çərşənbə günü, 06 may 2026
     

Mehriban Əliyeva Qoşulmama Hərəkatını Şərqi Avropa və Xəzər regionu üçün ilk olacaq mühüm layihəni dəstəkləməyə çağırdı

Image


Azərbaycan müxtəlif etnik köklərə və dinlərə malik insanların hər zaman sülh və harmoniyada yaşadığı torpaq kimi tanınıb.

“Trend”-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə verilən ziyafətdə çıxışı zamanı deyib.

Birinci vitse-prezident deyib: "İlk növbədə, mən sizin hamınızı salamlamaq, Azərbaycana "Xoş gəlmisiniz!" demək və nazirlər konfransına səmərəli müzakirələr arzulamaq istəyirəm.

Konfransın "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusuna həsr olunması çox rəmzi məna kəsb edir. Əsrlər boyu müxtəlif sivilizasiyalar burada - Avropa və Asiyanın kəsişməsində görüşüb. Azərbaycan müxtəlif etnik köklərə və dinlərə malik insanların hər zaman sülh və harmoniyada yaşadığı torpaq kimi tanınıb".

Mehriban Əliyeva vurğulayıb: "Biz hər zaman humanizmin, dialoq və həmrəyliyin təbliği üçün əlimizdən gələni etmişik. Siyasətimizin əsas prinsiplərindən biri etnik, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqların təmin edilməsidir. Bu prinsip 100 il bundan əvvəl - 1918-ci ildə Azərbaycan müsəlman dünyasında ilk parlamentli respublikanı yaradan zaman müəyyən olunmuşdu. Bu, Azərbaycan Xalq Cümhuriyyəti idi. Həmin vaxt Azərbaycan həm kişilərə, həm də qadınlara siyasi hüquqlar verən ilk müsəlman ölkəsi oldu".

Birinci vitse-prezident qeyd edib ki, sivilizasiyalararası dialoqda oynadığı fəal rolu sayəsində bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınır: "Ölkəmiz dünyanın üzləşdiyi çox sayda ciddi problemləri müzakirə etmək üçün müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Buna misal olaraq, biz 2018-ci ildə 10 ili tamam olan "Bakı Prosesi"ni göstərə bilərik. Bilirsiniz ki, Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan azsaylı ölkələrdən biridir. "Bakı Prosesi" İslam və Qərb sivilizasiyaları, xalqları və mədəniyyətləri arasında dialoq və əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərini Avropa Şurasından olan həmkarlarının görüşünə dəvət etmişdik. Tarixdə ilk dəfə olaraq hər iki təşkilatın nazirləri Bakıda görüşdülər. Bu gün "Bakı Prosesi" inkişaf etməkdə davam edir. Bundan əlavə, biz, həmçinin BMT, UNESCO, ISESCO, Avropa Şurası və bir çox başqa təşkilatların dəstəklədiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərik".

Mehriban Əliyeva daha sonra əlavə edib: "Əfsuslar olsun ki, Azərbaycan hələ də həll olunmamış böyük problemlə üz-üzədir: "Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bununla belə, Ermənistan sülh səylərinə məhəl qoymur və təcavüzü davam etdirir. Münaqişə beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bununla belə, Ermənistan onları yerinə yetirməkdən imtina edir.

Mən qeyd etmək istərdim ki, ölkəmizin ərazi bütövlüyü Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən açıq şəkildə tanınır. Bu təşkilat hər zaman bizim siyasi mövqeyimizi qlobal səviyyədə dəstəkləyib. Bununla əlaqədar təşkilat bir neçə qətnamə və qərarlar qəbul edib. Mən bu dəstəyə görə sizə minnətdaram".

Birinci vitse-prezident qeyd edib ki, 2019-cu ildə Bakı Qoşulmama Hərəkatı ölkələrinin Sammitinə ev sahibliyi edəcək: "Növbəti üç il ərzində Azərbaycan 120 üzv ölkəni birləşdirən bu mühüm təşkilata sədrlik edəcək. Bütün bu addımlar, o cümlədən Bakıdakı bu konfrans bir daha bizim uğurlu əməkdaşlığımızı sübut edir.

Müstəqilliyimizin ilk illərində üzləşdiyimiz problemlərə baxmayaraq, Azərbaycan öz uğurlu inkişaf strategiyasını müəyyən edib. Ölkəmiz mühüm siyasi və iqtisadi islahatlar həyata keçirib. Enerji ehtiyatlarımızdan istifadə edərək biz qeyri-neft sektoruna, insan kapitalına və infrastruktura investisiya yatırırıq. Bu, ölkəmizin davamlı inkişafını təmin etməyə kömək edir.

Əziz qonaqlar, Azərbaycan "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. 2000-ci ildən ölkəmiz "Ekspo" hərəkatının fəal üzvüdür. Bizim milli pavilyonlarımız 2015-ci ildə Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar alıb".

Mehriban Əliyeva əlavə edib ki, Azərbaycan "Ekspo 2025"ə yüksək səviyyədə ev sahibliyi etməyə hazırdır: "Ölkəmiz mötəbər beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəyə malikdir. 2015-ci ildə biz ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İ slam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Biz Formula 1 yarışına ev sahibliyi edərkən də yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdik. Bildiyiniz kimi, 2017-ci ildə Bakıda keçirilmiş Formula 1 Qran-Prisi dünyada ən möhtəşəm və ən maraqlı yarış kimi qiymətləndirildi.

Biz hesab edirik ki, Ümumdünya Sərgisi müxtəlif ölkələrin dünyanın ən vacib problemləri ilə bağlı öz fikirlərini ifadə etməsi üçün nadir platformadır. Bu sərgilər bütün beynəlxalq ictimaiyyəti müzakirə aparmaq və əməkdaşlıq etmək üçün bir araya gətirir. Bu sahədəki nailiyyətlərimizi nəzərə alaraq, inanırıq ki, biz belə bir nüfuzlu tədbirə ən yaxşı ev sahibliyi edə bilərik.

Biz "qara qızılı" insan kapitalına çevirməyə müvəffəq olmuşuq. Təbii ki, biz bütün bunları xalqımızın zəngin insan potensialı sayəsində etmişik".

Birinci vitse-prezident qeyd edib ki, bu gün texnologiyanın insanlara təsiri dünyanın əsas çağırışlarından biridir: "Ona görə də "İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq" mövzusu tərəfimizdən "Ekspo 2025" üçün seçilmişdir. Biz insanları, - insan kapitalını, dünyanın ən güclü ehtiyatını, - bəşəri debatın mərkəzinə qoyacağıq. Bakıdakı "Ekspo" Ümumdünya Sərgisi, həmçinin təşkilata yeni bazarda yeni auditoriyalarla əlaqə saxlamaq imkanı yaradacaq.

Deyə bilərəm ki, namizədliyimiz qalib gələrsə, Azərbaycan bütün Şərqi Avropa, Qafqaz və Xəzər regionunda "Ekspo" Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk ölkə olacaq. Ümidvaram ki, siz ölkəmizin "Ekspo 2025" üçün namizədliyini dəstəkləyəcəksiniz.

Əziz qonaqlar, sonda mən bir daha konfransın bütün iştirakçılarına səmimi salamlarımızı çatdırmaq istəyirəm. Ümid edirəm ki, paytaxtımızın zəngin ruhundan və xalqımızın qonaqpərvərliyindən zövq alacaqsınız. Mən sizə xoşbəxtlik, ölkələrinizə isə sülh və rifah arzu edirəm".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Britaniya Kralı Trampla zarafat etmədi ki... Onu tarixi faktla sərrast vurdu... Hələ 6 il əvvəl İlham Əliyev isə... - Aydın QULİYEV yazır...

Tarixdə ilk İrəvan-Avropa sammitinin gizli hədəfləri...

Ermənistanla sərhəd xəritələrinin çəkilməsi xüsusi mərhələyə girdi...

SON XƏBƏRLƏR

06.05.2026 / 17:01
ABŞ və İran arasında 14 maddəlik gizli razılaşma... Vaşinqton Tehrandan cavab gözləyir - son 48 saat...

06.05.2026 / 16:35
Xomeyninin hakimiyyətə gətirilməsində Türkiyə də iştirak edib... 50 illik sirlər...

06.05.2026 / 16:07
Makron İrəvanda Bakı ilə bağlı söz verdi - özünü çətinə saldı...

06.05.2026 / 15:59
AB Ermənistanla 4 prioritet müəyyənləşdirdi -hərbi hazırlıq ön sırada...

06.05.2026 / 15:33
Fikodan anlaşılmaz mövqe - 9 Mayda Moskvaya gedəcək, lakin paradda olmayacaq...

06.05.2026 / 15:15
Qazaxıstandan Rusiyaya cavab zərbəsi?...Neft elektrikə qarşı...?

06.05.2026 / 15:05
Rusiyadan qaçaq qaz daşınmasına Türkiyəni də bulaşdırdılar...

06.05.2026 / 14:44
İranın pulkəsən maşınları gecə-gündüz işləyəcək - Mərkəzi Bank sədri Pezeşkiana məktub yazdı...

06.05.2026 / 14:38
Kuklaçılar sığınacaq sakinlərinin qonağı olub

06.05.2026 / 14:33
Əliyevin İrəvan sammitində çıxışı erməni radikallarına "od qoyub"...

06.05.2026 / 14:30
Türk Dünyasında İnteqrasiya və Texnoloji dönüş: Bakıda strategiya və qardaşlıq vurğusu

06.05.2026 / 14:27
Baş nazir Azərbaycan üçün “Avropaya imtiyazlı keçid qapısı” rolu təklif etdi...

06.05.2026 / 14:23
Qlobal Dizayn Forumu İstanbulda beynəlxalq dizaynerləri bir araya gətirəcək

06.05.2026 / 14:11
Naxçıvanda bu dövlət qurumu ləğv edildi...

06.05.2026 / 14:06
Avrottifaqla Azərbaycan ikitərəfli saziş üzrə danışıqlara yenidən başladılar...

06.05.2026 / 13:56
Türkiyə-Ermənistan sərhədlərinin açılma prosesləri sürətləndi...

06.05.2026 / 13:31
Hörmüzdə Fransaya məxsus ticarət gəmisi vuruldu

06.05.2026 / 13:15
Mərkəzi Bankdan "Yelo Bank"a sanksiya tətbiqinə reaksiya - Aİ-nin qərarında anlaşılmazlıq var

06.05.2026 / 13:06
Rusiya Azərbaycan üzərindən Ermənistana daha 10 vaqon yük göndərdi

06.05.2026 / 13:03
11 yaşlı rəssamın rənglər dünyası

06.05.2026 / 12:43
Ağstafa Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi təmirdən sonra istifadəyə verilib

06.05.2026 / 12:34
Andrey Sibiqa:"Rusiya atəşkəs rejimini pozub"

06.05.2026 / 12:30
Pekin Trampın səfəri ərəfəsində İrana dəstəyini ifadə edib

06.05.2026 / 12:13
Fars körfəzində ticarət gəmisinə hücum edilib

06.05.2026 / 11:55
Naxçıvanda yeni qanun - Nazirlər Kabineti hesabat verəcək...

06.05.2026 / 11:42
Azərbaycan Pakistanda daşqınlardan zərərçəkənlərə humanitar yardım göstərdi

06.05.2026 / 11:33
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara yaxınlaşır

06.05.2026 / 11:23
Ciorcia Meloninin Azərbaycanda forum keçirmək planı var...

06.05.2026 / 11:18
Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

06.05.2026 / 11:08
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi - FOTO

06.05.2026 / 10:45
WUF13 proqramı ictimaiyyətə təqdim olundu

06.05.2026 / 10:39
Prokurorluq Milli Onkologiya Mərkəzində partlayışda ölən həkim-radioloqla bağlı məlumat yaydı

06.05.2026 / 10:23
Tramp “Azadlıq Layihəsi” əməliyyatını müvəqqəti dayandırdı

06.05.2026 / 09:17
“Ozan dünyası” aşıq yaradıcılığının təbliğində İB-də yeni layihə

06.05.2026 / 08:39
Meloni “deepfake”i “təhlükəli silah” adlandırdı - zarafatından da qalmadı

06.05.2026 / 08:29
Pentaqonun delfin-kamikadzeləri? - Hegseth inkar etmədi…

06.05.2026 / 08:09
Moskva Qələbəni “İD məğlubiyyəti” ilə keçirəcək - İnternetsiz…

06.05.2026 / 07:56
ABŞ müharibəyə “qaldığı yerdən” davam edəcək - İranla danışıqlar uğursuz olarsa…

06.05.2026 / 07:41
İran BƏƏ-yə hücum iddialarını rədd edir - "dağıdıcı və təəssüf doğuran cavab" gündəmdə…

05.05.2026 / 21:37
Arxiyepiskop tərəfdarları səsini Makrona çatdıra bilmədi - Gümrüdə…

05.05.2026 / 21:24
İrəvanın mərkəzində atışma - Ölən var…

05.05.2026 / 21:23
Zəngəzur dəhlizi Avropa sammitində “mərkəzi element” statusu ilə təqdim edildi...

05.05.2026 / 21:08
Vətən müharibəsindən sonra Avropa Azərbaycanla bağlı iyrənc kursa başladı...

05.05.2026 / 20:44
Bakı-İrəvan sülhünə mane olanlar var - Avropa sammitində bəyan olundu...

05.05.2026 / 20:26
Avropa təsisatları Azərbaycana fərqli prinsiplərlə baxır - səbəbsiz deyil...

05.05.2026 / 20:10
Mehriban Əliyeva "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərindən kadrlar paylaşıb - VİDEO

05.05.2026 / 20:01
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsini qəbul etdi - FOTO

05.05.2026 / 19:49
İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti Bosfor boğazında tapıldı...

05.05.2026 / 19:11
İranın yenidən BƏƏ-ni vurdu – HHM sistemləri işə düşdü...

05.05.2026 / 18:38
“Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayevlə fərqli müsahibə

05.05.2026 / 18:12
Hörmüz böhranı Avropanı hərəkətə gətirdi – iki qitəni birləşdirəcək sualtı tunelin tikintisinə başlanır

05.05.2026 / 17:58
Trampdan İrana təhdid kimi mesaj - müharibə daha 3 həftə davam edə bilər...

05.05.2026 / 17:43
Lerikdə əməliyyat - 3 nəfər saxlandı, 14 kq narkotik, minlərlə həb ələ keçirildi - VİDEO

05.05.2026 / 17:33
Kəşfiyyatdan ilginc xəbər, Kreml şokda - Şoyqu Putini devirəcək...

05.05.2026 / 17:21
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilən Nurəli Yusifbəyli kimdir? - DOSYE

05.05.2026 / 17:15
Binədə 121 nömrəli orta məktəbdə kütləvi zəhərlənmə - 7 şagird xəstəxanaya yerləşdirildi...

05.05.2026 / 16:48
Nizamidə market, ev və avtomobilləri soyan 3 nəfər yaxalandı - VİDEO

05.05.2026 / 16:40
Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət hesabına ödəniləcək

05.05.2026 / 16:33
Sumqayıt Dövlət Universitetinə rektor təyin edildi

05.05.2026 / 16:25
Putin, Tramp və Avropa Qafqaz uğrunda bir-birini qırır...

05.05.2026 / 16:06
Makron:"Rusiya Ermənistanı tərk edib"

05.05.2026 / 15:49
Avropa Parlamenti yenə Gürcüstan hakimiyyətini hədəf aldı - vizasız rejim ləğv edilə bilər...

05.05.2026 / 15:42
Avropa Paşinyanı ABŞ-dan çox dəstəkləyir - Tramp niyə ləng tərpənir?..

05.05.2026 / 15:37
Kobaxidze: "2031-ci ildə Tbilisidə tamamilə yeni beynəlxalq hava limanı olacaq"

05.05.2026 / 15:32
Hörmüz boğazında elektron “qarışıqlıq”: gəmilərin siqnalları kəsilir

05.05.2026 / 15:30
Prezident və Birinci xanım 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

05.05.2026 / 15:18
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan olundu

05.05.2026 / 15:09
BƏƏ OPEC-də neft kvotasını iflas etdirdi - hamı hasilatı artırır...

05.05.2026 / 15:08
Aqrar Sığorta - Güvənli Gələcək! "Liberal İqtisadçılar Mərkəzi" yeni layihəyə start verdi

05.05.2026 / 15:04
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

05.05.2026 / 14:58
Şəriətmədari: “Avropa bazaları İranın qanuni hədəfinə çevrilə bilər”

05.05.2026 / 14:46
İran səfirliyi: "Hörmüz boğazında təhlükəsizlik tədbirləri zəruridir"

05.05.2026 / 14:37
Metsola İlham Əliyevə çox uğursuz cavab verdi...

05.05.2026 / 14:30
Ceyhun Bayramov Kallasla görüşdü

05.05.2026 / 14:23
Tramp FED sədri Paueli "zibil qutusuna atdı" - FOTO

05.05.2026 / 14:09
Rus mediası Ermənistanda Avropa sammitlərini çox aqressiv qarşıladı...

05.05.2026 / 13:57
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi - FOTO

05.05.2026 / 13:45
BƏƏ OPEC və OPEC+-dan sonra daha bir neft təşkilatını tərk etdi…

05.05.2026 / 13:37
Meloninin İrəvandan sonra Bakıya gəlişi təsadüf deyil...

05.05.2026 / 13:32
“Prezidentin siyasi iradəsi Avropa platformasında” - Əhliman ƏMİRASLANOV yazır...

05.05.2026 / 13:32
Gömrükdə broker islahatları başlayır - Məcəllə dəyişdı...

Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş mövqeyi güclənir...

XƏBƏR ARXİVİ