Cümə axşamı günü, 15 oktyabr 2026
     

Neft xaosunda Azərbaycanın digər hasilatçılardan daha əlverişli mövqedə olduğu üzə çıxdı

Image


Neft bazarında real durumun təhlili hasilatın azaldılması istiqamətində proseslərin daha da sürətləndirilməsini tələb edir. Çünki bu olmayacağı təqdirdə, neft bazarında qiymətləri nəzərdə tutulan həddə tənzimləmək kifayət qədər çətin olacaq.

Məsələ burasındadır ki, tələb kəskin azaldığından, indi hasil edilən nefti saxlamaq əsl müşkülə çevrilib. Neft anbarlarının demək olar hamısı doludur. Koronavirusun yayılması neftə olan tələbatı kəskin azaltdığından, tankerlərdə də nəticədə milyonlarla barrel neft qalıb. Xüsusən ABŞ-da neftlə bağlı acınacaqlı vəziyyət hökm sürür. Alıcı olmadığı üçün neft tankerləri Kaliforniya sahillərində rekord həcmdə - 20 milyon barrellik yüklə açıq dənizdə gözləməyə başlayıb. Üstəlik, yükü boşaltmağa da yer yoxdur. Bu rekord göstərici normal dövrdə qlobal miqyasda gündəlik neft istehlakının beşdə birini təşkil edirdi. “Reuters”in məlumatına görə, dünya miqyasında dənizlərdəki tankerlərdə 160 milyon barrel neft qalıb. Qeyd edək ki, 2019-cu ildə sutkada 100 milyon barrel olan neft tələbatı koronavirus səbəbindən bu ilin aprel ayında 70 milyon barrelə qədər azalıb. Bununla belə, qeyd olunan həcmdə də nefti saxlamaq xeyli çətinləşib. Hətta dünyanın ən böyük özəl neft anbar şirkəti olan və Rotterdamda yerləşən “Royal Vopak NV”, demək olar ki, bütün depolama gücünü satıb. Şirkət treyderlərin xam neft və yanacaq anbarlarında, demək olar ki, boş yerin qalmadığını açıqlayıb. “Royal Vopak NV” şirkətinin baş maliyyə mütəxəssisi Gerard Paulides deyib: “Neft terminallarımızın mövcud olan bütün tutumu tamamilə satılıb”.

Neft məsələləri üzrə ekspert, Xəzər Universitetinin professoru Fuad Rəsulov da qeyd edir ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimlərinə görə neftə tələbat azalıb və dünyada rezervuarlar dolub:"Yaxın zamanda iri neft hasilatçıları məcbur olub, bəzi neft yataqlarını konservasiya (dondurmaq) etməyə başlayacaq. Səudiyyə Ərəbistanı nefti gəmilərə dolduraraq dənizdə saxlayır. Hasilatçılar məcburdurlar ki, hasilatı kəskin şəkildə azaltsınlar. Hasilatçılar anbarların və alıcıların yoxluğu səbəbindən öz yataqlarını dondurmağa məcburdur. Hasil olunan neftin 70-75 faizi yanacağa sərf olunur. Amma bu gün koronavirus pandemiyası səbəbindən təyyarələr uçmur, qatarlar işləmir, gəmilər üzmür, avtomobillərdən istifadə edənlər azalıb". O bildirib ki, yaranmış durumdan daha çox böyük hasilatçılar əziyyət çəkir. Azərbaycaan kimi ölkələrdə isə durum, hələ ki, o qədər qorxunc deyil. Azərbaycanda hasil olunan neftin həcmi Səudiyyə Ərəbistanına, Rusiyaya, ABŞ-a və Meksikaya görə çox azdır:"Neftimiz qismən ölkədə emal olunur. Satışa gedən neft isə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə gedir və oradakı terminallarda yığılır. Azərbaycan hasilatı azaltmaq üçün öhdəlik götürüb. Transmilli şirkətlər də məcbur qalıb öz hasilatlarını azaltmağa başlayıb. Bizim xoşbəxtliyimiz ondadır ki, son illər Azərbaycan neftdən asılılığı azaltmaq, iqtisadiyyatın şaxələndirilməsi üçün çox böyük səylər göstərir".

İstənilən halda isə hesab edlir ki, vəziyyətdən çıxış yolu üçün hasilat əhəmiyyətli dərəcədə azaldılmalıdır. Rusiyanın energetika naziri Aleksandr Novak da bunu mühüm hal sayır. Onun sözlərinə görə, neft bazarındakı yüksək volatillik dünyada neft anbarlarının dolu olması ilə əlaqədardır, bu vəziyyət hasilatın azaldılmasına dair OPEC+ razılaşmasının işə düşməsinə qədər davam edəcək:“Hazırda gördüyümüz bir çox, o cümlədən fyuçers müqavilələri üzrə spekulyativ məqamlar var. Bazar qeyri-müəyyən vəziyyətdədir. Bu, ilk növbədə, dünyada neft anbarlarının dolacağı proqnozları ilə əlaqədardır”. Eyni zamanda, nazirin sözlərinə görə, dünya neft istehsalçılarının əldə etdiyi razılaşmanın işə düşməsi ilə bazarda vəziyyət yaxşılaşa bilər. Nazir vurğulayır ki, may ayında dünyada gündəlik neft hasilatın ümumi azalması təxminən 15-20 milyon barrel olsa neft qiymətlərində yüksəliş mümkündür.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib. Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaltmalı olacaq. May-iyun aylarında Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır. Hasilatln azaldılacağına dair xəbərlər fonunda neft qiymətləri cüzi də olsa artır. Elə Azərbaycan neftinin qiyməti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,8 dollar artaraq 16,61 dollar təşkil edib. Amma qiymətlərin daha yüksək həddə artaraq məqbul səviyyəyə çatması üçün hasilatın daha çox azaldılması vacib sayılır. Əslində, bir sıra hasilatçılar da bunu vacib sayır. Məsələn, Səudiyyə Ərəbistanı bildirib ki, ölkə OPEC+ formatının digər iştirakçıları ilə birgə neftin qiymətlərini tənzimləmək üçün əlavə addımlar atmağa hazırdır. Meksika prezidenti Andres Manuel Lopes Obrador neftin qiymətinin düşməsi səbəbilə ölkənin 200-dən çox quyusu olan 19 yeni yatağında neft hasilatını dayandırmağa hazır olduğunu deyib. İraqın neft naziri Tamir Qadban da hasilatı vaxtından əvvəl azaltmağa hazır olduqlarını bildirir. Azərbaycan isə hesab edir ki, OPEC+ formatından kənar ölkələr də hasilatın azaldılmasına dair konkret öhdəliklər götürməlidir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ