Bakı-2017 IV İslam Həmrəyliyində yarışların 9-cu gününə start verilir.
“Trend”-in məlumatına görə, bu gün atletika yarışları başlayır. Kişilər 100, 400 və 5000 m məsafəyə qaçış, lövhə atma, üç təkanla tullanma və nüvə itələmə üzrə, qadın idmançılar isə 100, 800 m məsafəyə qaçış və 400 m sədlərlə qaçış, eləcə də çəkic atma və üç təkanla tullanma üzrə yarışlarda qüvvələrini sınayacaq.
Oyunların 9-cu günündə 52, 64, 75 və 81 kq çəki dərəcələrində boksçuların mübarizəsi davam edəcək. Bu çəkilərdə Azərbaycanı müvafiq olaraq Məsud Yusifzadə, Elvin İsayev, Kamran Şahsuvarlı və Rauf Rəhimov təmsil edir.
12:00 - 14:00
Kişilər - yüngül yarım-orta çəki (64 kq)
Kişilər - yarım-ağır çəki (81 kq)
18:00 - 20:00
Kişilər - ən yüngül çəki (52 kq)
Kişilər - orta çəki (75 kq)
Ağır atletikada isə 77, 85 və 94 kq çəki dərəcələrində ən güclü kişi ağırlıqqaldıranlar məlum olacaq.
12:00 - 18:00
Kişilər - 77 kq
Kişilər - 85 kq
Kişilər - 94 kq
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.