Azərbaycandakı prezident seçkiləri beynəlxalq norma və standartlara uyğun keçir. Bunu Trend-ə Balkan ölkələri missiyasından müşahidəçi Narmina Kapitanoviç deyib.
O, missiyanın bir neçə məntəqədə olduqlarını deyib: “Biz şəffaf səsvermə prosesinin şahidi olmuşuq. Məntəqələrin əməkdaşları dəqiq və dürüst iş görüb”.
N.Kapitanoviç qeyd edib ki, Balkan müşahidə missiyasının nümayəndələri olduqları məntəqələrdə xarici müşahidəçilərin narazılıqlarını görməyib: “Seçki məntəqələrində və onlardan kənarda təbliğat materialları mövcud deyil. Biz heç bir pozuntu görməmişik və ümumilikdə deyə bilərəm ki, prezident seçkiləri yüksək səviyyədə təşkil olunub, şəffaf və əhalinin yüksək fəallığı ilə keçir”.