"Tam əminliklə söyləyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir". Bunu Trend-ə İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyinin başçısının müavini, iranlı müşahidəçi Muhəmməd Əli Əsgər Məhəmmədi deyib.
O, müşahidə apardığı seçki məntəqələrində şəffaflığın təmin edildiyini də söyləyib: "Bundan əvvəl də 4 seçki məntəqəsində olmuşam. Diqqətimi çəkən ən maraqlı məqamlardan biri budur ki, siyahılarda seçicilərin adları, onların tələb etdikləri sənədlər tam dəqiq yoxlanılır. Eyni halı onların hər birində müşahidə etmişəm. Bu, onun göstəricisidir ki, seçki prosesinə çox ciddi yanaşma var".