Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycanın dünya üçün tranzit əhəmiyyəti artır

Image


 Dünya enerji bazarlarında baş verənlər hələ yaxın tezlikdə karbohidrogen resurslarının qiymətləri ətrafında müəmmalı bir durumun olacağını deməyə əsas verir. Bu şəraitdə neft hasi edən ölkələr üçün artıq fərqli gəlir mənbələrinin yaradılması ciddi zərurət kimi çıxış edir. Amma təbii ki, bunun üçün əvvəldən müvafiq zəminin formalşaması da əsas şərtdir.

Hazırda bir çox hasilatçı ölkələr üçün qeyd olunan xüsusda heç də əlverişli olmayan vəziyyət müşahidə edilir. Onların böyük əksəriyyəti neft amilindən əhəmiyyətli dərəcədə asılı durumdadır. Amma bu məsələdə hasilatçı ölkələrdən biri kimi Azərbaycanın daha əlverişli mövqedə olması müşahidə edilir. Ən azı o baxımdan ki, Azərbaycan ötən dövr ərzində qeyri-neft sektorunun müxtəlif qollarını uğurla inkişaf etdirə bilib. Indi ölkənin qeyri-neft sektorundan daha böyük həcmdə gəlirlər əldə etməsi də elə bununla bağlıdır.

O da məlumdur ki, qeyri-neft sektorunda Azərbaycanın uğurla inkişaf etdirdiyi sahələrdən biri də nəqliyyat sektoru, tranzit yükdaşımaların təmin edilməsidir. Belə görünür ki, qarşıdakı dövr ərzində bu istiqamətdə Azərbaycan daha böyük nailiyyətlərin müəllifi qismində çıxış edə biləcək. Hər halda, ölkəmiz üzərindən daşınan yüklərin miqdarının artımı da bunu aydın göstərir. Məsələn, İran yüklərinin Rusiya istiqamətində gedən hissəsinin artıq yarıdan çoxu Azərbaycandan keçir. İran-Rusiya Ticarət Palatasının sədri Hadi Taban da bildirir ki, İranın Rusiyaya ixrac etdiyi yüklərin 70 faizi Gilan vilayətindəki Astara gömrük-keçid məntəqəsindən daşınır. O qeyd edir ki, Azərbaycanla İran arasındakı Astara gömrük-keçid məntəqəsi İran üçün olduqca mühüm əhəmiyyət daşıyır:“İranın beynəlxalq ticarət əlaqələrinin inkişafında Azərbaycanla olan Astara gömrük qapısının rolu böyükdür. İran Rusiya, Ukrayna və Gürcüstanla ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirir. İranın ixrac malları tranzit yük kimi Azərbaycana daxil olur, buradan da adıçəkilən ölkələrə yola salınır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu tam olaraq istismara verildikdən sonra isə Astara gömrük-keçid məntəqəsindən yalnız İran deyil, Körfəz və Cənub-Şərqi Asiya ölkələri də istifadə edəcək. Körfəz və Cənub-Şərqi Asiya ölkələri Avropa ilə ixrac-idxal əməliyyatları çərçivəsində yükləri İranın Bəndər-Abbas limanına göndərəcək. Buradan isə yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq ki, bu da Azərbaycanın və digər tranzit ölkələrin iqtisadi inkişafına böyük təkan verəcək”. Palata sədri onu da qeyd edib ki, hazırda koronavirus pandemiyası ilə əlaqədar Astara gömrük qapısı bağlı olsa da, ticarət əlaqələri davam edir:“Yüklər gömrük-keçid məntəqəsində ciddi şəkildə dezinfeksiya edildikdən sonra yola salınır. Bununla yanaşı, yüklər qəbul olunduğu məntəqədə də dezinfeksiya edilir”.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də vurğulayır ki, Azərbaycanla İran arasında sərhədlərin bağlı olmasına baxmayaraq, iki ölkənin ticarət əlaqələri davam edir. O bildirib ki, Azərbaycanın böyük nəqliyyat potensialı var və iki ölkə arasında yüklərin tranzit daşınması sahəsində yaxın əməkdaşlıq əlaqələri mövcuddur. Diplomat diqqətə çatdırıb ki, iki qonşu  ölkə “Şimal-Cənub” dəhlizi çərçivəsində dəmir yolunun inşasında da əməkdaşlıq edirr:“İki dövlət arasında iqtisadi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Buna misal olaraq Ərdəbil vilayətində birgə sənaye parkının yaradılması istiqamətində aparılan işi göstərmək olar”. Məlumat üçün bildirək ki, təkcə ötən il Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə İran 120 min 68 ton yük ixrac edib. İranın Astara Gömrük İdarəsinin rəisi Rəsul Ümidi bildirib ki, yüklər Azərbaycan üzərindən Rusiyaya və digər dövlətlərə göndərilib. İran Astarasından Azərbaycana və Azərbaycan üzərindən digər ölkələrə 2 min 158 vaqon yük ixrac, 3632 vaqon yük isə idxal edilib. R.Ümidi deyib ki, 2018-ci ildə Astara (Azərbaycan)- Astara (İran) dəmir yolu istifadəyə verildikdən sonra İranın bu istiqamətdə apardığı idxal-ixrac əməliyyatlarının həcmi də artıb. Onun sözlərinə görə, İran bu yolla kənd təsərrüfatı məhsulları və tikinti materialları ixrac edir.

Xatırladaq ki, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu iki ölkənin dəmir yolları sistemini birləşdirib ki, bu da Azərbaycanın tranzit imkanlarını artırıb. Bu yol Qəzvin-Rəşt-Astara dəmir yolunun davamıdır və “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir. “Şimal-Cənub” həm də  Avropa ölkələrini Fars körfəzi ilə nəqliyyat baxımından birləşdirir. Cənub Şərqi Asiya və Körfəz ölkələrindən Avropaya daşınan yüklər İranın Çabahar və Bəndər Abbas limanlarına daxil olaraq, buradan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınır. Bu arada xatırladaq ki, ötən ay da Hindistanın “Concor” nəqliyyat şirkəti ilə Rusiyanın Dövlət Dəmir Yollarına məxsus logistika şirkəti arasında yüklərin daşınmasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Sənədin imzalanmasından sonra “Concor” şirkətinin baş direktoru Kalyan Rama KİV nümayəndələrinə bildirdi ki, yaxın 3 ay ərzində İran və Azərbaycan vasitəsilə Hindistanın Rusiya ilə yükdaşımasının həcmi əhəmiyyətli dərəcədə artacaq. Şirkət rəhbəri onu da qeyd etdi ki, əvvəlki marşrutla müqayisədə yüklərin İran və Azərbaycan ərazisindən daşınması vaxta və nəqliyyat xərclərinə qənaət edəcək. Qeyd edək ki, müvafiq yüklər Hindistanın Mumbai limanından çıxaraq İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiyaya daşınacaq. Əks istiqamətdə də yüklər Rusiyadan Azərbaycanın İranla sərhədindəki Astara şəhərinə, buradan dəmir yolu ilə Çabahar limanına, oradan isə Hindistanın Mumbai limanına daşınacaq. Hər iki istiqamətdə yüklər Azərbaycan ərazisindən də keçəcək ki, bu da ölkəmizin büdcə gəlirlərinin artmasına, yeni iş yerlərinin yaranmasına və ümumilikdə əhalinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə təkan verəcək.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ