Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilərin taekvando yarışlarında +87 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev qızıl medal əldə edib.
“Trend”-in məlumatına görə, Olimpiya çempionumuz finalda Özbəkistan təmsilçisi Dmitri Şokinə qalib gələrək Azərbaycana İslamiadanın 50-ci qızıl medalını qazandırıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.