çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycanın yaratdığı format yenidən neft hasilatçılarını qiymət böhranından xilas edir

Image


Dünya neft bazarında yaşananlar bu məhsul ətrafında yaranan qiymət ajiotajının səngiməsinin yolunun yalnız Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn formuldan keçdiyini bir daha təsdiqlədi. Bu barədə danışmazdan öncə xatırladaq ki, neft qiymətlərində qiymət şoku Rusiya və Səudiyyə Ərəbistanı arasında yaşanan ziddiyyətlər fonunda qeydə alınmağa başladı. Belə ki, ötən ay tərəflər hasilatın azalması ilə bağlı razılıq əldə edə bilmədi. Düzdür, öncə OPEC+ razılaşması çərçivəsində tərəflər sutkada cəmi 1.5 milyon barrel ixtisara razı olmuşdular. Amma Səudiyyə Ərəbistanının bu həcmi koronavirusa görə qiymətlərin ucuzlaşmasının qarşısını almaq üçün  daha 1.5 milyon barrel artırmaq təklifinə razı olmayan Rusiya ümumiyyətlə sövdələşməni tərk etdi. Bundan sonra Səudiyyə Ərəbistanı Rusiya ilə neft müharibəsinə başladı, hasilatı gündəlik 12 milyon barrelə qədər artırdı, üstəlik öz neftini bazarda 5-6 dollar aşağı qiymətə təklif etdi. Nəticədə qiymətlər sürətlə ucuzlaşdı və neft son 18 ildə ilk dəfə olaraq 20 dollar həddinə endi. Amma belə qiymətlərin bütün hasilatçı ölkələr, o cümlədən OPEC+ formatına daxil olmayan ABŞ üçün ciddi problem yaratdığı da üzə çıxdı. Elə bundan sonra OPEC+ formatının yenidən prosesə müdaxiləsi aktuallaşdı.

Belə bir vaxtda xəbər yayıldı ki, Azərbaycan, Rusiya və Qazaxıstanın da iştirakı ilə OPEC ölkələri hasilatın sutkada 10 milyon barrel azaldılmasını videokonfrans yolu ilə müzakirə edəcəklər. Bu danışıqlar aprelin 6-na təyin edilmişdi, amma daha sonra danışıqların aprelin 9-dək təxirə salındığı açıqlandı. Lakin bu xəbərin özü belə neft qiymətlərində artıq yüksəlişə təkan verib və qiymətlər indi 30 dollar civarındadır. Lakin OPEC və qeyri-OPEC ölkələrinin bu durumda artıq qəti addımlar atması da zəruru şərt kimi çıxış edir. “The Wall Sreet Journal” nəşrinin etibarlı mənbələrə istinadla yaydığı xəbərə görə, OPEC+ alyansının qarşıdakı görüşündə razılıq əldə olunacağı təqdirdə Rusiya hasilatı gündəlik 1,5 milyon barrel azalda bilər. Qeyd olunur ki, videokonfrans formatında keçiriləcək iclasda Səudiyyə Ərəbistanının xam neft hasilatını gündəlik 3 milyon barrel, ABŞ da daxil olmaqla digər ixracatçı ölkələrin isə 5,5 milyon barrel azaldacağı gözlənilir. Bu isə bazara çıxan neftin 10 milyon barrel azalması deməkdir. Lakin bu göstərici daha da arta bilər. Beynəlxalq Enerji Agentliyinin  icraçı direktoru Fatih Birol vurğulayır ki, neft istehsalının gündəlik 10 milyon barrel azaldılması indiki halda bazarda sabitliyin yaranması üçün kifayət deyil:“Sutkalıq 10 milyon barrel hasilat məhdudiyyəti mümkün olarsa, bu yalnız yaxşı başlanğıc ola bilər və vaxta qənaət etməyə kömək edə bilər. Lakin rəqəmlərə görə, ehtiyatlarda gündəlik 15 milyon barrel artım görürük. Buna görə də hasilat daha çox azaldılmalıdır. Bu prosesdə daha çox sayda ölkənin iştirakına ehtiyac var. Səudiyyə Ərəbistanı neft bazarına sabitlik gətirən bir ölkə olaraq G20-nin sədri kimi bütün istehsalçıları və istehlakçıları bir araya toplaya bilər. İstehlakçı ölkələr strateji neft ehtiyatlarını doldurmalıdır. Mövcud vəziyyət təkcə OPEC+ koalisiyasının deyil, hər kəsin töhfəsini tələb edir. Neft istehsal edən ölkələrin növbəti görüşü qarşımızda duran böyük problemi həll etmək üçün yaxşı başlanğıc ola bilər”.

Xatırladaq ki, qeyri-OPEC ölkələrindən biri kimi Azərbaycan artıq prosesə töhfə verməyə hazır olduğunu bildirib. Rəsmi Bakı bəyan edir ki, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır. Energetika Nazirliyi də bildirir ki, hazırda dünya neft bazarı iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar neftə qlobal tələbatın kəskin azalması və neft ehtiyatlarının artmasının yaratdığı çətinliklərlə üzləşib:“Belə ki, neftə qlobal tələbatın azalması gündəlik təxminən 10-15 milyon barrel civarında qiymətləndirilir. Ay ərzində tələbatın sutkada 20 milyon barrel azalacağı, tədarük profisti ilə əlaqədar yaxın aylarda neft anbarlarının tamamilə dolacağı proqnozlaşdırılır. Belə bir vəziyyətdə OPEC+ formatında müzakirələrin bərpası və tənzimləmə mexanizminə qayıtmaq qlobal neft bazarı üçün mühüm əhəmiyyət daşıyır. Hesab edirik ki, neft istehsalçılarının həmrəyliyi, əməkdaşlığı neft bazarının iqtisadi amillərlə dəstəklənmədiyi situasiyada yeganə həll yoludur. Biz indi neft bazarının tənzimlənməsi prosesində yeni bir mərhələnin başlanğıcındayıq. Hazırkı problemlər yalnız OPEC+ ölkələrinə deyil, bu formatdan kənar ölkələrə də mənfi təsir edir. Ona görə də hesab edirik ki, neft bazarında tədricən balansın yaradılması üçün OPEC+ formatından kənar ölkələr də bu prosesdə iştirak etməlidir. OPEC və qeyri-OPEC ölkələrinin geniş formatda əməkdaşlığı baş tutarsa, tarixdə ilk dəfə olaraq yeni bir nizamlama modeli formalaşar, neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər. Neft bazarında tarazlıq və qiymət sabitliyi əldə edilər. Eyni zamanda, Azərbaycan bütün neft ölkələrini qarşıdakı görüşdə vahid mövqedən çıxış edərək neft bazarına birgə dəstək verməyə çağırır”.

Belə bir vaxtda o da məlum olub ki, Çin strateji ehtiyatlarını artırmaq üçün neft almağa başlayacaq. Məlumata  görə, hökumət qurumlara neft anbarlarını tez bir zamanda doldurmağı tapşırıb. Çin, strateji ehtiyatlardan əlavə, ticarət sahələrini də anbar kimi istifadə edə bilər. Bundan başqa, hökumət şirkətləri öz anbarlarını doldurmağa təşviq edir. Hökumətin məqsədi strateji ehtiyatların 90 günlük xalis idxal səviyyəsində, daha sonra isə kommersiya ehtiyatları da daxil olmaqla 180 gün səviyyəsində saxlanılmasıdır. “Bloomberg”ə görə, Çinin xalis xam neft idxalı 900 milyon barrel səviyyəsindədir. Lakin ölkənin hazırkı neft ehtiyatının həcmi məlum deyil. Analitiklər hesab edir ki, Çin il ərzində gündəlik əlavə olaraq 80-100 milyon barrel neft ala bilər. Bu isə OPEC+ formatının gedişindən sonra qiymətlərə əsaslı surətdə təsir göstərəcək daha bir vacib addım sayılır. Hesab olunur ki, bu gediçlə neft yaxın tezlikdə yenidən 60 dollarlıq həddə qayıda bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ