çərşənbə axşamı günü, 25 avqust 2026
     

İs­la­mia­da­da Azər­bay­can id­man­çı­la­rı­nın zir­və­yə yük­sə­liş sü­rə­ti ar­tır... - YENİLƏNDİ

Image


Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələn boksçularımızın sayı 6-ya çatıb. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bu uğura 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da imza atıb.

İlk döyüşündə Hafidz Adli Mohdu (Malayziya) yarışdan kənarlaşdıran təmsilçimiz 1/4 finalda pakistanlı Əli Xanı sınağa çəkib. Görüş 5:0 hesabı ilə Rəhimovun xeyrinə başa çatıb.

O, yarımfinal qarşılaşmasına sabah çıxacaq. R.Rəhimov Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü yoxlayacaq.

Qeyd edək ki, Raufadək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 final səddini uğurla aşıb.

 

Azərbaycan atıcısı 4-cü qızıl medalına doğru

Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma yarışının finalına yüksəlib. Təmsilçimizin göstəricisi 574 xal olub.

Digər atıcılarımız Rəsul Məmmədov və Tahir Əhmədzadə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.

 

Para-atletika yarışlarında ilk qızıl medalımız

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında para-atletika yarışlarına start verilib. Atletimiz Samir Nəbiyev kürə itələmə yarışında bütün rəqiblərindən güclü olub.

İran idmançısı Cavid Şakib Ehsani gümüş, digər iranlı Cavad Dalakeh isə bürünc medala yiyələnib.

 

Azərbaycan atıcısı bürünc qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın atıcılar arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qaliblər müəyyənləşib. İdmançımız Nigar Nəsirova 211.5 xalla bürünc medala sahib olub.

İran atıcısı Qolnouş Sebhatullah birinci (239.3 xal), misirli Afaf Elhodhod ikinci olub.

Digər təmsilçimiz Zərifə Qasımova isə beşinci yerlə kifayətlənib.

 

Ərdoğan qızıl medal qazanmış türkiyəli idmançıları təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış türkiyəli idmançıları təbrik edib. Trend bu barədə Türkiyə prezident administrasiyasına istinadən məlumat verir.

Bugünədək Türkiyə İslamiadada 35 qızıl, 31 gümüş və 26 bürünc medal qazanıb.

 

İslam Həmrəyliyi Oyunlarında 8513 könüllü

Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə 8513 nəfər könüllü cəlb olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanın tələbə könüllüləri də bu mötəbər yarışda yaxından iştirak edirlər.

“Bakı 2017”nin Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilən könüllülər tamaşaçıların yerləşdirilməsi, xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması kimi müxtəlif fəaliyyətləri icra edirlər.

 

Daha bir taekvandoçumuz yarımfinalda

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarında idmançımız Qaşım Maqomedov yarımfinala vəsiqə qazanmaq uğrunda dayanq üzərinə çıxıb. İdmançımız Q.Maqomedov (54 kq) bu dəfə Özbəkistan təmsilçisi Sukrob Bobobekov ilə qarşılaşıb.

Görüş 25:22 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

 

“İslam Həmrəyliyi Oyunlarında əldə olunan uğur yeni qələbələrə həvəsləndirir”

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarında əldə olunan uğur yeni qələbələrə həvəsləndirir. Bunu jurnalistlərə azərbaycanlı gimnast Marina Nekrasova deyib.

O xatırladıb ki, Avropa çempionatında zədə ilə əlaqədar iştirak edə bilməmişdi: “Buna görə çox təəssüflənmişdim, həvəsdən düşmüşdüm. Hətta bu Oyunlarda da iştirak edib-etməyəcəyimi bilmirdim. Amma məşqçinin dəstəyi mənə kömək oldu. Qazandığım medallara görə çox şadam.”

Oyunların digər azərbaycanlı medalçısı Yuliya İnşina isə deyib ki, hər bir medal onun üçün vacibdir.

Oyunlarda digər ölkə nümayəndələrinin çıxışları barədə danışan Y.İnşina və M.Nekrasova qeyd ediblər ki, Türkiyə və Özbəkistan gimnastları layiqli çıxış ediblər.

 

Daha bir taekvandoçumuz İslamiadada qələbə ilə başladı

Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvando yarışlarına daha bir idmançımız qələbə ilə başladı. Kişilər arasında yarışa səkkizdəbir finalda başlayan milli komandamızın üzvü Qaşım Maqomedov (54 kq) Pakistan təmsilçisi Umar İqballa qarşılaşıb.

Görüş 26:6 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

 

Baş məşqçi Azərbaycan gimnastlarının çıxışlarından razı qalıb

Ümumiyyətlə, mən İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastlarının çıxışlarından çox razıyam. Bunu isə jurnalistlərə idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Rza Əliyev bildirib.

Baş məşqçinin sözlərinə görə, birinci və ikinci günlər bir qədər uğursuz olub: "Çox yıxılmalar oldu. Amma bu gün bizim gimnastlar özlərini toparlayıb və ləyaqətlə çıxış etdilər. Təəssüf ki, Murad Ağarzayevin tullanışı alınmadı. Qalan beş alətdə isə gimnastlar planlaşdırılanı etdilər. Mən onların çıxışından çox razıyam".

Azərbaycanlı gimnast Timur Bayramovun çıxışı barədə danışan baş məşqçi bildirib ki, əvvəlcə onu yığmaya salmaq planlaşdırılmırdı: "Amma o yoxlama məşqlərdə özünü yaxşı göstərdi. Biz onu milli komandanın tərkibinə qatdıq və o tirlərdə bürünc medal qazandı".

 

Ruslan Lunyov İslamiadada 4-cü qızıl medalını qazandı

Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında dördüncü qızıl medalını qazanıb. Kişilərin 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında 240.7 xal toplayan təmsilçimiz rəqiblərindən daha dəqiq olub.

İkinci yeri Türkiyə idmançısı Yusuf Dikec (239.7), üçüncü yeri isə pakistanlı Muhammad Şehzad Aktar (218.6) tutub.

Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.

 

Qızıl medalın sahibi: “Qarşıma qoyduğum məqsədə çatdığım üçün sevinirəm”

IV İslam Həmrəyliyi Oyunlarında qarşıma qoyduğum məqsədə çatdığım üçün sevinirəm. Bunu cüdo üzrə qızıl medalın sahibi Məmmədəli Mehdiyev deyib.

Onun sözlərinə görə, yarışlar tam obyektiv və normal hazırlanıb: "Özümü istədiyim kimi göstərə bilməsəm də, yenə də qalib gəldim, qızıl medala sahib oldum. İkinci görüşüm də komanda halında oldu və oradan da medalsız qayıtmadıq.

Belə yarışların ölkəmizdə keçirilməsi bizim üçün tarixdir. Həvəslə iştirak edirik və kifayət qədər azarkeş dəstəyi görürük. Bu, mənim böyük yarışlarda ilk qızıl medalımdır. Qarşıdakı yarışlarda da iştirak edəcəyimi və qalib gələcəyimi düşünürəm. Qarşıdan Dünya Çempionatı gəlir. Yəqin ki orada da iştirak edib Azərbaycanı layiqincə təmsil edəcəyəm".

 

Bürünc medalçı Elnarə Abbasova: “Hədəfim gələcək yarışlarda qızıl medaldır”

IV İslam Həmrəyliyi Oyunları Bakıda yüksək səviyyədə təşkil edilib. Bunu isə ağırlıq qaldırma üzrə qadınlar arasında bürünc medal qazanmış Elnarə Abbasova deyib.

Onun sözlərinə görə, yarışlara qızıl medal qazanmaq üçün qatılıb: "Hədəfim qızıl medal idi. Lakin bunu qazana bilmədim. Hər halda medalsız qalmamağım da məni sevindirir. Hər şeyə görə federasiya rəhbərliyinə, məşqçilərimə və anama təşəkkür edirəm. Hədəfim gələcək yarışlarda qızıl medala sahib olmaqdır".

 

Murad Ağarzayev: Məqsədim Azərbaycan bayrağını daim yüksək tutmaq olub

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq dövründə çəkdiyim əziyyətin nəticəsi olduğu üçün çox sevinirəm. Bunu jurnalistlərə açıqlamasında idman gimnastikası üzrə fərdi sərbəst hərəkətlərdə qızıl medal, komanda halında gümüş medal mükafatçısı Murad Ağarzayev deyib.

Onun sözlərinə görə, oyunlar yüksək səiyyədə təşkil edilib: "İdmançı kimi məqsədim Azərbaycan bayrağını, Azərbaycan adını daim yüksək tutmaq olub. Bu gün Bakıda Azərbaycan bayrağını yüksəklərə qaldırdım, Allahın köməkliyi ilə gələcəkdə başqa ölkələrdə keçiriləcək tədbirlərdə də Azərbaycan adını yüksəltməyə çalışacağam. Azərbaycan gimnastı kimi oyunda ilk qızıl medalı qazanan mən oldum. Buna görə çox sevinirəm. Şükürlər olsun ki, çəkdiyim əziyyət hədər getmədi. Bu qələbəmdə mənə uşaqlıqdan böyük dəstək olan anama borcluyam və özümdən balacalara demək istəyirəm ki, onlar da yarışlarda inamla iştirak etsin və nailiyyətlər əldə etsinlər".

 

Yəmən nümayəndə heyətinin rəhbəri: İslamiada müsəlman ölkələrinin sülh istəyini nümayiş etdirir

İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin sülh istəyini nümayiş etdirir. Bunu isə Yəmən nümayəndə heyətinin rəhbəri Naila Nəsr Abbas Nəsr deyib.

Onun sözlərinə görə, İslamiadanın keçirilməsi bu ölkələr üçün çox vacibdir: “Bir çox ərəb ölkələrində indi müharibə gedir və biz göstərməyə çalışırıq ki, müharibə yox, sülh istəyirik. Biz digər ölkələrlə münasibətləri inkişaf etdirmək istəyirik. İslam sülh dinidir və bizim məqsədimiz bunu dünyaya nümayiş etdirməkdir”.

Ağır atletimiz İslamiadanı bürünc medalla başa vurdu

Azərbaycanın ağır atleti Rövşən Fətullayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurub.

 

Azərbaycan atletindən QIZIL MEDAL

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarında ikinci qızıl medalını qazanıb. Təmsilçimiz Hanna Skidan qadınlar arasında çəkic atma yarışında bütün rəqiblərindən üstün olub.

Türkiyə atleti Kaya Kıvılcım Salman gümüş, mərakeşli Souakina Zakkour isə bürünc medala sahib olub.

Xatırladaq ki, bundan əvvəl para-atletika yarışlarında Samir Nəbiyev kürə itələmə yarışında çempion olmuşdu.

 

Maksim Şemberyov 4-cü qızıl medalını qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 4-cü qızıl medalını qazanıb. 800 m məsafəyə sərbəst üsulla üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı nəticəsi 7:54.34 olub.

İkinci yeri İndoneziya üzgüçüsü Aflah Pravira, üçüncü yeri isə türkiyəli Ediz Yıldırımer tutub.

 

Marina Nekrasova: Azərbaycanın bayrağı qalxanda və himni səslənəndə qəlbim sevinclə dolur

İslam Həmrəyliyi Oyunları çərçivəsində İdman gimnastikası üzrə komanda hesabında qızıl medal, tirdə hərəkətlər və dayaqla tullanmada isə iki gümüş medal qazanan Azərbaycan idmançısı Marina Nekrasova öz uğurlarını gələcəkdə də inkişaf etdirəcək. İdmançı Trend-ə açıqlamasında bildirib ki, əldə etdiyi nəticələr onu beynəlxalq səviyyədə qələbələrə daha da ruhlandırır: "Biz Bakıda keçirilən İslamiadaya çox hazırlaşmışıq. Bütün çətinliklərə baxmayaraq - mən hətta xəsarət almışdım, bu gün xoşbəxtik ki, uğurlu çıxışlarımızla azarkeşlərin etimadını doğrultduq. Azərbaycanın bayrağı qalxanda və himni səslənəndə qəlbim sevinclə dolur".

 

Azərbaycanın İslamiadada 40-cı QIZIL MEDALI

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 40-cı qızıl medalı qazanıb. Paralimpiyaçımız Oloxan Musayev kişilər arasında kürə itələmə yarışında qızıl medala sahib çıxıb.

Gümüş və bürünc medallara İran idmançıları Alireza Nasseri Qale və Əli Muhammedyar layiq görülüblər.

 

Üzgüçülük komandamız 3-cü oldu

Azərbaycanın qadın üzgüçülərdən ibarət komandası Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. 4X100 m sərbəs estafet üsulu ilə üzmə yarışında Alsu Bayramova, Yuliya Stisyuk, İlahə Raciyeva və Fatimə Əlkərəmovadan ibarət yığmamızın nəticəsi 4:08.37 olub.

Birinci yeri Türkiyə (3:47.77), ikinci yeri isə İndoneziya komandası (3.52:98) tutub.

 

Gimnastımız İslamiadanın çoxlu xalqları birləşdirdiyini dedi

Komanda hesabında qızıl, müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə isə gümüş medal qazanan 17 yaşlı Azərbaycan idmançısı Yekaterina Tişkovanın bu ilk beynəlxalq uğurları onun gələcək qələbələri üçün yaxşı stimul olacaq. Y.Tişkova bildirib ki, İslamiada təkcə idman bayramı deyil, həm də çoxlu xalqları birləşdirən mühüm sülh və dostluq tədbiridir: "Bu mənim üçün ilk beynəlxalq uğurdur - dərhal da "qızıl" və "gümüş". Mən xoşbəxtəm! Qarşıda bizi hələ çoxlu yarışlar gözləyir. Biz də hər zaman çalışacağıq ki, adımızı idman tarixinə yazdıraq və Azərbaycan liderlər sırasında qalsın".

 

İdmançımız üçtəkanla tullama yarışında bürünc medala layiq görüldü

IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında üçtəkanla tullanma yarışına yekun vurulub. Yarışda ölkəmizi təmsil edən Yekaterina Sarıyeva bürünc medal qazanıb.

Seneqallı Sanqone Kandji fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamerun təmsilçisi Koelle Mbumi Nkouindcin yarışı gümüş medalla başa vurub.

 

Paraatletika yarışlarında Azərbaycanın dördüncü qızıl medalını Yelena Çebanu qazandı

IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında qadınlar arasında 100 metr məsafəyə qaçışda atletimiz Yelena Çebanu fərqlənib. Bütün rəqiblərini qabaqlayan Y.Çebanu paraatletika yarışlarında Azərbaycanın dördüncü qızıl medalının müəllifi olub.

Gümüş medalı İndoneziya idmançısı Endanq Sitorus, bürünc mükafatı isə mərakeşli Məryəm Ən-Nuri qazanıblar.

Digər atletimiz İradə Əliyeva yarışı dördüncü pillədə başa vurub.

 

Kamran Şahsuvarlı yarımfinala yüksələn 7-ci boksçumuz oldu

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında 1/4 final mərhələsi başa çatıb. Bu mərhələ Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı üçün də uğurlu alınıb. 75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız yarımfinala gedən yolda türkiyəli İhsan Ərdoğanla üz-üzə gəlib. Şahsuvarlı görüşü çətinlik çəkmədən qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Təmsilçimiz sabah baş tutacaq yarımfinalda Yuness Qarrumi (Mərakeş) ilə döyüşəcək.

Bununla da, 1/2 finala vəsiqə qazanan Azərbaycan boksçularının sayı 7-yə çatıb. Şahsuvarlıya qədər Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 final səddini uğurla aşıb.

 

İki qızıl medal sahibi: İslamiada Azərbaycanın böyüklüyünü bir daha göstərdi

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi və idmançılarımızın uğurları Azərbaycanın böyüklüyünü bir daha göstərdi. Bunu 90 kq-a qədər çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev deyib.

Komanda hesabı və fərdi şəkildə iki qızıl medal qazanan idmançı deyib: "Komandalar arasında yarış idmançılar üçün daha məsuliyyətli olur. Ona görə ki, sənin məğlubiyyətin komanda yoldaşlarını da çətin vəziyyətə sala bilər. Əgər fərdi mübarizədə yalnız özünə görə narahat olursansa, komanda yarışlarında bütün dostların üçün həyəcanlanırsan. İslamiadada iki qızıl medal mənim ilk beynəlxalq uğurumdur. Bu, eyni zamanda məsuliyyəti və gələcək uğurlara stimulu daha da artırır".

 

Azərbaycan voleybolçularından Fələstin komandası üzərində inamlı qələbə...

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişilər arasında voleybol yarışlarında qrup mərhələsi davam edir. Azərbaycan komandası qrup oyunlarında Fələstin komandası üzərində 3:0 (25:14, 25:17, 25:12) hesabı ilə inamlı qələbə qazanıb.

 

Azərbaycana daha bir qızıl medalı Eriş Yaprak qazandırdı

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz Eriş Yaprak final mərhələsində mübarizəsini davam etdirib. Bu görüşdə onun rəqibi Türkiyə təmsilçisi Altunel Durdane olub.

İdmançımız rəqibini 5:4 hesabı ilə məğlub edərək ölkəmizə növbəti qızıl medalı qazandırıb.

 

Kişi taekvandoçumuz gümüş medalla kifayətləndi

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi taekvandoçumuz Qaşım Maqomedov qızıl medal uğrunda mübarizəsini davam etdirib. Bu görüşdə onun rəqibi İran təmsilçisi Eşaği Mahdi olub.

İdmançımız rəqibinə 21:24 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, idmançılarımız Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında 41-i qızıl olmaqla, ümumi medalların sayını 81-ə çatdırıb.

Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ