Rusiya Liberal-Demokratlar Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə maraqlı təkliflə gündəmə gəlib.
Baki-xeber.com-un Rusiya saytlarına istinadən xəbərinə görə, LDPR lideri deyib ki, Rusiya Federasiyasında prezidentlik institutu ləğv olunmalıdır. Onun sözlərinə görə, Çin və İranda olduğu kimi bir Ali şura yaradaraq Vladimir Putini onun rəhbərliyinə gətirmək ən doğru seçim olar. “Prezidentlik Amerika üçün keçərlidir, bizlər üçün deyil. Putindən ötrü hökumətin üzərində daha yüksək bir post, məsələn, İran və Çində olduğu kimi Ali şura təsis olunmalıdır, çünki burada fəaliyyət ömürlükdür”- o deyib.
Xəbərə görə, Jirinovski hətta bir qədər də irəli gedərək, Putinə görə ölkədə monarxiya quruluşunun bərpasını məqbul sayıb, lakin etiraf edib ki, bu halda prezidentin “yeddi arxa dönəni” də araşdırılmalıdır.