çərşənbə axşamı günü, 18 avqust 2026
     

Bakı-Tiflis-Qars türk dünyasının əsas idxal-ixrac marşrutuna çevrilir...

Image


Məlum olduğu kimi, bu günlərdə Bakı-Tiflis-Qars dəmir yolu xəttilə hərəkət edən ən uzun qatar Bakıya çatıb. 940 metr uzunluğunda və 82 konteynerdən ibarət olan qatarda Türkiyədə istehsal olunan ixrac məhsulları daşınıb. Yüklər Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün nəzərdə tutulub. Qatar Türkiyədən Özbəkistana qədər məsafəni 9 günə qət edib. Konteynerlərdən 30-u Ələt limanından gəmilərlə Türkmənbaşı, 24-ü Aktau, 8-i isə Kurık limanlarına çatdırılıb.

Ekspertlər qeyd edilən məqam fonunda, ümumiyyətlə, qarşıdakı dövr ərzində Bakı-Tiflis-Qarsın türkdilli ölkələr arasında yükdaşımalarda əsas xəttə çevriləcəyini proqnozlaşdırır. Hazırda türkdilli ölkələrin coğrafiyasına və onlar arasında yükdaşımalara nəzər saldıqda ən sərfəli marşrutun məhz Bakı-Tiflis-Qars olduğu üzə çıxır. Bu mənada təsadüfi deyil ki. Türk Şurasının son iclasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tiflis-Qarsın Orta Asiyaya qədər uzadılmasının vacibliyini önə çəkdi. Ərdoğan pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirindən danışıb və onun fəsadlarının azaldılmasının, həmçinin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib:“Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu xəttini Orta Asiyayadək uzada bilərik. Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə olaraq gündəlik 3500 ton yükün daşına bilməsi yönündə işlər görürük. Bağlanan quru yolları ilə əlaqədar Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib”.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan isə bildirir ki, bu dəmir yolu yeni tip koronavirus infeksiyası risqi ilə əlaqədar yük daşınmalarındakı problemləri aradan qaldırmağa kömək etmək iqtidarındadır. Onun sözlərinə görə, BTQ polad magistralı Avrasiyada bütün növ yüklərin təhlükəsiz daşınmasında xüsusi imkanlara malikdir:“Türkiyə tərəfi yeni tip koronavirusun yayılmasının iqtisadiyyata və ticarət dövriyyəsinə mənfi təsirini azaltmaq üçün gördüyü tədbirlər sırasında Bakı-Tiflis-Qars dəmir yolunda hərəkətin intensivliyini artırmağa ciddi diqqət yetirir. BTQ xəttilə daşınmaların həcmini təxminən 2,4 dəfə artırmağa imkan var. Məlum səbəbdən son aylar Türkiyə ilə İran arasındakı daşınmalara dair problem məhz bu xəttin verdiyi imkanlar sayəsində çözülüb. Hazırda bu dəmir yolu xəttini daha intensiv istifadə etmək üçün çalışırıq. Təkcə bu ilin aprel ayında bu marşrutla daşınan vaqonların sayı yanvar ayına nisbətən təxminən 2,8 dəfə, yüklərin həcmi isə 2,4 dəfə artaraq, müvafiq olaraq 344 vaqon və 10,194 min tona çatıb”. Onun sözlərinə görə, Azərbaycan və gürcüstanlı tərəfdaşları ilə intensiv şəkildə videokonfrans və telefonla əlaqə saxlanılır:"Mövcud vəziyyət bütün ölkələri ticarəti davam etdirmək üçün alternativ yollar hazırlamağa sövq edir. Gündəlik ehtiyacları davamlı və effektiv şəkildə qarşılamaq üçün həmkarlarımızla birgə əlaqəli şəkildə çalışırıq".

Türkiyədən ola ekspert Selçuk Çolakoğlu isə qeyd edir ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin yükdaşımada Çindən Avropaya qədər bir alternativ rolunu oynaması Türkiyənin prioritetləri arasındadır. Onun sözlərinə görə, bu çərçivədə rəsmi Ankara BTQ-ni Türkiyə ixrac mallarının Orta Asiya ölkələrinə daşınması üçün vacib bir yol hesab edir:“Aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BTQ-nın daha təsirli və intensiv istifadə ehtiyacını gündəmə gətirdi. Türkiyə prezidenti BTQ xəttilə gündə əlavə 3 500 ton yük daşımaq üçün səy göstərilməli olduğunu vurğuladı. Bu məqsəd üçün Türk Şurasına üzv ölkələr arasında keçid kvotalarında, sürücü vizaları kimi məsələlərdə işin asanlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ro-Ro xətlərində göstərilən xidmətlərdə endirimin tətbiq edilməsi, bu istiqamətdə sürücülərdən tələb edilən əlavə giriş sənədlərinin təmin edilməsi, ölkələr arasında qarşılıqlı əsasda giriş ödənişlərinin ləğv edilməsi  BTQ-nın yükdaşıma qabliyyətini artıracaq. Xüsusilə hazırda koronavirus pandemiyasına görə ənənəvi yükdaşımada müəyyən qədər ləngimələr müşahidə edilir. Lakin BTQ insan olmadan, təmassız yükdaşımanı təmin etdiyinə görə Türk Şurası ölkələri arasında vacib bir missiyanı öz üzərinə götürə bilər".

Qeyd edək ki, hazırda orta Asiya ölkələri də yüx idxal və ixracında BTQ-nın imkanlarından daha çox istifadəyə xüsusi diqqət yetirir. Burada o da nəzərə alınır ki, bu dəmir yolu xətti həm də Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Faktdır ki, məhz BTQ dəmir yolu Mərkəzi Asiya ölkələri olan Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Hazırda Qazaxıstan bu xətdən fəal istifadə edir. Özbəkistandan da tezliklə ilk yüklərin gəlməsi gözlənilir. Ümumiyyətlə,  Özbəkistan Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq multimodal marşrutun fəal iştirakçılarından biridir. Bu marşrut, BTQ də daxil olmaqla,  Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa ölkələrini əhatə edir. Təbii ki, bu marşrut vasitəsilə Özbəkistana məxsus yüklərin daşınması adıçəkilən ölkə üçün olduqca sərfəlidir.

Ramil QULIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ