Cümə axşamı günü, 15 oktyabr 2026
     

Dollar manat qarşısında zəifləyir - “Moody`s” agentliyi Azərbaycan valyutasını təhdid gözləmədiyini açıqladı

Image


Aparılan araşdırmalar  bu gün dünya iqtisadiyyatı üçün ən böyük təhdidlərdən birinin sürətlə artan borc olduğunu üzə çıxarır. Təkcə ötən ildə qlobal dövlət borclarının məbləği 10 trilyon ABŞ dolları və yaxud 4,1% artaraq 255 trilyon  dollara çatıb. Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranı dövrü ilə müqayisədə 87 trilyon dollar çoxdur və rekord həddir. 

Beynəlxalq Maliyyə İnstitutunun "Qlobal Borc Monitoru" hesabatında da bildirilir ki, ötən ilin sonuna dövlət borclarının qlobal ümumi daxili məhsula  nisbəti 322% olub. Maraqlıdır ki, bu nisbət inkişaf etməkdə olan ölkələrdə 220% təşkil edib. Yeri gəlmişkən, bu ölkələr qlobal borcda 71 trilyon  dollar paya malikdir. 

Beynəlxalq Maliyyə İnstitutu borcların yenidən maliyyələşdirilməsinin risqli olması barədə xəbərdarlıq da  edib:“4,3 trilyon dollar inkişaf etməkdə olan bazarlarda olmaqla, ümumilikdə 20 trilyon dollar dəyərində qlobal istiqraz və kreditlərin müddəti bu il başa çatır. Beləliklə, təkcə inkişaf etməkdə olan ölkələr bu ilin sonuna kimi 730 milyard  dollar məbləğində xarici valyuta borcunu yenidən maliyyələşdirməlidir”. Amma məsələ burasındadır ki, cari ildə koronavirus pandemiyası üzündən vəziyyət pisləşib. Artıq 75 ölkə yeni borc üçün Beynəlxalq Valyuta Fonduna, eləcə də dogər maliyyə qurumlarına müraciət edib. Bu isə cari ildə borcların daha da artacağı anlamına gəlir. Belə vəziyyətdə daha az borca girə bilmək üçün əksər ölkələr müxtəlif addımlara gedir, o cümlədən ixracı stimullaşdırmağa çalışır. Bu məqsədlə əksər ölkələr milli valyutalarını ucuzlaşdırmağa da indi xüsusi diqqət yetirir. Elə Azərbaycanın qonşularına nəzər salmaqla bunu aydın görmək olar. Bu vəziyyətdə manatın gələcəyinin necə olacağı da xüsusi maraq doğurur. Proseslər göstərir ki, iqtisadi sabitlik baxımından manatın məzənnəsində hökumət dəyişiklik olmasını istəmir. Əksinə, şərtlər manatın güclənməsini istisna etmir.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə çıxışı zamanı bu xüsusda maraqlı fikirlər səsləndirib. İlham Əliyev qeyd edib ki, makroiqtisadi vəziyyət, manatın məzənnəsi sabitdir:“Bir müddət əhali və hüquqi şəxslər tərəfindən dollarizasiyaya doğru addımlar atıldı. Ancaq indi dedollarizasiya prosesi müşahidə olunur. Mən ictimaiyyətin diqqətini bir məsələyə də çəkmək və öz sözümü bildirmək istəyirəm. Əfsuslar olsun ki, əgər hər hansı bir ölkədə, - xüsusilə qonşu ölkələr nəzərdə tutulur, - o ölkənin milli valyutasında hansısa dəyişiklik baş verirsə, Azərbaycanda buna dərhal belə sürətli reaksiya verilir. Halbuki, buna heç bir ehtiyac yoxdur. Biz bunu bir neçə il bundan əvvəl görmüşük və məhz buna görə iki devalvasiyaya getməli olduq. Çünki bizim Mərkəzi Bankın valyuta ehtiyatları, demək olar ki, əriyirdi, süni ajiotaj yaradılmışdı və dollarizasiya pik həddə çatmışdı. İndiki şəraitdə də həmçinin. İndi koronavirus pandemiyası geniş vüsət alan kimi bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur. Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur. Azərbaycan güclü dövlətdir və Azərbaycan rəhbərliyi vətəndaşlara hər şeyi necə varsa, elə də təqdim edir. Biz ümumi mənzərəni şişirtmirik, eyni zamanda, tam səmimiyyətlə deyə bilərəm ki, panika üçün, hansısa narahatlıq üçün bu gün heç bir səbəb yoxdur”.

Azərbaycanın maliyyə sahəsində güclü mövqe sahibi olmasını beynəlxalq qurumlar da etiraf edir. Məsələn, “Moody`s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektorunun qiymətləndirilməsinə dair hesabatında deyilir ki, ölkəni hansısa təhdid gözləmir. Çünki Azərbaycan böyük valyuta ehtiyatlarına sahibdir: “Likvidlik yastığı güclü olaraq qalacaq və bu, banklara xarici şoklara qarşı mübarizədə kömək edəcək”. Bundan başqa, analitiklərin fikrincə, dövlət tərəfindən banklara, xüsusilə də ölkənin ən böyük banklarına dəstək verilməsi ehtimalı yüksək olaraq qalır:“2019-cu ilin sonunda ÜDM-nin 90%-ni təşkil edən Azərbaycan Dövlət Neft Fondunda toplanan ümumi ehtiyatlarla hökumətin iqtisadiyyata və ümumi kredit portfeli ÜDM-in 19%-ni təşkil edən bankçılıq sisteminə dəstək vermək üçün yaxşı imkanları var”.

Bundan başqa xatırladaq ki, ABŞ özü də dolları ucuzlaşdırmaq istiqamətində addımlar atır. Ölkədə  büdcə kəsirinin və dövlət borcunun artması fəlakətli həddədir. Hazırda borcun həcmi 23 trilyon dolları keçir. Amerikanın "AllianceBerstein" investisiya şirkətinin analitiklərinin bildirdiyinə görə, 2026-cı ilədək dövlət borcu 30 trilyon dollaradək arta bilər. Bunu önləmək və ölkənin ixrac qabiliyyətini qorumaq üçün ABŞ dolları ucuzlaşdırmaq istiqamətində fəaliyyətini artırıb. Onu da qeyd edək ki, ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyada birinci yerə çıxıb. Bu durumda iqtisadi zərərlərin artımı dollara da təsirsiz ötüşmür. Artıq dünyada bir çox mərkəzi banklar yenidən dollar ehtiyatını qızılla əvəzləməyə başlayıb. Belə vəziyyət dünya birjalarında dollar həcminin artımına və beləliklə də dəyər itirməsinə səbəb olur. Yaranmış durumda ölkəmizdə də dolların məzənnəsində dəyişikliklər proqnozlaşdırılır. Əvvəla, proses göstərir ki, əhalinin dollara tələbi azalıb. Bu durumda ilin sonuna kimi Dövlət Neft Fondu 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunması üçün  təxminən 4 milyard dollar həcmində vəsaitin hərraclar vasitəsilə satışa çıxarılmasına hazırlaşır. Bu isə dövriyyədə dolların xüsusi çəkisinin artması deməkdir. Nəzərə alaq ki, bunlar idxalın da əhəmiyyətli dərəcədə azaldığı bir vaxtda baş verir. Idxalın azalması da dollar tələbini xeyli aşağı salıb. Məhz bütün bunlar fonunda hökumətin müdaxiləsi olmasa, dolların əhəmiyyətli dərəcədə ucuzlaşması qaçılmaz sayılır. 

Ramil QULİYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ