Cümə axşamı günü, 15 oktyabr 2026
     

Dünyanı postpandemiya dövrü üçün təhdid edən taxıl qıtlığı Azərbaycandan yan keçir… Yerli istehsal yetərli həddə...

Image


Məlumdur ki, koronavirus pandemiyası kənd təsərrüfatı məhsullarının da qlobal təchizat zəncirlərini və ticarəti sarsıdıb. Burada taxıl bitkiləri ilə bağlı yaranan durumun getdikcə daha təhlükəli xarakter alması da müşahidə edilməkdədir. Belə ki, pandemiya bəzi ölkələrin əsas taxıl bitkilərinin ixracını məhdudlaşdırmasına və ehtiyat satınalmalarını artırmasına səbəb olub.

“Reuters” agentliyi bildirir ki, bu vəziyyətdə ən böyük taxıl ixracatçılarından olan Rusiya da taxıl satışına məhdudiyyətlər tətbiq edib. Hesab edilir ki, Rusiyada taxıl ixracatına tətbiq edilən kvota üzündən dünya bazarında taxıl qıtlığı yarana bilər. Xatırladaq  ki, mart ayında Rusiya Kənd Təsərrüfatı Nazirliyi qiymətlərin artmasını əngəlləmək üçün iyunun 30-dək taxıl və bir sıra başqa dənli bitkilərin ixracına 7 milyon ton həcmində limit tətbiq etmişdi. Bu qayda yalnız bir neçə qonşu ölkəyə şamil olunmurdu. Sonradan isə bəlli oldu ki, Rusiya iyulun 1-nə kimi, Avrasiya İqtisadi Birliyi sərhədləri istisna olmaqla, xaricə taxil ixracatını qadağan edib. Rusiya dünyanın ən böyük taxıl ixracatçısı olduğuna görə, yaranmış vəziyyət üzündən dünya bazarında taxıl qıtlığının baş qaldıra biləcəyi güman edilir. Azərbaycanın da taxıl aldığı ölkə qismində Rusiyanın çıxış etməsi fonunda proses ölkəmiz üçün də maraqlıdır.

Rəsmi dairələr indilikdə narahatlıq üçün heç bir əsas görmür. Məsələn, elə bu günlərdə "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktoru Anar Hüseynov belə bir açıqlama ilə çıxış etmişdi ki, aqrar sahədə məhsul istehsalı artan xətt üzrə gedir:"Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur. Ötən il kənd təsərrüfatında çox yüksək nəticələr qeydə alınıb. Aqrar sektorda məhsuldarlıq göstəriciləri artıb. Bu o deməkdir ki, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunması imkanları da yüksəlib".O bildirib ki, ölkədə payızlıq əkinlər oktyabr-noyabr aylarında həyata keçirilib, taxıl biçininə mayın sonu, iyunun əvvəllərində start veriləcək: "Əkin sahələrində keçirilən monitorinqlər məhsuldarlığın yüksək olacağını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında da qeyd olunur ki, fermerlərin təsərrüfat fəaliyyəti ilə məşğul olması, əkin işi aparması, məhsul yığımı məhdudlaşdırılmır. Fermerlərin toxum, gübrə və pestisidlə təminatına gəldikdə isə, hazırda bu proses normal şəkildə həyata keçirilir, bölgələrdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 85 gübrə təchizatçısı olan hüquqi və fiziki şəxs tərəfindən məntəqələrdə satış təşkil olunur, eyni zamanda böyük şirkətlər səyyar gübrə satışını həyata keçirir”.

Digər tərəfdən məlumdur ki, cari  ilin ilk rübündə Azərbaycanın buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz azalıb. İdxalın azalmasının əsas səbəbi 2019-cu ildə ölkədə taxıl ehtiyatlarının formalaşdırılmasıdır. Belə ki, respublikamızda yerli taxıl istehsalı 6 faizdən çox artıb. Eyni zamanda, buğda idxalı da tələb olunan həddə olub. Çünki 2018-ci ildə dünya bazarında taxılın qiyməti baha idi, ona görə də sahibkarlar yerli ehtiyatlardan daha çox istifadə ediblər. 2019-cu il mövsümündə isə dünya bazarında qiymətlər əlverişli olub. Xüsusilə də Rusiyada məhsul yığımı dövründə qiymətlərin əlverişli olmasına görə sahibkarlar öz ehtiyatlarını yenidən idxal mənbələri hesabına, həmçinin yerli istehsal hesabına tam formalaşdırıblar. Ona görə də bu il Azərbaycanın buğda idxalı azalıb. Ekspertlər hesab edir ki, ölkədə taxıl ehtiyatlarının tam olaraq formalaşması müsbət məqamdır. Yəni hazırda Azərbaycanın taxıl ehtiyatları kifayət qədərdir. Hazırda Azərbaycan buğda idxalının minimallaşdırılması istiqamətində də əməli addımlar atır. Hesablamalara görə, buğda idxalını illik təxminən 700-800 min tona qədər azaltmaq olar. Yerli istehsalın artan xətt üzrə davam etməsi, buğda istehsalının 2,1 milyon tondan 3 milyon tona çatdırılması da əsas hədəflərdəndir. Bundan başqa, Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu da ölkədə çörək və makaron sənayesinin tələblərinə uyğun yeni sortların yaradılması istiqamətində mühüm addımlar atır. Xüsusən ölkədə bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması, bu istiqamətdə birgə işlərin təşkili sahəsində zəruri addımlar atılır. Fermerlərin bərk buğda istehsalına marağının artırılması istiqamətində genişmiqyaslı tədbirlər görülməsi də buğda idxalının azalmasına rəvac verir. Ümumiyyətlə, Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində son dövrlərdə zəruri addımlar atılır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn də bildirir ki, koronavirus pandemiyasının yayılması ilə dünyada kənd təsərrüfatının inkişafı və əhalinin yerli istehsal hesabına təmini məsələsi ciddi şəkildə aktuallaşıb:“Belə bir şərait göstərdi ki, Azərbaycan kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmini məsələsinə xüsusi diqqət yetirməklə düzgün siyasət həyata keçirib. Son illərdə ölkəmizdə əhalinin yerli kənd təsərrüfatı məhsulları ilə təminatına nail olmaq üçün kənd təsərrüfatının subsidiyalaşdırılması bu baxımdan xüsusi qeyd edilməlidir. Bu fəaliyyətlərin nəticəsidir ki, son 7 il ərzində ölkəmiz ardıcıl olaraq Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini yüksəldib. Ötən il Azərbaycan sözügedən hesabatda 53-cü yeri tutub və ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunub. Cari ildə koronavirus pandemiyasının təsiri ilə iqtisadiyyatın bəzi sahələrində zəifləmə gözlənilsə də, kənd təsərrüfatı sahəsində artımın olacağı proqnozlaşdırılır”. O vurğulayıb ki, pandemiya şəraitində və ya hər hansı fövqəladə hal zamanı əhalinin taxıl məhsulları ilə təminatında problemin yaranmaması üçün Dövlət Taxıl Fondunun yaradılması da vaxtında verilmiş doğru qərardır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ