çərşənbə axşamı günü, 25 avqust 2026
     

Azər­bay­can IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın bi­rin­ci­si, qar­daş Tür­ki­yə ikin­ci­si, İran üçün­cü ol­du - YENİLƏNDİ / FOTO

Image


Mehriban Əliyeva: “IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana olan hörmət və dəstəyinin təzahürüdür”

 

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində son yarış günündə uşu yarışları keçirilib.

Trend-in məlumatına görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Vüqar Kərəmov həlledici görüşdə İran idmançısı Saeid Fazeli ilə qarşılaşmada məğlub olub. Belə ki, qarşılaşma 0:2 hesabı ilə İran idmançısının qələbəsi ilə başa çatıb, idmançımız gümüş medalla kifayətlənib.

 

İslamiadanın son günündə Azərbaycan idmançılarından yenə MEDALLAR

Azərbaycan idmançısı Elçin Eminov (56) İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşıb və gümüş medalla kifayətlənib.

65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov da həlledici görüşdə iranlı Foroud Zafari ilə qarşılaşıb. Oyun İran idmançısının qələbəsi ilə başa çatıb.

 

Azərbaycanın stolüstü tennis komandası gümüş qazandı

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində son yarış günündə stolüstü tennis komandalarının final görüşü keçirilib. Stolüstü tennis komandalarının final görüşündə qadınlardan ibarət millimiz İran yığması ilə qarşılaşıb.

Görüş İran yığmasının qələbəsi ilə yekunlaşıb. Azərbaycanın stolüstü tennis komandası gümüş medala sahib olub.

 

IV İslam Həmrəyliyi Oyunlarının qalibi - Azərbaycan

Bununla da Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman yarışları başa çatıb. Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal.

71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.

Medalların ümumi sayına görə isə Türkiyə ilk yerdədir - 195 medal. Azərbaycan 162, İran idmançıları isə 98 medal qazanıb.

Ümumilikdə 40 ölkə müxtəlif əyarlı medallar əldə edib, 14 ölkə isə yarışları medalsız başa vurub.

Onu da qeyd edək ki, “Zəfər günləri” tədbirində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançılar mükafatlandırılıb.

"Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idmanın təbliği baxımından əhəmiyyətlidir"

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idmanın təbliği baxımından əhəmiyyətlidir. Bunu Trend-ə könüllü Vüsət Məmmədov deyib.

O qeyd edib: "İslam Həmrəyliyi Oyunlarına könüllü kimi qoşulmaqla böyüt təcrübə topladıq, yeni dostlar qazandıq, xarici dil biliklərimizi zənginləşdirdik. Bildiyimiz kimi, idman sağlamlıqdır, gənclərimizin asudə vaxtlarında idmanla məşğul olması çox vacibdir. Bu mənada, idmanın təbliği baxımından Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi əhəmiyyətlidir".

Gülnarə Xəlilova: “Azərbaycanda İslamiada kimi tədbirlərin keçirilməsi ölkəmizin öncüllərdən olduğunu göstərir”

"Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları kimi tədbirlərin keçirilməsi ölkəmizin hər zaman birincilərdən, öncüllərdən olduğunu göstərir". Bunu isə Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova deyib.

G.Xəlilova qeyd edib ki, bu gün Azərbaycanı dünyada demək olar ki, hamı tanıyır: "Bu qürurvericidir. Azərbaycan üçün belə tədbirlərin önəmi böyükdür. Ölkədə bayram ab-havası, xeyli sayda turistin gəlməsi, milli irsimizin təbliği baxımından IV İslam Həmrəyliyi Oyunlarının böyük əhəmiyyəti var".

Cənubi Koreyalı turist: Bakı İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır. Bunu Trend-ə Cənubi Koreyadan olan turist Patrik Park deyib. O, bildirib: "Mən burada çoxlu xarici görürəm və onlar bu idman yarışlarının böyük əhəmiyyətindən danışırlar".

Park qeyd edib ki, Bakıya ilk gəlişidir: "Bakı çox gözəl şəhərdir, xüsusilə də gecələr".

 

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirildi

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşıb. Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının səkkiz hərbçisi tərəfindən gətirilib. APA-nın məlumatına görə, 3 hərbçi Azərbaycan bayrağını qaldırıb.

Bu zaman dövlət himni səsləndirilib. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb.

Sonra “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının milli bayraqları idmançılar tərəfindən Olimpiya stadionuna gətirilib. Atletlərin paradı başlayıb, ev sahibi olan Azərbaycanın idmançıları stadiona axırıncı giriblər.

Yarışlarda iştirak edən ölkələrin bayraqları dirəklərdə yan-yana dalğalanıb. Bayraqlar gətirildiyi zaman “Amarok” qrupunun ifasında “Naxçıvan halayi” səsləndirilib. Həyat ağacına su verilib və onun kökləri səhnədə çıxmağa başlayıb. Aktyorlar qrupu (hər biri 7 x 1.35 metr ölçüdə olan) üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolağını gətirib. Quşlar onların başları üzərində uçduğu zaman, ipək zolaqlar gözəl mənzərəni yaratmaq üçün birləşdirilib. Yaşıl meşələri, qəhvəyi dağları, göy isə Azərbaycanın çaylarını əks etdirib. İpək zolaqlar Azərbaycan Respublikasının bayrağını əks etdirmək üçün çevrilib, “Amarok” – “İncilər” mahnısını ifa edib. Son 10 günün idman yarışları stadion ekranlarında nümayiş etdirilib, Avroviziya Mahnı Müsabiqəsi 2015 üçün təqdim etdiyi mahnı - Elnurun ifasında “Hour of the Wolf” səslənib.

Mərasimdə möhtəşəm şou nümayiş etdirilib. "Qarabağ" şikəstəsi altında səhnədə Günəş qalxıb və səhnə üzərində hərəkət edib.

Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən hərəkətə gətirilib. Günəşin şüası aşağıda tamaşaya start verib. Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən artıq əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırıb Bu cür kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənib. Günəş oturduğu zaman, həmin kitablar açılaraq, göy işıq saçaraq və qaldırılaraq, Xəzərin gözəl 3 ölçülü formasını yaradıb.

Gülarə Əliyeva “Şur fantaziyası” ifa etməyə başlayan zaman ekranda Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələr görünüb. İnsanlar çərpələng və hava şarları ilə oynayıblar. Digərləri şahmat oyunu ilə məşğuldur və ya küləyin əllərindən qoparmış qəzetlərin arxasınca qaçıblar. Səhnəyə külək turbinləri və flügerlər gətirildikdən sonra həmin əşyalar küləyin hesabına hərəkətə gəlib. Bütün rekvizit və kostyumlar giləvarı əks etdirən dalğavari naxışlarla bəzədilib. Səhnə iştirakçıları “Yallı” getdiyi zaman buludlar qalxıb. 1000-dən artıq hava şarı və həyatın ağacının minlərlə yarpağı giləvarla gecə səmasına qaldırılıb.

Natiq Şirinovun “Qarabağ” mahnısını ifa etməyə başlaması ilə səhnədə işıq saçan aypara qalxıb və səhnə üzərində hərəkət edib. Aktyorlar qlobusu saxlayan əlləri sülh rəmzi olan göyərçini formalaşdırıb. Sonra aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında mövcud olan və alov mənasını daşıyan qədim badamvari naxış olan buta fiqurlarını yaradıblarr. Döşəmənin üzərində olan proyeksiyalar aktyorların yaratdığı fiqurlara uyğun verilib. Nəhayət, aypara səhnənin mərkəzinə doğru hərəkət edib, səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandıblar. Stadionun damında isə atəşfəşanlıq başlayıb. Oyunların uğurla keçirilməsini mümkün edən 6000 könüllünün verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olunub. Könüllülərə minnətdarlığın bildirilməsi haqqında videoçarx stadion ekranlarında göstərildiyi zaman Azad Vəliyevin “Yeni Gün” mahnısı dinlənilib.

 

Mehriban Əliyeva: “IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana olan hörmət və dəstəyinin təzahürüdür”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunub. Mehriban Əliyeva bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür.

Mehriban Əliyeva qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz əl-Nassar. İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri. İslam aləminin idmançıları. Xanımlar və cənablar. Hörmətli qonaqlar. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə xoş gəlmişsiniz!

Əziz həmvətənlər, Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları ölkəmizlə bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm!"

Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, daha da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir: "Gəlin hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy Allah bütün müsəlmanları qorusun!

Əziz dostlar! Son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı.

İdmançılar, mən sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm və İslam aləminin tamaşaçılarına verdiyiniz sevincə görə sizə təşəkkürümü bildirirəm! Bu sizin Oyunlar idi və sizin idman yarışlarında çıxışınız onları möhtəşəm etdi. Ümidvaram ki, Bakıdan ayrıldıqda ən xoş xatirələrinizi bütün həyatınız boyu əziz tutacaqsınız".

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri vurğulayıb ki, Azərbaycanın milli komandası 162 medal, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yeri tutaraq bizi bir daha fərəhləndirdi: "Azərbaycan idmançıları, sizin fədakarlığınız və ustalığınız həmvətənlərimizi ilhamlandırmaqda davam edir və gələcək nəsilə ən parlaq nümunə kimi xidmət edəcək.

Son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi növbəti böyük qələbə oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq.

Mən xalqlar arasında həmrəylik əlaqələrini gücləndirən İslam aləminin idmançılarını Bakıda salamlamaq üçün yaratdığı fürsətə görə İslam Həmrəyliyi İdman Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. Bu Oyunlar və bir çox digər mühüm beynəlxalq idman, humanitar və siyasi tədbirlər Bakının açıqlıq və tolerantlıq mərkəzi kimi nüfuzunu daha da möhkəmləndirdi".

Mehriban Əliyeva qeyd edib ki, paytaxtımız İslam idman ictimaiyyətini açıq qəlblə qəbul etdi və bu Oyunların uğurlu olması bütün Azərbaycanın fədakarlığına və qəhrəmanlığına işarədir: "Bütün dünyadan gəlmiş qonaqlarımız özünün qədim irsinə və ənənələrinə sadiq olan, gələcəyinə qətiyyətlə baxan ölkənin – Azərbaycanın zəngin mədəniyyəti və məşhur qonaqpərvərliyi ilə tanış oldular. Dünyanın ən gözəl şəhərlərindən birində, Bakıda sizi görməkdən məmnun olduq. Biz açıq qəlblə sizi yenidən Azərbaycanda görməyimizi səmimiyyətlə arzulayırıq.

Əziz könüllülər, çox sağ olun! Qonaqlarımız özlərini evlərindəki kimi hiss etdilər. Siz bu Oyunların uğurlu olmasında böyük rol oynadınız. Atletlər Bakı-2017-nin döyünən ürəyidirsə, siz bu Oyunların geniş qəlbi idiniz. Siz dünyaya səmimiyyətinizi və iradənizi göstərdiniz. Mən gördüyünüz işlərə görə hər birinizə olduqca minnətdaram!"

Birinci vitse-prezident əlavə edib: "Biz dünyanı Bakıda salamlamaqda davam edəcəyik. Bu yay Formula 1 Azərbaycan Qran-Pri turniri, sentyabr ayında qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçiriləcək. 2020-ci ildə burada, Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa çempionatının oyunları baş tutacaq.

Bakı-2017 Oyunlarının başa çatdığı bir anda mən bu möhtəşəm tədbirdə iştirak etmiş hər bir şəxsə, idmançılara və tamaşaçılara, təşkilatçılara və könüllülərə təşəkkürümü bildirmək istəyirəm.

Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq! Beləliklə, mən qürur hissi ilə IV İslam Həmrəyliyi Oyunlarını bağlı elan edirəm. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!"

 

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi: “Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”

Daha sonra çıxış edən İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdüləziz Al Nasser vurğulayıb ki, bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün olub.

Faisal Abdüləziz Al Nasser İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara Oyunlarda iştirak etdiklərinə, könüllülərə “Bakı-2017”yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi çıxışını bu sözlərlə tamamlayıb: “Dörd ildən sonra “İstanbul 2021” Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”

 

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının estafetini Türkiyəyə verdi

Bundan sonra, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Bakı Olimpiya Stadionda ekranlarda 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinə bütün dünyanı dəvət edən videoçarx nümayiş etdirilib. Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını endiriblər.

Onlar bayrağı stadiondan aparmaq üçün digər 8 hərbçiyə təqdim ediblər. ISSF-in bayrağı endirildiyi zaman Benjamin Brittenin “The Young Person’s Guide to the Orchestra” musiqisi səsləndirilib. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul 2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib. Türkiyənin milli himni səsləndirildiyi zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi bayrağı qaldırıb.

Sonra beş müğənni - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər.

Müğənni Tünzalə Ağayeva yan səhnədə “Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra, o, əsas səhnədə iki mahnı -“Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdırıb.

Bununla da, yaddaşlarda dərin iz qoyan, tarixə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ