Britaniya jurnalisti, Karnegi fondunun analitiki və Dağlıq Qarabağ münaqişəsinin tədqiqatçısı Tomas de Vaal Ermənistan gündəmində baş verənlərə münasibət bildirib.
Baki-xeber.com-un xəbərinə görə, yazdığı məqalədə Ermənistanda hakimiyyətin ötürülməsinin eksperiment olduğunu deyən analitik diqqəti artıq sabiq prezident Serj Sarkisyanın guya Baş nazir olmaq istəməməsinə çəkərək bildirib ki, əslində baş verənlər bunun tam əksini sübut edir. “Demək olar ki, heç nə dəyişməyəcək, prezidentin ofisinin qapısı üzərindəki lövhə istisna olunmaqla...”
Onun sözlərinə görə, bu da hakim elitaya öz postunda qalmaq imkanı verəcək:”Sarkisyan 2008-ci ildən hakimiyyətdədir və təəssüf ki, bu müddət ərzində ölkə öz liderini seçmək fürsəti əldə etməyib”.
Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsi olaraq ölkənin blokada şəraitində olmasına diqqət çəkən de Vaal yazır ki, bundan sonra Sarkisyanın atacağı addımlar və əsas postlara kimləri təyin edəcəyi məhz bu suala aydınlıq gətirilməsi üçün diqqətdə saxlanmalıdır:“Sarkisyan hazırkı situasiyadan çıxış strategiyası üzərində düşünürmü, yoxsa malik olduqlarından məmnundur və bununla kifayətlənəcək?”