Cümə axşamı günü, 15 oktyabr 2026
     

Qlobal pandemiyanın gətirdiyi daha bir vazkeçilməz - təmassız ödənişlərə və nağdsız dövriyyəyə kəskin tələb...

Image


“Kölgə iqtisadiyyatına” qarşı mübarizənin sərtləşməsi fonunda diqqət mərkəzində yer alan məsələlərdən biri də nağdsız ödənişlərin həcminin genişləndirilməsidir. Artıq son illərdə ölkədə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunub. Bu, həm də dünya miqyasında mövcud tendensiyaların Azərbaycanda da uğurla tətbiqinin göstəricisi kimi çıxış edir. Belə ki, "Business Insider Intelligence" nəşrinin mütəxəssislərinin hesablamalarına görə, 2023-cü ildə dünyada nağdsız əməliyyatların 1 trilyon ABŞ dollarını keçəcəyi gözlənilir. Onların fikrincə, bu, mobil və rəqəmsal texnologiyaların inkişafı sayəsində mümkün olacaq. Azərbaycanda da bu müddət ərzində nağdsız ödənişlərin miqdarının artması proqnozlaşdırılır. Digər tərəfdən, koronavirus məsələsi də indi nağdsız ödənişləri xeyli aktuallaşdırır. Elə Azərbaycan Banklar Assosiasiyası da  nağdsız ödənişlərin virusa yoluxma təhlükəsini azaltmasına  xidmət etdiyini bildirir. Qurum xatırladır ki, virus onun təmas etdiyi səthlərə toxunulma vasitəsilə də yoluxmaya səbəb ola bilir. Bu səbəbdən nağdsız ödənişlər təhlükəsizlik baxımından da mühüm önəm kəsb edir: “Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına əsasən, bu kimi virusların kağız əskinaslarla yayılmasının mümkünlüyünü nəzərə alaraq ödəniş kartı istifadəçilərinin ticarət və digər obyektlərdə ödənişlərini pos-terminallar vasitəsilə nağdsız formada həyata keçirməsi məqsədəuyğundur”.

Qeyd edək ki, pos-terminallarda 50 manat və ondan aşağı məbləğlərdə PİN-kod daxil etmədən əməliyyatın aparılması mümkündür. Yəni kartı ticarət obyektlərinin kassirinə təqdim etmədən yalnız pos-terminala yaxınlaşdırmaqla ödəniş aparmaq olar. Hazırda ölkədə fəaliyyət göstərən 25 mindən çox təsərrüfat subyektində təmassız ödənişlər qəbul edən pos-terminal quraşdırılıb. Bu fonda ekspertlər nağd puldan istifadəni minimallaşdırmaq üçün kütləvi xarakter daşıyan xidmətlər, xüsusilə də kredit, kommunal, mobil telefon və digər ödənişlərin internet üzərindən və ya bankların təqdim etdiyi mobil, eləcə də internet bankçılıq xidmətləri vasitəsilə nağdsız formada həyata keçirilməsinə üstünlük verilməsini tövsiyə edir. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov məsələ ilə bağlı bildirir:“Koronavirus pandemiyasından öncə də ölkəmizdə nağdsız önədişlərin genişləndirilməsində müsbət tendensiya müşahidə edilirdi. Hər zaman nağdsız ödənişlərin həm sərfəli, həm də sağlamlıq cəhətdən üstünlüklərinin olması qeyd olunub. Kağız pullar müxtəlif bakteriyaların daşıyıcısı olmaq üçün əlverişlidir. Bu baxımdan hökumətin nağdsız ödənişlərin artması üçün atdığı addımlar da effektini göstərir. Baxmayaraq ki, insanlarımız müxtəlif qoruyucu əlcəklərdən istifadə edir, ancaq yenə də kartla ödəniş etməyə üstünlük verirlər. Aparılan müşahidələr göstərir ki, əhalinin əlindəki vəsaitlərin kartlara yerləşdirilməsi çox zəruridir. Düşünürəm ki, hazırda bu tendensiya ölkəmizdə yaxşı vəziyyətdədir”. Digər tərəfdən vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” da indi prosesdə vacib rol oynayır. Onun infrastruktur imkanlarının inkişaf etdirilməsi ölkədə nağdsız ödənişlərin genişləndirilməsinə əlavə imkanlar yaradır. Belə ki, artıq bundan istifadə etməklə regionlarda, kənd yerlərində belə nağdsız ödənişlər həyata keçirmək mümkündür. Belə vəziyyət iqtisadi dövriyyələri şəffaflaşdırmaqla nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına da gətirib çıxarır. Bu da, öz növbəsində, vergi bazasının, əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verir. Digər tərəfdən o da faktdır ki, Azərbaycanda elektron hökumətin imkanları getdikcə artır. Dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin sayı və çeşidi də çoxalır. Artıq dövlət büdcəsinə ödənişlərin aparılması tam elektronlaşdırılıb. Hər bir vətəndaş və ya biznes subyekti internet vasitəsilə mobil və ya internet bankçılığın, o cümlədən plastik kartların köməyilə bu ödənişləri edə bilir. Bu isə o deməkdir ki, əhali elektron ticarətin reallaşmasında da yaxından iştirak edə bilər. Belə vəziyyətdə artıq nağd puldan istifadə də əhəmiyyətli dərəcədə azalır. Hesab edilir ki, prosesin indi daha geniş miqyas alması üçün hökumətin stimullaşdırıcı addımları genişləndirməsi postpandemiya dövründə də nağdsız ödənişlərin miqyasının geniş miqyas alması ilə müşayiət ediləcək. Bi isə iqtisadi münasibətlərdə şəffalaşdırma baxımından müstəsna əhəmiyyət kəsb edir. Belə görünür ki, qeyd edilən məqamları hökumət özü də xüsusi diqqət mərkəzində saxlayır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ