fonunda ekspertlər bu ayın sonuna kimi neft qiymətlərinin 40 dollara çatmasını istisna etmir. ABŞ-ın da prosesdə fəal iştirakı buna təsir edir.

Bu arada bəlli olub ki, Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı kəskin azalıb. “Baker Hughes” şirkəti bildirir ki, təkcə ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 57 ədəd azalaraq 408 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 582 ədəd geriləyib. Amma ABŞ neft qiymətini yüksəltmək üçün təkcə qeyd edilənlərlə kifayətlənmir. Yayılan məlumata görə, ABŞ rəsmi şəkildə OPEC+ razılaşmasına daxil olmasa da, bu istiqamətdə mühüm addım atmağa hazırlaşır. Belə ki, qeyri-rəsmi səviyyədə ABŞ-ın şist neftinin çox hissəsi çıxarılan Texas ştatı OPEC+ anlaşmasına daxil ola bilər. “Şist inqilabı”nın episentrinin neft şirkətlərini hasilatın həcmini azaltmağa məcbur edəcək taleyüklü qərar artıq bu günlərdə verilə bilər. Bu zaman hasilat həcminin qəbul edilən həddə saxlanması üçün sərt nəzarət qaydalarının tətbiqi də gündəmdədir. Məlumata görə, burada hər artıq barrelə görə 1000 dollar şəklində cərimə təklif edilir. Bu isə ən inadkar neft hasilatçısını da düşünməyə vadar edəcək.

Texasın əsas media orqanı olan “Houston Chronicle” ixtisar planının detalları və onun ətrafında baş verəcəklər barədə yazır:"Texasın neft-qaz sahəsini tənzimləyən Dəmiryolu Komissiyası ştatda neft hasilatını ayda 20 faiz azaltmağa imkan verəcək təklif ətrafında müzakirələr açıb. Komissiya 1970-ci illərdən hasilatın azaldılması barədə əmrlər verməyib, lakin koronavirus pandemiyasının yaratdığı qlobal xam neft artıqlığı ona gətirib ki, şist neft şirkətləri olan “Pioneer Natural Resources” və “Parsley Energy” agentlikdən bu hüququndan istifadə etməyi xahiş edib. 20 faizlik ixtisarın həcmi, ABŞ OPEC+ razılaşmasına qoşularsa, Texasın ixtisar edəcəyi neftin həcminə bərabərdir. Texaslı tənzimləyicilərin planına əsasən, "kiçik neft biznesi" kvotalaşmaqdan azad ediləcək, bütün ixtisarlar isə iri və orta şirkətlərin payına düşəcək. Faktiki olaraq, Amerika tərəfi üçün daha məntiqli çıxış yolu Səudiyyə Ərəbistanı, Rusiya və digər neft hasilatçılarına qoşulmaq olardı. Məsələ ondadır ki, hələ 2019-cu ildə amerikalı ekspertlər Səudiyyə Ərəbistanı və Rusiyanın “qara qızıl”ın qiymətini qaldıra və aşağı sala biləcək yeni neft alyansı yaratmasından ciddi narahat idilər. Üstəlik, həm OPEC ölkələri, həm də ittifaqa üzv olmayan dövlətlər alyansda iştirak edirdilər. 2020-ci ildə OPEC+ razılaşmasının pozulduğu bir vaxtda Amerikanın geosiyasət üzrə ekspertləri neftin qiymətinin düşməsinə, təbii ki, təəssüflənirdilər, lakin həm də keçən il onları qorxudan alyansın Amerikanın qlobal enerji siyasətini, həmçinin ABŞ-ın Yaxın Şərq diplomatiyasını artıq təhdid edə bilməyəcəyinə çox sevinirdilər. Yeni OPEC+ sövdələşməsi isə Amerikanın bu kabusunu yenidən gündəmə gətirir, hətta onu gücləndirir. O mənada ki, neft bazarında fəaliyyət koordinasiyası daha da genişlənib və indi hətta NATO ölkəsini də əhatə edir. Belə ki, "Financial Times"ın məlumatına görə, NATO ölkəsi olan Norveç neft hasilatını 13 faiz azaldacaq. Bu isə o deməkdir ki, Norveç hökuməti OPEC+ ölkələrinə verdiyi qeyri-rəsmi vədini yerinə yetirib.Bu səbəbdən ABŞ-ın da prosesdə iştirakı vacibdir”.

Hesab edilir ki, ABŞ-ın istehsalın azalmasında fəal iştirakı neft qiymətlərini aktiv şəkildə yüksəldə bilər. Artıq qeyd olunduğu kimi, bu istiqamətdə addımlar ayın sonuna kimi qiymətləri 40 dollarlıq həddə, ilin ilk yarısının sonuna kimi 55-60 dollarlıq səviyyəyə çatdıra bilər. Bu isə Azərbaycan və digər hasilatçılar üçün də komfort qiymət sayılır. Hazırda proseslər elə bu istiqamətdə də inkişaf edir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:11
"Azərbaycan AQEM-ə sədrliyi dövründə çox böyük və uğurlu işlər gördü" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ