Cümə axşamı günü, 15 oktyabr 2026
     

Neft qiymətini sürətlə yüksəldəcək yeni saziş gündəmdə... Tramp Rusiya və Səudiyyəyə təşəkkür etdi

Image


Gələn aydan neft hasilatının azalması ilə bağlı OPEC+ və bura daxil olmayan digər ölkələrin istehsal üzrə daha bir tarixi razılığa imza atması gözlənilir. Çünki hasilatın azaldılması ilə bağlı son qərar hələ də qiymətlərin istənilən həddə yüksəlməsi üçün kifayət etmir. Yeni razılığın mümkünlüyü barədə isə artıq ABŞ prezidenti Donald Tramp  müəyyən anonslar verib.

Trampın “Twitter” hesabında yazdığına görə,  aparılan danışıqlardan görünən odur ki, OPEC+ tərəfindən gündəlik neft hasilatını elan edildiyi kimi 10 milyon barrel yox, əslində 20 milyon barrel azaltmaq məqsədi qarşıya qoyulub: “Buna bənzər nəsə baş versə, dünya da “COVİD-19” fəlakətindən dönüb işlərinə qayıtsa, enerji sənayesi, əvvəlki kimi, indi güman etdiyimizdən xeyli güclü olar. Bu böyük işləri yoluna qaytarmaq üçün mənimlə bir yerdə çalışan hər kəsə, xüsusilə də Rusiyaya və Səudiyyə Ərəbistanına təşəkkür edirəm”. Ekspertlər qeyd edir ki, hasilat daha 10 milyon barrel azalsa, neft qiymətlərində həqiqətən də ciddi yüksəliş görmək olar. Ən azı o baxımdan ki, OPEC+ ölkələrinin son razılığı onsuz da qiymətlərin müəyyən yüksəlişinə təkan verib. Araşdırmalar da göstərir ki, OPEC+ formatında atılan son  addımlar neft bazarına bir neçə istiqamətdə dəstək verir. Əvvəla, hasilatın azaldılması ilə bağlı qərarın mayın 1-dən icrası qarşısında bütün maneələr aradan qalxmış olur. İkincisi, bu qərarın əhəmiyyəti OPEC+ hesabına yalnız may-iyun aylarında gündəlik hasilatın 9,7 milyon barrel həcmində azaldılması ilə məhdudlaşmır. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən aprel ayında planlaşdırılan gündəlik 2,7 milyon barrel həcmində neft istehsal edilməyəcək. Bundan başqa, bu qərar OPEC+  formatından kənar ölkələrin də hasilatı azaltmalarını təşviq edir və ilk dəfə olaraq digər iri neft istehsalçıları da bu prosesə qoşulur. ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçılarının OPEC+ ölkələri ilə həmrəylik nümayiş etdirərək gündəlik neft hasilatını 4-5 milyon barrel həcmində könüllü şəkildə azaltmaq niyyəti də bunun təsdiqidir. Bu isə koronavirus pandemiyasının neftə qlobal tələbatı kəskin zəiflətdiyi bir vəziyyətdə neftin qiymət sabitliyinə çox böyük töhfədir. Amma hesab edilir ki, neft qiymətində istənilən həddi görmək üçün hasilatın yenidən azaldılmasna dair daha bir sazişə ehtiyac var. Məhşur “Goldman Sachs” bankıın analitikləri də bildirir ki, OPEC+un neft hasilatını gündəlik 10 milyon barrel azaltmaq qərarı qiymətləri qaldırmaq üçün kifayət etməyəcək. Mütəxəssislər qeyd edir ki, tələbatın artıq yaranmış kəskin azalmasını kompensasiya etmək üçün yeni bir  saziş kifayət edər. Hesab edilir ki, OPEC+  formatının yenidən bərpa olunması və bu formatı digər hasilatçıların da dəstəkləməsi qiymətlərdə yeni yüksəlişi təmin edə bilər. Xüsusən də nəzərə alınsa ki, artıq ABŞ da neftin qiymətindəki kəskin ucuzlaşmanın qarşısının alınmasında maraqlıdır. Elə Milli Məclisin deputatı Vüqar Bayramov da məsələyə bu prizmadan yanaşır. O bildirib ki, qeyd edilən fonda OPEC+ formatı çərçivəsində imzalanan anlaşma iki aspektdən tarixi əhəmiyyət daşıyır: “Birincisi, OPEC+ heç zaman hasilatın belə böyük həcmdə azaldılması ilə bağlı qərar qəbul etməmişdi. Praktik olaraq OPEC, xüsusən də OPEC+ formatı formalaşdırıldıqdan sonra, ən böyük hasilat məhdudiyyətinə gedir. İkincisi, OPEC+ formatının son qərarı həm də “neft müharibəsi”nin başa çatması anlamına gəlir. Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı “neft müharibəsi”nin başlaması ilə bazarda tənəzzül və “qara qızıl” qiymətində kəskin ucuzlaşma müşahidə olundu. Bütün bunlarla yanaşı, OPEC+ formatında qəbul edilən bu qərar hələlik neftin qiymətinin kəskin artmasına gətirib çıxarmayacaq. Hələlik, anlaşmanın bazara təsirləri də ciddi deyil, cüzidir. OPEC bununla qiymətin stabilləşdirilməsinə nail olmağa çalışır. Koronavirusun aktiv olduğu dövrdə neftin qiymətində kəskin artımlar proqnozlaşdırılmır. Nəzərə alaq ki, koronavirus neftə olan tələbin azalmasına gətirib çıxarır. İlkin mərhələdə neft tələbi ilə təklif arasındakı fərq gündəlik 10 milyon barrelə yaxın olsa da, son qiymətləndirmələr göstərir ki, artıq neftə olan tələbatın azalması təklifin tələbi 20 milyon barrelədək üstələməsinə gətirib çıxarıb. Son razılaşma bu tədarük bolluğunun 10 milyon barrelinin kompensasiya edilməsinə səbəb olsa da, hələ də təklif tələbdən çoxdur. Belə olan halda qiymətdə hissedilən artımın olacağı proqnozlaşdırılmır.

Təbii ki, OPEC qiymətləri stabil saxlamağa çalışır. Güman olunur ki, bu, neftin qiymətindəki kəskin ucuzlaşmanın qarşısını müəyyən qədər ala bilər. Bu da birbaşa koronavirusun yayılma coğrafiyasından, eyni zamanda, pandemiyanın təsirlərinin qlobal səviyyədə nə zaman minimumlaşdırılmasından asılı olacaq. Yaxın aylarda pandemiyanın təsirlərini minimumlaşdırmaq mümkün olarsa, yenidən qlobal iqtisadiyyat mərhələli şəkildə əvvəlki vəziyyətinə qayıdarsa, ölkələr arasındakı nəqliyyat əlaqələri bərpa olunarsa, bu halda neftə olan tələbatın yenidən artması müşahidə oluna bilər ki, bu da OPEC+ formatının qiymətə təsirinə səbəb ola bilər. Beləliklə də, hasilatın azaldılması ilə bağlı qərar daha çox postkoronavirus dövründə bazardakı qiymətə təsir göstərəcək”. Amma o da ekspertlər tərəfindən qeyd olunur ki, hasilatın azaldılmasına dair mümkün yeni saziş neft qiymətlərini 50-60 dollarlıq həddə çatdıra bilir. Belə qiymətlər əksər hasilatçılar, o cümlədən Azərbaycan üçün məqbul hədd sayılır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ