Cümə axşamı günü, 15 oktyabr 2026
     

Neft ucuzlaşması ABŞ-ı çökdürür, Vaşinqton qiymət yüksəlişi üçün sərt müdaxiləyə hazırlaşır

Image


Dünya bazarlarında neftin qiyməti indi bütün hasilatçılar üçün qeyri-məqbul olub, ucuzlaşmaqda davam edir. Artıq “Brent” markalı neftin iyun müqavilələrinin bir barrel üçün qiyməti 18,96  dollara qədər azalıb. Azərbaycan nefti də 20 dollardan ucuz satılır. Ən pis göstərici isə ABŞ nefti ilə bağlıdır. Belə ki, ABŞ neftinin bir barrelinin qiyməti 15,02% azalaraq 10,86  dollar təşkil edir. Məhz bu durumda neft qiymətləri ilə bağlı ciddi problem yaşayan ABŞ “qara qızıl”ın qiymət artımına hamıdan çox maraq göstərməyə başlayıb.

Okeanın o tayında qiymətin belə kəskin enməsinə səbəb ABŞ-ın ən böyük neft paylama mərkəzi olan “Cushing”də anbarların maksimum səviyyədə dolması, eləcə də Kaliforniya sahillərində bir neçə gündür onlarla neft tankerinin dayanmasıdır. Təkcə “Long Beach” limanı yaxınlığında 27 tanker lövbər atıb. “The Wall Street Journal” nəşrinin məlumatına görə, neft bazarının həddən çox yüklənməsi səbəbindən qurudakı anbarlarda yer çatışmır. Treyderlər xam nefti saxlamaq üçün tankerləri icarəyə götürməyə məcbur olur. Malta və Cənubi Afrika sahillərində də analoji vəziyyət hökm sürür.

Qeyd edək ki, koronavirus pandemiyası fonunda tələbatın azalması səbəbindən dünyada neft anbarları tez bir zamanda dolub. Ötən həftə ABŞ-ın Energetika Nazirliyi ehtiyatların artaraq 518,6 milyon barrelə çatdığını bildirib. Bu durumda alıcı olmadığı üçün neft tankerləri Kaliforniya sahillərində 20 milyon barrellik rekord həcmdə yüklə açıq dənizdə gözləməyə başlayıb. “Reuters”in məlumatına görə, dünya miqyasında dənizlərdəki tankerlərdə 160 milyon barrel neft qalıb. Qeyd edək ki, 2019-cu ildə sutkada 100 milyon barrel olan neft tələbatı koronavirus səbəbindən bu ilin aprel ayında 70 milyon barrelə qədər azalıb. Vəziyyətin hələ müəyyən müddət bu şəkildə davam etməsi gözlənilir. Bu isə neft qiyməti ilə bağlı böhranın davam edəcəyini təsdiq edir. Ekspertlər bildirir ki, bu vəziyyətdə ABŞ-ın neft qiymətləri ilə bağlı növbəti addımlar atması gözlənilir. Çünki ölkənin neft hasilatı sənayesi tam sıradan çıxır. Neft məsələləri üzrə ekspert İvan Danilov da ABŞ-da neft böhranının ağır keçdiyini bildirir:“Qlobal maliyyə elitasının gündəminin təşviqində ixtisaslaşan nüfuzlu Britaniya nəşri "Financial Times"in redaksiyası belə etiraf edir ki, hələlik hər şey pis gedir, amma bütövlükdə Amerika və Amerikanın şist neft sektoru, xüsusilə Rusiya və Səudiyyə Ərəbistanından nə vaxtsa bunun qisasını alacaqlar. Hələlik isə? "Financial Times"ın yazdığına görə vəziyyət təxminən belə görünür: Amerika neft sənayesinin şist sektoru böyük əzab-əziyyət çəkir və özünü alçaldılmış hiss edir. Britaniya nəşrinin analitikləri bildirirlər ki, ABŞ-ın şist sektoru hazırda dizləri üstə çöküb. Neft hasilatı və treydinqi şirkətlərinin nümayəndələri də neft bazarının perspektivlərini təsvir etmək üçün heç də az emosional ifadələr işlətmirlər.

Ümumilikdə, belə bir obraz təsvir olunur: şist sənayesi sanki dizləri üstə çöküb və onu üzünə vururlar. Bu vəziyyətdə nikbinliyi necə tapmaq olar? Nikbinlik üçün isə ABŞ-ın "Council on Foreign Relations" analitik mərkəzindən olan xüsusi ekspertlər var. "Financial Times" da bu analitik mərkəzin eksperti  Emi Mayersin neft bazarına dair mövqeyini paylaşır: "Rusiya və Səudiyyə Ərəbistanı şist sənayesini bağlaya biləcəklərini hesab edir. Amma onların yalnız edə biləcəkləri şist şirkətlərinin sahiblərini dəyişdirmək olacaq". Analitik, əslində şist şirkətlərinin müflisləşməsi fonunda onların sahiblərinin dəyişəcəyini iddia edən çox populyar bir mövqeni təkrar edir – yeni sahiblərin üzərində köhnə borcların yükü olmur və onlar məmnunluq hissi ilə ABŞ-ın geosiyasi maraqlarını təşviq etmək naminə bazarda ucuz neft satacaqlar. Bu nəzəriyyənin problemi ondadır ki, yeni sahiblər məhz şist inqilabının baş verməsini maliyyələşdirmiş kreditorlar olacaqlar. İndi isə bu kreditorlara ziyanlı şist yataqları veriləcək və yataqlarda iş davam edərsə, onların daha çox pul itirmək perspektivi yaranacaq.

Kapital bazarlarında şist şirkətlərinin işinin davam etdirməsinə kömək edəcək sərmayədarları axtarmaq olar, lakin bunu etmək çox çətin olacaq: şistin perspektivinə inanan sərmayədarların hamısı ona artıq yatırımlar edib və kütləvi müflisləşmə prosesində neft şirkətlərinin aktivlərinin qalıqlarına məhz onlar sahib olmalıdır. Amerikanın Enerji İnformasiya Agentliyinin  dəyərləndirməsinə görə, ABŞ artıq 2020-ci ilin sonunda xalis neft idxalçısı statusuna qayıdacaq. OPEC+ sövdələşməsinin iştirakçıları qarşısında heç vaxt Amerikanın neft sənayesinin məhz şist seqmentini "məhv etmək" vəzifəsi durmayıb. Vəzifə özgə pulları ilə dempinqlə məşğul olan və digər hasilatçılara zərər vuran Amerika şirkətlərinə dərs verməkdən və ya onları bazardan çıxarmaqdan ibarət idi. Müəyyən mənada "dərs vermək" mümkün olmasa da, "bazardan çıxarmaq" variantı — özü də sözün əsl mənasında, fiziki olaraq — hələ ki, pis alınmır. Belə ki, Texasın "Houston Chronicle" qəzetinin verdiyi məlumata görə, Texasda neft quyularının kütləvi bağlanması başlayıb”.  Ekspert qeyd edir ki, məhz bu vəziyyətdə ABŞ neftin sabit qiyməti üçün digər hasilatçılarla razılıq əldə etməlidir. Belə bir razılığın olmasında isə bütün hasilatçılar, o cümlədən Azərbaycan da maraqlıdır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan 1994-cü ildən bəri ilk dəfə BP şirkətini ölkədəki layihələr çərçivəsində hasilatı azaltmağa çağırıb. Əsas məqsəd OPEC+ razılaşması çərçivəsində Azərbaycanın neft hasilatını azaltmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdir.  “Reuters” agentliyi xatırladır ki, OPEC+ ölkələrində iri neft şirkətləri ümumiyyətlə hökumət tərəfindən olunan hasilat azalmalarından kənar qalırdı. Amma artıq vəziyyət dəyişib. Xatırladaq ki, dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaltmalı olacaq. May-iyun ayları ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ