çərşənbə günü, 19 avqust 2026
     

BMT Baş Assambleyası Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupuna məlum dörd qətnaməni bir daha xatırlatdı...

Image


Birləşmiş Millətlər Təşkilatı (BMT) ATƏT-in Minsk Qrupundan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcəyini gözləyir.

Bunu “Trend”-ə özəl açıqlamasında BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak deyib. O bildirib: “BMT-nin Təhlükəsizlik Şurasının dörd və Baş Assambleyasının üç qətnaməsi var. Mən BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri kimi istərdim ki, bu qətnamələr icra olunsun. Hazırda bu məsələnin həlli üçün qəbul edilən vasitə və ya format ATƏT-in Minsk Qrupudur. Bu mexanizmə hörmət etmək və onun potensialından tam istifadə etmək lazımdır. Mən Minsk Qrupundan bu münaqişənin sülh yolu ilə həlli üçün mümkün olan hər şeyi edəcəyini gözləyirəm”.

BMT-nin münaqişələrin qarşısının alınması və onların həlli istiqamətində gördüyü işlərə dair suala cvab verən M.Layçak qeyd edib ki, BMT-nin işi, adətən, münaqişə başladıqdan sonra sezilir:“BMT Təhlükəsizlik Şurası görüşlər keçirir və adətən, qətnamələr qəbul edir. Bəzən zərurət yarandıqda sülhməramlı qüvvələrin yeridilməsi qərarı qəbul edilir. Lakin 2016-cı ildən BMT-nin münaqişələrə yanaşması dəyişib. Belə ki, təşkilatın üzv ölkələri "Sülhü dayanıqlı etmək" adlı yeni konsepsiya ilə bağlı razılığa gəliblər. Bu konsepsiya, əsasən, münaqişələrin qarşısının alınmasına və münaqişə əlamətlərinə reaksiya göstərilməsinə istiqamətlənib. Münaqişənin əlamətləri baş qaldırdığı təqdirdə, biz onun qarşısının alınması üçün preventiv diplomatiya, vasitəçilik kimi alətlərdən istifadə etməliyik. Münaqişələrin qarşısını almaqla insanların həyatını xilas edirik və milyardlarla dollara qənaət edirik”.

M.Layçak deyib ki, aprelin 24-25-də Nyu Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında sülhün dəstəklənməsi və münaqişələrin qarşısının alınması üzrə müzakirələr təşkil olunacaq:“Bir çox ölkələrin prezidentləri, hökumət başçıları, xarici işlər nazirləri, görkəmli şəxslər bu tədbirə dəvət olunacaq. Tədbir zamanı onlar münaqişələrin qarşısının alınması və nizamlanmasında BMT ilə iş təcrübəsi barədə danışacaqlar. Ümid edirəm ki, bu müzakirələr bizə təkcə münaqişələrin aradan qaldırılması deyil, həm də qarşısının alınmasında daha yaxşı nəticələr əldə etməyə kömək edəcək”.

BMT və Azərbaycan arasında əməkdaşlığın cari səviyyəsindən danışan M.Layçak vurğulayıb ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının çox hörmətli üzvüdür:“Bir müddət əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdu. Bu sizin ölkənizi qlobal diqqət mərkəzinə çevirmişdi. Azərbaycan BMT-də baş verən bütün proseslərin, xüsusilə də enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunması, terrorçuluqla mübarizə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üzrə proseslərin konstruktiv və çox fəal üzvüdür. Bütün bunlar yüksək qiymətləndirilir. Bu amillər sayəsində Azərbaycan BMT sistemində mühüm iştirakçı kimi tanınır”.

Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransından danışan M.Layçak deyib ki, bu tədbir onun Bakıya gəlişinin əsas səbəbidir:“Qoşulmama Hərəkatı BMT üzvlərinin 2/3 hissəsini təşkil edən, 120-dən artıq ölkədən ibarət çox vacib təşkilatdır. Bu səbəbdən imkandan istifadə edərək, konfransda çıxış etmək istədim. Hesab edirəm ki, bu tədbirin ən əsas ismarıcı çoxtərəfliliyin və hər bir ölkə tərəfindən riayət edilməli olan qaydalar, normalar və prinsiplərə əsaslanan sistemin möhkəmləndirilməsinin zəruriliyidir”.

BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri bildirib ki, səfəri çərçivəsində Azərbaycan Prezidenti, eləcə də xarici işlər naziri ilə görüşüb:“Biz Birləşmiş Millətlər Təşkilatının gündəliyinin təbliğində və həyata keçirilməsində Azərbaycanın rolu barədə danışdıq. Mən BMT-nin fəal üzvü kimi Azərbaycanı yüksək qiymətləndirdim. Azərbaycan BMT prinsiplərinin və təşkilatın Nizamnaməsinin fəal tərəfdarı hesab olunur. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun irəliləməsində, terrorçuluqla mübarizədə, xüsusilə də enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında fəal bir ölkə kimi qəbul edilir. Mən Azərbaycanı bu aktiv roluna görə, eləcə də BMT gündəliyinin, xüsusilə Dayanıqlı İnkşaf Məqsədlərinin icra olunmasında, yoxsulluğun azaldılmasının, gender bərabərliyinin, təhsilin və səhiyyənin əlçatan olmasının təmin edilməsi üzrə yüksək qiymətləndirdim”.

Sonda M.Layçak BMT Baş Assambleyasının sədri qismində prioritetlərindən danışıb:“BMT Baş Assambleyasının sədri bir illik mandata malikdir. 2017-ci ilin sentyabrda başladığım səlahiyyətlərin icrasına cari ilin sentyabrında yekun vuracağam. Baş Assambleyanın sədrliyi ilə yanaşı, hazırda BMT-də 18 müxtəlif prosedurun icrası ilə məşğulam. Onlardan 8-i islahatlarla bağlı prosedurdur. Bu prosedurlara səfirlər təyin etmişəm və onlar bu prosedurları mənim adımdan idarə edirlər. Nəticələrin əldə olunmasını təmin etmək üçün onlarla əlaqə saxlayı ram. Mən yüksək səviyyəli dörd tədbir təşkil etməyi planlaşdırıram. Dediyim kimi, onlardan biri sülhün dəstəklənməsi və münaqişələrin qarşısının alınması ilə bağlıdır. Ötən ay mən su ehtiyatlarının təhlükəsizliyi üzrə bir tədbir təşkil etmişdim. Mayda Gənclər dialoqu baş tutacaq. Bu tədbir gənclərin təhsilə çıxışının təmin olunmasına, məşğulluğuna və zorakı ekstremizmə gətirib çıxaran radikallaşmadan mühafizəsinə həsr olunacaq. İyunda isə biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün əlavə maliyyə ehtiyatlarının əldə olunması yollarını müzakirə edəcəyik”.

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ