Futbol üzrə UEFA Çempionlar Liqasında bu gün VI tura start veriləcək. Turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq. İngiltərənin "Liverpul" klubu səfərdə "Jirona"nın (İspaniya), "İnter" (İtaliya) isə Almaniya təmsilçisi "Bayer 04"ün qonağı olacaq. İspaniya təmsilçisi "Real" İtaliyada "Atalanta" ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
10 dekabr
21:45. "Dinamo" (Xorvatiya) - "Seltik" (Şotlandiya)21:45. "Jirona" (İspaniya) - "Liverpul" (İngiltərə)00:00. "Leyptsiq" (Almaniya) - "Aston Villa" (İngiltərə)00:00. "Bayer 04" (Almaniya) - "İnter" (İtaliya)00:00. "Atalanta" (İtaliya) - "Real" (İspaniya)00:00. "Brügge" (Belçika) - "Sportinq" (Portuqaliya)00:00. "Şaxtyor" (Ukrayna) - "Bavariya" (Almaniya)00:00. "Zaltsburq" (Avstriya) - PSJ (Fransa)00:00. "Brest" (Fransa) - PSV (Niderland)
Qeyd edək ki, turun digər oyunları dekabrın 11-də keçiriləcək.