Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışı davam edir.
Baki-xeber.com-un məlumatına görə, idmançımız Orxan Xanlarov çərxi-çəməni növündə 259 xalla gümüş medala layiq görülüb.
İranlı zorxanaçı 749 xalla birinci, əfqanıstanlı Mustafa Nuristani və tacikistanlı Əbduəli Nəzərəli isə üçüncü olub.
Ardınca daha bir zorxanaçımız Xəyyam Orucov milsəngin növündə 1003 xalla üçüncü olub. Həmin növ üzrə iranlı Mustafa Mofid qızıl (2501 xal), iraqlı Ridha Alqbri isə gümüş medal (1397) əldə edib. Bürünc medala isə Tacikistan təmsilçisi Navruz Arabov layiq görülüb.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.