çərşənbə axşamı günü, 25 avqust 2026
     

Bakı-2017: İdmançılarımız 50-si qızıl olmaqla 99 medalla liderlər sırasında... - YENİLƏNDİ

Image


Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan dairəvi stend üzrə qarışıq komanda yarışında gümüş medal qazanıb. Trend-in məlumatına görə, Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət ikinci komandamız finalda Bəhreynə uduzub - 24:27.

Niyaz Ağazadə və Regina Meftahətdinovadan ibarət birinci komandamız isə üçüncü yer uğrunda qarşılaşmada türkiyəli atıcılara məğlub olaraq yarışı medalsız başa vurub - 25+1:25+2.

 

Eriş Yaprak yarışlara Azərbaycan idmançısı kimi qatılmaqdan qürur duyur

Yarışlara Azərbaycan idmançısı kimi qatılmaqdan qürur duyuram. Bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Eriş Yaprak deyib.

O, Azərbaycanda idmana böyük diqqət və qayğının olduğunu bildirib: "Azərbaycanı çox sevirəm. Baxmayaraq ki, Türkiyə də bu oyunlarda təmsil olunurdu, mən Azərbaycan idmançısı kimi yarışlara qatıldım. Bu yarışda finalda Türkiyə təmsilçisi ilə qarşılaşdım və qalib gəldim. Rəqiblərim çox güclü olsa da, özümə inamım mənə qələbə qazandırdı. Gələcəkdə də keçirilən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəyəm".

E. Yaprak qeyd edib ki, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib və idmançılara xüsusi diqqət göstərilir.

 

3 stolüstü tennisçimiz növbəti mərhələdə..

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis turniri davam edir. Kişilərin fərdi mübarizəsində təmsilçimiz Yu Şin Hanq BƏƏ idmançısı Salah Aldin Albaluşini 4:0 hesabı ilə məğlub edərək növbəti - 1/8 final mərhələsinə yüksəlib.

Qadınların fərdi yarışında isə təmsilçimiz Miao Vanq fələstinli tennisçi Ahd Menavidən üstün oyun nümayiş etdirərək 1/4 finala çıxıb.

Daha bir qadın tennisçimiz Jinq Ninq isə Maldiv adalarının təmsilçisi Aminat Şiura Şərifi məğlub edərək (4:0) 1/4 finala vəsiqə qazanıb.

 

Voleybol yığmamız yarımfinalda

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışı davam edir. Millimiz qrup mərhələsinin son oyununda Türkmənistanla qarşılaşıb. Buna qədər Pakistanı 3:0, Türkiyə yığmasını isə 3:2 hesabı ilə məğlub edən kişi idmançılarımız bu dəfə türkmənistanlı rəqiblərinə qalib gəliblər - 3:0.

Beləliklə, voleybol yığmamız qrup lideri kimi yarımfinala yüksəlib.

 

Teymur Məmmədov da FİNALDA

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha bir boksçusu adını finala yazdırıb. 91 kq çəki dərəcəsində çıxış edən boksçumuz Teymur Məmmədov yarımfinalda suriyalı Eldin Qoussun ilə üz-üzə gəlib. Rəqibindən güclü olan idmançımız finala yüksəlib - 4:1.

Boksçumuzun finaldakı rəqibi türkiyəli Burak Akşin olacaq.

 

Kamran Şahsuvarlı qızıl medalın bir addımlığında

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boksçumuz finala yüksəlib. 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Kamran Şahsuvarlı yarımfinalda mərakeşli rəqibi Yuness Qarrumidən üstün olub - 5:0.

Sabah keçiriləcək final qarşılaşmasında K.Şahsuvarlının rəqibi qazaxıstanlı Tursınbay Kulahmet olacaq.

 

Boks yığmamızın ilk medalının əyarı bilindi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsinə start verilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.

56 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançı özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. 1/4 finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran T.Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb.

Nəticədə T.Əliyev İslamiadanı bürünc medalla başa vurub.

 

Paralimpiyaçımızdan ikinci qızıl medal

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında para-atletika yarışları davam edir. Kişi paralimpiyaçıların lövhə atma yarışında idmançımız Samir Nəbiyev bütün rəqiblərini qabaqlayıb.

Onun nəticəsi 45,17 metr olub.

Gümüş medala İordaniya təmsilçisi Amer Abdelaziz, bürünc medala isə misirli Metava Abouelkhir sahib olub.

Xatırladaq ki, S.Nəbiyev ötən gün kürə itələmə yarışında da qalib gəlmişdi.

 

Olimpiya çempionumuz da İslamiadaya qələbə ilə başladı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir. +87 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Olimpiya Oyunlarının qızıl mükafatçısı, dünya çempionu Radik İsayev 1/4 finalda Pakistan idmançısı Şah Adillə döyüşüb.

Rəqibi üzərində tam qələbə qazanan təmsilçimiz R.İsayev yarımfinala vəsiqə qazanıb - 34:8.

 

İki atıcılıq komandamız finala yüksəldi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın iki komandası 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışının finalına yüksəlib. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət birinci komandamız 473, Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 460 xal yığaraq final mərhələsinə çıxıblar.

 

Daha 3 taekvandoçumuz medala doğru

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha üç taekvandoçumuz yarımfinal mərhələsinə yüksəlib. Qadınların mübarizəsində idmançımız Fəridə Əzizova (67 kq) 1/4 finalda iranlı Parisa Cavadikouçaksaraellə görüşüb.

F.Əzizova rəqibindən üstün olub - 10:4.

Digər qadın taekvandoçumuz Patimat Abakarova (49 kq) Fələstin təmsilçisi Layan Caberə qalib gələrək yarımdinala vəsiqə qazanıb - 19:7.

Kişilərin yarışında isə 80 kq çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz Milad Beigi Harçeqani 1/4 finalda Səudiyyə Ərəbistanı idmançısı Maced Almabrukla qarşılaşıb.

Rəqibi üzərində tam qələbə qazanan təmsilçimiz yarımfinala yüksəlib - 21:2.

Xatırladaq ki, bundan əvvəl 68 kq çəki dərəcəsində çıxış edən idmançımız Ayxan Tağızadə da yarımfinaldadır.

 

Güləşçimiz Rafiq Hüseynov FİNALDA

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb. Final uğrunda mübarizədə güləşçimizin rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub.

R.Hüseynov rəqibinə vaxtından əvvəl - 10:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

 

Rəsul Çunayev finala vəsiqə şansını itirdi

Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazana bilməyib. Final uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Gerayi Məhəmmədəli olub.

R.Çunayev rəqibinə 6:5 hesabı ilə məğlub olaraq finala vəsiqə qazanmaq şansını itirib.

 

İslamiadanın qalibi: "Bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq"

"Bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq". Bunu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika üzrə yeni rekordlar əldə edərək qızıl medal qazanan idmançımız Anastasiya İbrahimli mətbuat konfransında deyib.

O, İslam Həmrəyliyi Oyunlarına çox yaxşı hazırlaşdıqlarını bildirib: "Oyunlara çox yaxşı hazırlaşmışdıq. Əvvəlcədən nəticəni müəyyənləşdirmək olmur. Amma bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq".

Xatırladaq ki, A.İbrahimli 69 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. O, İslam Həmrəyliyi Oyunları tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.

 

Daha 2 güləşçimiz yarımfinalda

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda daha iki güləşçimiz – Orxan Nuriyev (98 kq) və Murad Məmmədov (59 kq) 1/4 finalda mübarizəyə qoşulub. O.Nuriyevin rəqibi Pakistan təmsilçisi Rza Tayab, M.Məmmədovun isə rəqibi İran təmsilçisi Nurbaxış Məhəmməd olub.

O.Nuriyev rəqibinə 9:0, M.Məmmədov isə 10:4 hesabı ilə qalib gələrək yarımfinala çıxıblar.

 

Ağır atlet Elnarə Abbasova: “Bakıda keçirilən İslamiada idman tarixinə düşəcək”

Biz çox çalışmışdıq və şadam ki, əməyimiz mükafatla təltif olundu. Bunu İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış ağır atlet Elnarə Abbasova deyib.

O deyib: “Uğur əldə etməyimə imkan yaratmış hər kəs – anam, məşqçilər, Federasiya rəhbərliyi qarşısında baş əyirəm. İslamiadanın Bakıda keçirilməsi, möhtəşəm açılış, təşkilatın yüksək səviyyəsi, bütün bunlar idman tarixinə düşəcək”.

 

Atletimizdən gümüş medal

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışları keçirilir. Atletimiz Rahib Məmmədov kişilər arasında 110 metr məsafəyə maneələrlə qaçış üzrə yarışın finalında gümüş medal qazanıb - 14,18 saniyə.

Qızıl medal Səudiyyə Ərəbistanı idmançısı Ahmed Almuvallad, bürünc medal isə İraq təmsilçisi Mohammed Sad Al-Xfaci yiyələnib.

 

Qadın voleybolçularımız finalda

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət voleybol yığması Tacikistanla qarşılaşıb. Millimiz hər üç setdə rəqib göz açmağa imkan verməyib - 3:0 (25:6, 25:10, 25:6).

Beləliklə, komandamız sabah keçiriləcək finalda qızıl medal uğrunda mübarizə aparacaq.

 

Gimnast Murad Ağarzayev: “Qələbəmi anama həsr edirəm”

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında idman gimnastikasında komanda hesabında gümüş, fərdi hesabda qızıl medal qazanmış Murad Ağarzayev uğurlarını anasına həsr edib. Bunu 18 yaşlı gimnast Trend-ə açıqlamasında deyib.

M.Ağarzayev anasının altı yaşından bəri onu dəstəklədiyini və uğuruna inandığını deyib: “Qoy bu uşaqlar üçün nümunə olsun. Mümkün olmayan heç nə yoxdur. Qoy qələbələrimiz sayəsində himnimiz səslənsin və Azərbaycan bayrağı dalğalansın”.

 

Rəsul Çunayev İslamiadanı bürünclə başa vurdu

Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb. Bu dəfə güləşçimizin rəqibi Türkiyə təmsilçisi İlker Sönmez olub.

İdmançımız rəqibini 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

 

Daha bir taekvandoçumuz finala yüksəldi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz finala yüksəlib. Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) həlledici mərhələyə yüksəlmək üçün Səudiyyə Ərəbistanı idmançısı Səud Al Muvallad ilə üz-üzə gəlib.

A.Tağıyev rəqibinə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb - 18:9.

 

Güləşçimiz Murad Məmmədov bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb. 3-cü yer uğrunda mübarizədə idmançımızın rəqibi İordaniya təmsilçisi Alqade Mostafa Sultan Rayek olub.

Güləşçimiz rəqibini 8:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

 

Taekvandoçumuz Patimat Abakarova FİNALDA

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvandoçumuz finala yüksəlib. Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) yarımfinalda İran təmsilçisi Şalmei Sudabe Poursadiqi ilə qarşılaşıb.

İdmançımız rəqibindən üstün döyüş nümayiş etdirərək final mərhələsinə yüksəlib - 15:4.

P.Abakarovanın finaldakı rəqibi qazaxıstanlı Aynur Yesbergenova olacaq.

 

Cüdoçu Elxan Məmmədov: “İslamiadada iki qızıl medal karyeramın parlaq səhifəsidir”

İslamiadada iki qızıl medal mənim karyeramın parlaq səhifəsidir. Bunu Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında həm fərdi, həm də komanda hesabında qızıl medal qazanmış cüdoçu Elxan Məmmədov deyib.

O deyib: “Mən beynəlxalq turnirlərin qalibi olmuşam, ölkəni Pekin və London Olimpiadalarında təmsil etmişəm. Amma doğma meydanda qələbə mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu, mənim karyeramın parlaq səhifəsidir”.

 

İslamiadada paraatletimizdən QIZIL

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi paralimpiyaçılar arasında T12 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışında atletimiz Elmir Cəbrayılov qızıl medal qazanıb. O, müvafiq məsafəni 11,14 saniyəyə qaçıb.

Qeyd edək ki, bununla Azərbaycan millisi İslamiadada 44-cü qızıl medalını qazanıb.

Yarışda gümüş medalı Özbəkistan təmsilçisi Mansur Abdiraşidov, bürünc medalı isə mərakeşli Mahdi Afri qazanıb.

 

Azərbaycanın 45-ci qızıl medalını Patimat Abakarova qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 45-ci qızıl medalını qazanıb. Taekvandoçumuz Patimat Abakarova (49 kq) finalda qazaxıstanlı Aynur Yesbergenova ilə qarşılaşıb.

Rəqibindən üstün olan idmançımız İslamiadanın qızıl medalına sahib olub - 14:4.

 

Ayxan Tağızadə Azərbaycana daha bir QIZIL qazandırdı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz qızıl medal qazanıb. Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) həlledici mərhələdə İran idmançısı Seyid Hüseyn ilə üz-üzə gəlib.

A.Tağıyev rəqibinə 8:7 hesabı ilə qalib gəlib.

 

Paraatletimiz Oloxan Musayevdən növbəti medal...

Kişi paralimpiyaçılar arasında F56 kateqoriyasında lövhəatma yarışında təmsilçimiz Oloxan Musayev bürünc medal qazanıb. Yarışda qızıl və gümüş medallara İran təmsilçiləri Əli Məhəmmədyari və Əlireza Nasseri Ghaleh sahib olublar.

 

Güləşçimiz Rafiq Hüseynov gümüş medalla kifayətləndi

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb. Birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Yousef Qaderian olub. Gərgin keçən mübarizədə hesab 1:1 olsa da, iranlı güləşçi sonuncu xal qazandığı üçün, hakimlər qələbəni iranlı təmsilçiyə veriblər.

Güləşçimiz R.Hüseynov isə gümüş medalla kifayətlənməli olub.

 

Güləşdə Azərbaycana ilk qızıl medalı Orxan Nuriyev qazandırdı

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb. Birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi Qırğızıstan idmançısı Uzur Juzupbekov olub.

Gərgin keçən mübarizədə idmançımız rəqibinə 5:0 hesabı ilə qalib gələrək İslamiadada yunan-Roma güləşindən Azərbaycana ilk qızıl medalı qazandırıb.

 

Atletlərimizdən daha bir qızıl və gümüş...

IV İslam Həmrəyliyi Oyunlarının üçtəkanla tullanma yarışında təmsilçimiz Nazim Babayev qızıl medala sahib olub. Digər təmsilçimiz Aleksis Kopello isə gümüş medal qazanıb. Suriyalı Miguel Assen Van isə bürünc medalla kifayətlənib.

 

Tamerlan Abdullayev yarımfinalı qələbə ilə başa vurdu

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının daha bir boksçusu növbəti qələbəsini qazanıb. Boks Federasiyasından verilən məlumata görə, 69 kq çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev 1/2 final səddini də uğurla keçib.

O, İlya Oçkini (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 4:0 hesabı ilə qələbə qazanıb.

25 yaşlı idmançımız sabah keçiriləcək həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturovu sınağa çəkəcək.

T.Abdullayevdən öncə Cavid Çələbiyev (60 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) finala vəsiqə qazanıb.

 

Taekvandoçumuz Fəridə Əzizova gümüş medal qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvandoçusu Fəridə Əzizova gümüş medal qazanıb. Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova (67 kq) finalda Türkiyə təmsilçisi Nur Tatarla qarşılaşıb.

 

Azərbaycana daha bir QIZIL Milad Beigi Hərçəqanidən gəldi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir qızıl medalını qazanıb. Rio Olimpiadasının bürünc medalçısı Milad Beigi Hərçəqani (80 kq) taekvando yarışlarında final mərhələsində Türkiyə təmsilçisi Yunus Sarı ilə qarşılaşıb.

Rəqibindən üstün olan idmançımız İslamiadanın qızıl medalına sahib olub - 9:4.

 

Boksçumuz Rauf Rəhimov döyüş keçirmədən finala çıxdı

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında daha bir idmançımız finala vəsiqə qazanıb. Boks Federasiyasından verilən məlumata görə, bu, 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimovdur.

23 yaşlı idmançı yarımfinal səddini döyüş keçirmədən adlayıb. Rəhimov bu mərhələdə Abdelrəhman Abdelqəvvədlə (Misir) qarşılaşmalı olsa da, rəqibi zədə səbəbindən rinqə çıxmayıb və təmsilçimiz texniki qələbə qazanıb.

O, mayın 18-də baş tutacaq həlledici görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gələcək.

 

Azərbaycanın 6 boksçusu İslamiadanın finalında...

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/2 final mərhələsi başa çatıb. Trend-in məlumatına görə, yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə İordaniya boksçusu Hüsseyn İaşaişi məğlub edib - 4:0.

O, finalda suriyalı Manaf Asaadla qarşılaşacaq.

Qeyd edək ki, final mərhələsində Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. M.Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda yarışacaqlar. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) çıxışını bürünc medalla başa vurub.

 

Olimpiya çempionundan Azərbaycana 50-ci qızıl medal…

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilərin taekvando yarışlarında +87 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev qızıl medal əldə edib. Olimpiya çempionumuz finalda Özbəkistan təmsilçisi Dmitri Şokina qalib gələrək Azərbaycana İslamiadada 50-ci qızıl medalı qazandırıb.

Qeyd edək ki, idmançılarımız 50-si qızıl 99 medalla liderlər sırasında yer alır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ