Azərbaycanda prezident seçkilərində belə erkən saatda seçicilərin fəallığına heyran olmuşuq.
Bunu "Trend"-ə "Azad və demokratik seçkilər uğrunda vətəndaş təşəbbüsü" QHT-dən müşahidəçi, Polşa parlamentinin keçmiş üzvü, professor Tadeuş İvinskiy deyib.
Onun sözlərinə görə, səsvermə başlayandan 3 seçki məntəqəsində müşahidə aparıb.
O qeyd edib: "İndi biz Sumqayıta yola düşəcəyik, eləcə də Abşeron yarımadasında məntəqələrdə müşahidə aparacağıq".