Aprelin 9-da Amerika Birləşmiş Ştatlarının Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri təşkil edilib.
Baki-xeber.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə qonaqlara akademiyanın fəaliyyəti və regional təhlükəsizlik haqqında təqdimatlar verilib.