Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan neft bazarının xilası üçün daha bir mühüm təşəbbüs irəli sürdü - gələn aydan qiymət xaosuna son qoyula bilər...

Image


Ötən ayın əvvəlinə qədər dünya miqyasında neftin qiymətinin məqbul həddə qalmasını şərtləndirən başlıca faktor Azərbaycanın təşəbbüsü ilə OPEC və qeyri-OPEC ölkələri tərəfindən OPEC+ formatının yaradılması oldu. Məhz bu formatın effektiv fəaliyyəti uzun müddət ərzində neftin qiymətini 50-70 dollar arasında  saxlaya bildi. Amma ötən ayın əvvəlində Rusiya və Səudiyyə Ərəbistanı arasında fikir ayrılığı səbəbindən OPEC+ formatının dağılmaq ərəfəsinə gəlməsi, ardınca koronavirus səbəbindən sərtləşən karantin rejimi neft qiymətlərinə sərt zərbə vurdu. Elə bundan sonra OPEC+ formatının nə qədər həyati əhəmiyyətə malik təşkilat olduğu bir daha təsdiqini tapdı. Hətta ilk dəfə olaraq aprelin 9-da OPEC+ formatına ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçılarının qatılması kimi mühüm bir məsələ də reallaşdı.

Bunlar fonunda Azərbaycan yenidən vacib təşəbbüslə çıxış edərək, OPEC+  formatının genişlənməsini təklif edir. Qeyd edək ki, aprelin 12-də OPEC+ ölkələrinin bir sıra nazirləri neft bazarında cari proseslərin müzakirə olunduğu qeyri-rəsmi telekonfrans keçirib. Görüşdə Əlcəzair, Venesuela, Nigeriya, Qazaxıstan, Azərbaycanın energetika nazirləri iştirak edib. Qeyd edilir ki, onlar OPEC prezidenti, Əlcəzairin energetika naziri Məhəmməd Arkabanı belə iclasları müntəzəm keçirməyə çağırıblar. Azərbaycanın energetika naziri Pərviz Şahbazov məhz burada OPEC+ formatı ilı bağlı yeni mühüm təklif irəli sürüb. Belə ki, Pərviz Şahbazov müzakirələr zamanı OPEC+ formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib:“OPEC+ tarixi missiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə OPEC+dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”. Ekspertlər hesab edir ki, bu reallaşsa, elə gələn aydan neft bazarında qiymət xaosuna son qoyula bilər. Əslində, bir çox neft hasilatçıları da eyni mövqedən çıxış edərək istehsalın bu formada azaldılmasını vacib sayır. Məsələn, Səudiyyə Ərəbistanı bildirib ki, OPEC+ formatının digər iştirakçıları ilə birgə neftin qiymətlərini tənzimləmək üçün əlavə addımlar atmağa hazırdır.

Qeyd edək ki, bundan əvvəl aprelin 12-də OPEC+ formatının iştirakçı ölkələrinin iqtisadiyyat nazirləri cari ilin may-iyun aylarında hasilatı 9,7 milyon barrel azaltmaq barədə razılığa gəliblər. İndi OPEC+ formatından kənar ölkələr də bu prosesə qoşulsa, neft qiymətində mühüm iraliləyiş gözləmək olar. “Rystad Energy” neft araşdırmaları mərkəzinin başçısı Bjornar Tonhaugen də bunu vacib sayır. O qeyd edir ki,  indi neftə tələblə təklif arasındakı balanssızlıq özünü sözün əsl mənasında qiymətdə göstərməyə başlayıb:“Neft hasilatının həcmi bir o qədər də dəyişməyib, lakin anbarlar günbəgün dolur. Dünya getdikcə daha az neft işlədir və neft hasilatçıları bunun nə demək olduğunu indi tam başa düşürlər. Bu şəkildə hasilatın kəskin azalması vəziyyəti dəyişə bilər”.

Hər halda görünən budur ki, neftin mövcud qiymətləri indi heç kimi qane etmir. Məhz bu səbəbdən qiymətlərin yüksəlməsi üçün dünya dövlətlərinin birgə fəaliyyəti vacib sayılır. Elə rusiyalı ekspert Oleq Kuznetsov da məsələyə eyni prizmadan yanaşır. Onun sözlərinə görə, əslində bu bir faktdır ki, neft heç vaxt sabitliyin və firavanlığın qarantı ola bilməyib. Ekspert bildirib ki, bu həqiqəti Rusiyada, Azərbaycanda, Səudiyyə Ərəbistanında yaxşı, İranda, İraqda, Venesuelada və Suriyada ikiqat yaxşı başa düşürlər:“Beləliklə, bu gün qarşılaşdığımız problem bir çox ölkə üçün xüsusi aktuallıq kəsb edir. Onu da deyim ki, Rusiya və Azərbaycana bu məsələ digər neft istehsal edən ölkələrə nisbətən daha az təsir edəcək. Fakt budur ki, neftin qiymətlərindən zərər çəkən büdcələrimiz dünya bazarında təbii qaza olan tələbatın artması və qazın qiymətlərinin sabit səviyyəsi ilə bərpa olunur. Sadə dillə desək, bizim qazımız da var. Bunu böyük “neft oyununda” kozır da adlandırmaq olar”. Kuznetsovun sözlərinə görə, Rusiya və Azərbaycan karbohidrogen ixracını şaxələndirib və bu onların iqtisadiyyatına yalnız neft ixracı üzrə ixtisaslaşan ölkələrə nisbətdə daha çox sabitlik gətirir:“Buna görə Moskva və Bakı üçün neftin qiymətinin kəskin düşməsinin nəticələri Ər-Riyad, Tehran, Bağdad və ya Dəməşqdən qat-qat az ağrılı olacaq. Bu baxımdan, digər OPEC ölkələri ilə müqayisədə ölkələrimiz kartel anlaşmasının pis nəticələrindən daha çox mühafizə olunub və şübhəsiz ki, bunu hamı yaxşı anlayır”. Rusiyalı ekspert “axar” portalına açıqlamasında Azərbaycan və Rusiya büdcələrinin itkilərlə üzləşəcəyini də vurğulayıb: “Şübhəsiz ki, itkilərimiz olacaq. Amma bu heç də bizim ölkələrimiz üçün qlobal problemə çevrilməyəcək. Düşünmürəm ki, neftin qiymətində izlədiyimiz böhran əhalinin rifahına və kiçik və orta sahibkarlığın pandemiyadan sonra tez bərpa olunma qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edəcək. Böhrandan dərhal sonra şiddətli rəqabətdən müvəqqəti azad olan durumu daha “təmiz” bazar əvəz edəcək. Əvvəlki iş səviyyəsi ölkələrimizdə karantindən ən azı bir neçə ay sonra tam olaraq bərpa olunacaq. Bu proses, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda daha asan baş tutacaq. Bu onunla izah olunur ki, Azərbaycan hakimiyyəti nəyi necə etməli olduğunu yaxşı başa düşür. Bakı karantindən sonrakı dövrə indidən hazırlaşır”. Ekspert onu da vurğulayıb ki, Azərbaycanda kiçik və orta sahibkarlığa artıq kompensasiya ödənilir və yaxın gələcəkdə, karantin bitdikdən sonra güclü startı təmin etmək üçün dövlət subsidiyaları da elan ediləcək:“Bu şəraitdə dövlət dəstəyinin rolu çox vacibdir. Azərbaycan rəhbərliyi bunu başa düşür. Əhaliyə ünvanlı dəstək olmadan böhranın nəticələrini tez aradan qaldırmaq mümkün olmayacaq. Buna görə də, pandemiya kontekstində olduğu kimi, Bakı bu dəfə də sosialyönümlü siyasət yürütdüyünü bir daha sübut edəcək”. Digər tərəfdən diqqət həm də ona yönəldilir ki, hasilat öhdəliyi ilə bağlı Azərbaycanın yeni təklifinin reallaşması neft qiymətlərində mühüm sıçrayışa səbəb olar. Bu da, digər hasilatçılar kimi, Azərbaycanın daha çox vəsait əldə etməsinə gətirib çıxara bilər.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ