Cümə axşamı günü, 15 oktyabr 2026
     

Koronavirus dövründə Bakı-Tiflis-Qars Mərkəzi Asiya ölkələri iqtisadiyaytının da xilas yoluna çevrilir

Image


Azərbaycanın təşəbbüsü əsasında videokonfrans vasitəsilə baş tutan Türk Şurasının dövlət başçılarının fövqəladə zirvə görüşü bir çox parametrlər baxımından mühüm əhəmiyyət kəsb etdi. Əvvəla, bu qurum dünyada ilk beynəlxalq təşkilat oldu ki, videokonfrans vasitəsilə dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş zirvə görüşünü keçirdi. Digər tərəfdən, pandemiyanın ilk günlərindən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasına, özünəqapanma yolunu seçməsinə rəğmən, məhz Azərbaycanın təşəbbüsü ilə təşkil edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü üzv ölkələrin fərqli davranışına və yaranmış reallığa adekvat reaksiya verən ilk beynəlxalq təşkilat olaraq adını tarixə yazmasına səbəb oldu.

Daha bir önəmli məqam budur ki, koronavirusun dünya iqtisadiyyatına vurduğu zərər fonunda türkdilli dövlətlər onlara dəyən zərərin minimal həddə olması üçün işbirliyini gücləndirməyə hazırlaşır. Bu hal, belə görünür, özünü yükdaşımalar sahəsində də qabarıq şəkildə büruzə verəcək. Qeyd edək ki, bu məsələyə Prezident İlham Əliyev zirvə görüşündə ayrıca toxundu. Bu xüsusda dövlət başçısı qeyd etdi:"Türkdilli ölkələrin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk 3 ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur". Yükdaşımalarda isə yenə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin artıq srtateji əhəmiyyət kəsb etdiyi üzə çıxır. İndi məhz bu dəmir yolu vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi aktuallaşıb. Elə bu səbəbdən təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəmir yolu xəttinin Orta Asiyaya qədər uzadaılmasının mümkünlüyü və vacibliyini ön plana çəkdi:"Bu gün koronavirus pandemiyasının yayılması ilə beynəlxalq böhranla üzləşmişik. Bu isə ölkələrimiz arasındakı ticarətə mənfi təsir göstərir. Nəqliyyat, gömrük kimi sahələrdə praktiki həllər həyata keçirməliyik. Bakı-Tiflis-Qars dəmir yolu xəttini Orta Asiyaya qədər uzada bilərik. Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün qurulan bu yolun Orta Asiyaya qədər uzadılması mümkündür. Bakı-Tiflis-Qarsla gündəlik 3 500 ton yük daşınmasına çalışırıq. Bu mənada, üzv ölkələrdən sürücülər üçün vizanın, həmçinin daxilolma məbləğində və digər məsələlərdə işin asanlaşdırılmasını gözləyirəm".

Xatırladaq ki, Bakı-Tiflis-Qars  2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. Bakı-Tiflis-Qars yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir.  İndiki halda bu dəmir yolu Mərkəzi Asiya ölkələri olan Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa, eləcə də  dünya bazarlarına çıxışını asanlaşdırır. İndi pandemiya səbəbindən iqtisadiyyatda üzləşdikləri çətinlikləri dəf etməkdən ötrü Mərkəzi Asiya ölkələri üçün də  Bakı-Tiflis-Qars daha böyük önəm kəsb etməyə başlayır. Xatırladaq ki, bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Mərkəzi Asiya ölkələri bu xəttə daha fəal qoşulmaqla böyük iqtisadi dividendlər əldə edə bilər. Hazırda bu dəmir yolundan istifadədə Mərkəzi Asiya ölkələri sırasında Qazaxıstan daha aktiv iştirak edir. Digər Mərkəzi Asiya ölkələrinin də Bakı-Tiflis-Qarsdan istifadəsi onların ixrac imkanlarının artımına əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır. Türkiyənin ticarət naziri Ruhsar Pekcan məsələyə həm də başqa prizmadan nəzər salaraq bildirir ki, Bakı-Tiflis-Qars dəmir yolu yeni tip koronavirus infeksiyası risqi ilə əlaqədar yük daşınmalarındakı problemləri aradan qaldırmağa kömək etmək iqtidarındadır.  Onun sözlərinə görə, bu polad magistral Avrasiyada bütün növ yüklərin təhlükəsizlik daşınmasında xüsusi imkanlara malikdir:“Türkiyə tərəfi yeni tip koronavirusun yayılmasının iqtisadiyyata və ticarət dövriyyəsinə mənfi təsirini azaltmaq üçün gördüyü tədbirlər sırasında Bakı-Tiflis-Qars dəmir yolunda hərəkətin intensivliyini artırmağa ciddi diqqət yetirir. Bakı-Tiflis-Qars xətti ilə daşınmaların həcmini təxminən 2,4 dəfə artırmağa imkan var”. Nazir bildirib ki, məlum səbəbdən son aylar Türkiyə ilə İran arasındakı daşınmalara dair problem məhz bu xəttin verdiyi imkanlar sayəsində çözülüb.  

Bundan başqa xatırladaq ki,  sözügedən dəmir yolu xətti Avrasiya məkanında artıq polad magistralların açarı rolunu oynamağa başlayıb. Hazırda geniş coğrafiyada cəlbedicilik yaradan bu marşrut Avropa İttifaqı ölkələrinin də Azərebaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin qurulmasında təkanverici qüvvəyə malikdir. Belə ki, Çinin həyata keçirdiyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində London-Qars dəmir yolu ideyasının ortaya çıxması Avropa İttifaqını Anadolu ilə polad magistrallar üzərində əlaqəyə həvəsləndirib. Tərəflər hesab edirlər ki, təhlükəsiz dəmir yolu marşrutunun yaradılması qarşılıqlı maraqları tam əks etdirir. Bu mənada Mərkəzi Asiya ölkələrinin daha fəal şəkildə Bakı-Tiflis-Qars xəttinə qoşulması onların özü üçün də müstəsna əhəmiyyət kəsb edir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ